Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Assistent Quliyeva Ofelya Müslət qızı ATU-nun Biofiziki və Вioüzvi kimya kafedrasında 1990-cı ildən laborant, 2017-ci ildən baş laborant, 2019-cü ilin noyabr ayından assistent vəzifəsində, 2020-ci ildən isə Əczaçılıq toksikologiyası və kimya kafedrasında fəaliyyətini davam etdirir. İşlədiyi müddətdə o, özünü yüksək biliyə malik bir mütəxəssis kimi kimi göstərmişdir. O, kafedranın Stomatologiya və İctimai Səhiyyə fakültələri üzrə proqramların, metodik planların  və sillabusların tərtib edilməsində fəal iştirak etmişdir.

Assistent Quliyeva Ofelya Müslət qızı daim öz üzərində çalışan ciddi əməkdaşdır. Hər zaman tədris işlərinə xüsusi maraq göstərməklə bərabər o, ingilis dili biliklərini də artırmış, inglis dili dilbilmə səviyyəsinin diaqnostik qiymətləndirilməsi imtahanından müvəfəqiyyət əldə etmişdir. Assistent Quliyeva Ofelya Müslət qızı Əczaçılıq toksikologiyası və kimya kafedrasında ümumi kimya, üzvi kimya fənlərindən ingilis və rus dillərində məşğələ dərsləri, həmçinin, hazırlıq qruplarında da dərs aparır. Assistent Quliyeva Ofelya Müslət qızı olduqca hazırlıqlı, peşəkar müəllimdir. Öz pedaqoji və ixtisas səviyyəsini müntəzəm olaraq artırır, tədris prosesində İKT texnologiyalarının yenilik elementlərini uğurla tətbiq edir.

2001-ci ildən YAP-ın üzvüdür. Assistent Quliyeva Ofelya Müslət qızı əxlaqi və mənəvi keyfiyyətlərinə görə universitet kollektivinin, kafedra əməkdaşlarının və tələbələrin dərin hörmət və ehtiramını qazanmışdır.

2023-сü ildə Quliyeva Ofelya 2318.01 - "Kompozit Materialların Kimyası və Texnologiyası" ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertantura şöbəsinə daxil olmuş və "Yüksək sıxlıqlı polietilen, etilen-heksen kopolimeri, stirol-butadien kauçuku və bazaltla doldurulmuş yüksək möhkəmlikli seqreqasiya strukturlu dinamik vulkanlaşdırılmış kompozitlərin mexaniki və kimyəvi sintezi və tədqiqi" mövzusu üzərində işləyir

Akademik fəaliyyət

Laborant / Azərbaycan Tibb Universiteti, Biofiziki və bioüzvi kimya kafedrası - 1990-2017          

Baş laborant / Azərbaycan Tibb Universiteti, Biofiziki və bioüzvi kimya kafedrası - 2017-2020

Assistent  / Azərbaycan Tibb Universiteti, Əczaçılıq toksikologiyası və kimya kafedrası – 2020 ildən hal-hazıradək

Təhsili

Kimya  fakültəsi / Bakı Dövlət Universiteti *1986-1994

Peşə və pedaqoji inkişaf

Pedaqoji peşəkarlığın inkişafı Azərbaycan Tibb Universiteti İngilis dili kursları

Məqalə

1. Guliyeva O.M., Кakhramanov N.T.,Gasanova A.A.

2. Тhermo-deformation properties of basalt containing plastics based on modified high density polyethylene.

3. Polymer Science, Series D,  2024, v.17, №4, p.777-782

4. Гулиева О.М., Кахраманов Н.Т.,Гасанова А.А.,Алиева С.С., Əliyarbəyova A.Ə.

5. Особенности изотермической кристаллизации  композитов на основе полиэтилена высокой плотности и волокнистого базальта.

6. Перспективные материалы,  2025, №4, с.58-65 Guliyeva O.M., Kakhramanov N.T., Khamedova L.Kh., Abdalova S.R.

7. Influence of fibrous basalt content on thermomechanical properties of composites based on high density polyethylene.

8. VACRO  FRONTIERS  2025, Baku, 3rd International Scientific Conference on Macromolecular Compounds, April 24-25, 2025

Гулиева О.М., Кахраманов Н.Т.

9. Термомеханические свойства композитных материалов на основе сополимера этилена с гексеном и волокнистым базальтом.

10. Полимерные композиты и трибология (поликомтриб-2025) международная научно-техни-ческая конференция (Гомель,  Беларусь, 24—27 июня 2025 г.), с.158. Quliyeva O.M., Qəhrəmanov N.T.

11. Polimer kompozisiyası. AZPATENT отпр.28.02.2025г. Guliyeva O.M., Kakhramanov N.T., Hasanova A.A., Aliyeva S.S.

12. Features of isothermal crystallization of composites based on high-density polyethylene and fibrous basalt. Inorganic  Materials:  Applied Research, 2025, Vol.16, №5, p.1456-1460.

Üzv olduğum qurum

Yeni Azərbaycan Partiyası (YAP)