Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Quliyeva Şəhanə İsrayıl qızı , 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin kimya fakültəsinin bakalavriatura pilləsində təhsil almış, 2011-ci ildə həmin fakültənin "Üzvi kimya" ixtisası üzrə magistratura pilləsini başa vurmuşdur. 2009-2013-cü illərdə Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində müvafiq olaraq mühəndis, mühəndis-hidrogeoloq, həmçinin Su nəqliyyatı xidmətinin EHM operatoru vəzifəsində , 2013-2019-cu illər ərzində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan Suyun keyfiyyətinə nəzarət laboratoriyasında kimyəvi analizlər üzrə mütəxəssis vəzifəsində çalışdığı zaman  İsraildə 1 ay müddətində keçirilən “Water quality and treatment” adlı 167 saatlıq seminarda iştirakını müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikat almışdır.

British Council-un tərəfdaşı olduğu Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyinin (Association of Chartered Certified Accountants - ACCA HUB mərkəzi) imtahanlarına nəzarət etmək üçün müxtəlif təlimlər keçmiş peşəkar imtahan heyətinin tərkibində fəaliyyət göstərmişdir.

2018-ci ilin fevral ayından Azərbaycan Tibb Universitetinin “Əczaçılıq Toksikologiyası və kimya” kafedrasında saat hesabı hazırlıq kurslarında ingilis qruplarına kimya fənni tədris etmişdir. 2019-cu ildən hal-hazıra kimi həmin kafedrada assistent vəzifəsində fəaliyyət göstərir, çox fənli kafedrada əczaçılıq və stomatologiya fakültələrinin azərbaycan, rus və ingilis bölmələrinin tələbələri ilə bir neçə fənn üzrə məşğələ dərsləri aparır. Paralel olaraq məqsədi daha sülhsevər, daha gözəl dünya qurmağa yardım edəcək, öyrənməyə maraqlı, bilikli, qayğıkeş gənclərin inkişaf etdirilməsi olan beynəlxalq və milli kurikulumun inteqrasiyasına əsaslanan ölkədə hər üç səviyyə üzrə IB akkreditasiyasını almış yeganə dövlət məktəbi olan prezidentin məzun olduğu 6 saylı məktəb-liseyin international baccalaureate (IB) şöbəsində "science" müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin tələbələri inkişaf və uğurun beynəlxalq açarı olan -beynəlxalq akademik həyata hazırlamaq üçün hazırlanmış qlobal bir təhsil proqramı olan IGCSE (International General Certificate of Secondary Education) çərçivəsində science (kimya , biologiya  və fizika) müəllimi kimi fəaliyyət göstərmişdir.

Tədris etdiyi ümumi kimya fənni üzrə imtahan appelyasiya komissiyasının üzvüdür.

Hazırda kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində çalışır.

Elmi töhfələri mötəbər elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə yerli və xarici  simpozium və konfranslarda poster və oral məruzələrlə çıxış etmişdir.

Assistent Ş.İ. Quliyeva olduqca hazırlıqlı, təhsildəki yeniliklərə daim açıq və onları dərslərinə inteqrasiya etməkdə peşəkar, əməksevər, təşəbbüskar müəllimdir. Öz pedaqoji səviyyəsini mütamadi olaraq artıraraq müasir pedaqoji yanaşmaları tədris sisteminə tətbiq edərək, tələbələrin təkcə akademik deyil, həm də sosial-emosional inkişafına diqqət yetirirərək hər bir tələbənin öz potensialını ən yaxşı şəkildə inkişaf etdirilməsində əvəzsiz rol oynayır.

Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışır, həmçinin ispan dilində ilkin biliklərə malikdir.

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti,  Əczaçılıq toksikologiyası və kimya kafedrası* 2018-hal-hazıradək

Mühəndis-hidrogeoloq / Ekologiya və təbii sərvətlər nazirliyi, Xəzər Kompleks ekoloji monitorinq idarəsi*2009-2013

Kimyəvi analizlər üzrə mütəxəssis / FHN, SEDA, Suyun keyfiyyətinə nəzarət laboratoriyası*2013-2019

Beynəlxalq bakalavriat (IB) müəllimi / T.İsmayılov adına 6№li məktəb-litsey *2022-2023

Science teacher / Bakı Modern Təhsil Kompleksi *2024-2025

Təhsili

Kimya  fakültəsi :

Azərbaycan Dövlət Pedaqoji Universiteti *2004-2008 (bakalavr.)

Azərbaycan Dövlət Pedaqoji Universiteti *2009-2011 (magistr.)

 

Nailiyyətlər (adlar)

Patent:

Karboksifenilmaleinimid və ABS-dən antibakterial kompozisiya materiallarının alınması- Avrasiya patenti

№051301 (22.10.2025), Quliyeva Şəhanə İsrayıl qızı, Bəxtiyar Məmmədov Əjdər oğlu, Qarayev Eldar Abdulla oğlu, Əlixanova Aygün İlham qızı, Rəsulov Namiq Şahid oğlu

Peşə və pedaqoji inkişaf

Professional development Avropa Azərbaycan məktəbi*2022

Effective curriculum sylabus design Azərbaycan Tibb Universiteti *2023 

Çox seçimli testlərin hazırlanması, tətbiqi və analizi. Azərbaycan Tibb Universiteti *2023 

Pedaqoji peşəkarlığın inkişafı   Azərbaycan Tibb Universiteti *2025

Elmi araşdırma sahəsi

Kimya, Polimer kimyası, Yüksək molekullu birləşmələr kimyası

Məqalə

Olanzapinin kimyəvi-toksikoloji analizi. Elmi tədqiqat. Beynəlxalq onlayn elmi jurnal, Bakı, Azərbaycan 2023, səh. 171-174. Ş.Quliyeva., V.Gözəlzadə., S.Paşayeva., N.Hüseynova., K.Hüseynquliyeva.

 


orcid DOI
Məqalə

Synthesis of copolymerization of meta-carboxphenylmaleinimide with styrene and  study of antimicrobial properties. PPOR, Vol. 25, No.1, 2024, pp. 153-162 Guliyeva Sh.İ., Alikhanova A.I., Garayev  E.A., Mammadov B.A., Rasulov N.S.

           


orcid DOI
Məqalə

1. Synthesis of carboxyphenilmaleimies and  study of their biological activity properties/ American Scientific Journal№ (52)/2021Ukraine, Kiev, p.24-29 Guliyeva Sh.İ., Alikhanova A.I., Garayev  E.A., Mammadov B.A., Rasulov N.S. DOI: 10.31618/asj.2707-9864.2021.1.52 / UDK 547-327.54.05.54.056

2. Purin alkaloidlərinin təbii mənbələri, bioloji fəallıqları və toksikoloji əhəmiyyəti. Azərbaycan təbabətinin müasir problemləri №2,2024, Səh.185-189 İSSN 2073-2651 Ş.Quliyeva.,S.Paşayeva., N.Hüseynova., N.Mirzəzadə

3. HEAT- AND FIRE-RESISTANT COMPOSITION BASED ON N, N'-(4,4'- DIPHENYLMETHANE) BISIMIDOMALEIN-1,2,3,4- TETRACHLOROCYCLOHEXA-1,3-DIENE-5,6-DICARBOXYLIC ACID AND EPOXY RESIN ED-20. JOURNAL OF BAKU ENGINEERING UNIVERSITY-ADVANCES IN CHEMISTRY AND CHEMICAL ENGINEERING 2024. Volume 8, Number 1, p.23-28. Guliyeva Sh.İ., Alikhanova A.I., Mammadov B.A UOT: 678.049:53 https://doi.org/10.30546/2521-6317.2024.404

4. THE GENUS THALİCTRUM L.FROM THE FLORA OF AZERBAİJAN AS A RİCH SOURCE OF BİOLOGİCALLY ACTİVE SUBSTANCES. Theoretical and Applied Science №05(145)2025, p.51=57 Sh.İ.Guliyeva., İ.U.Nasirli., B.V.Mirzayeva., A.Y.Teyyubova.,E.L,Ahmadov., A.L,Vahabzadeh.DOI: 10.15863/TAS.2025.05.145.11