Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əkbərova Səidə Şamil qızı 2003-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1999-2007-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya (keçmiş Ümumi və toksikoloji kimya) kafedrasında laborant vəzifəsində, 2007-2018-ci illər ərzində isə baş laborant vəzifəsində çalışmışdır. Hazırda həmin kafedranın assistenti və dissertantıdır. Ümumilikdə 43 elmi iş olmaqla, 2 patent (Azərbaycan və AvroAsiya), 15 məqalə və 26 tezisin müəllifidir. Elmi işləri Scopus, Web of Science bazalarana daxil olmuş,  Q1 kvartilli  mötəbər elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə yerli və xarici simpozium və konfranslarda poster və oral məruzələrlə çixiş etmişdir.

S.Ş. Əkbərova 2008-ci ildən hal-hazıradək Əczaçılıq toksikologiyası və kimya (keçmiş Ümumi və toksikoloji kimya) kafedrasında Əczaçılıq fakültəsinin tələbələrinə analitik kimya fənnindən məşğələ, eləcə də hazırlıq şöbəsinin dinləyicilərinə kimya fənnindən rus və ingilis dillərində dərs aparır.

Tədrisin təşkili, test suallarının rus və ingilis dillərində tərtibində bilavasitə iştirak edir. Kafedra və fakültənin ictimai işlərində də olduqca fəaldır. 2019-cu ildən 2020-ci ilədək Əczaçılıq fakültəsində akademik məsləhətçi (tyutor) vəzifəsində çalışmışdır. 2022-2023 illərdə ATU-nun Apellyasiya komissiyasının üzvü olmuşdur. 2022-ci ildən hal-hazıradək Əczaçılıq fakültəsi Elmi Şurasının katibidir. Əczaçılıq fakültəsi üzrə TEC-nin xətti ilə tələbələrə rəhbərlik edir. Mənəvi keyfiyyətlərinə görə əməkdaşlar və tələbələr arasında hörmət və nüfuza malikdir.

Akademik fəaliyyət

Laborant / Azərbaycan Tibb Universiteti * 1999-2007

Baş laborant / Azərbaycan Tibb Universiteti * 2007-2019

Assistent / Azərbaycan Tibb Universiteti * 2019-cu ildən hal-hazıradək

Təhsili

Biologiya  fakültəsi / Bakı Dövlət Universiteti Bakalavr *1998-2003

Biologiya  fakültəsi / Bakı Dövlət Universiteti Magistr *2005-2007

Nailiyyətlər (adlar)

Triterpen qlikozidlərinin alınması üsulu. Patent (ixtira) № İ 2017 0021, 16.05.2017 / İskəndərov Qayıbverdi Bəşir, Musayeva (Əkbərova) Səidə Şamil

Oleanol turşusunun pentaozidi və onun adi daşsarmaşığı toxumlarından alınması üsulu. Avrasiya Patenti № № 025213, 30.11.2016 / İskəndərov G.B., Musayeva (Əkbərova) S.Ş.

Peşə və pedaqoji inkişaf

1. “Səhiyyə texnologiyalarının qiymətləndirilməsi (HTA) üzrə fundamental təlimi kursu”,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi *2023

2. Effective curriculum / syllabus design Azərbaycan Tibb Universiteti *2023

3. Educational Leadership / Azərbaycan Tibb Universiteti *2023

4. “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi”Azərbaycan Tibb Universiteti *2023

5. İngilis dili kursları / Azərbaycan Tibb Universiteti *2023-2024

Elmi araşdırma sahəsi

Kimya, Toksikoloji kimya

Məqalə

1. Химическое исследование тритерпеновых гликозидов ягод плюща обыкновенного.2015* Химия растительного сырья, №3, стр. 193-197, Барнаул. DOI: 10.14258/jcprm.201503561 Искендеров Г.Б., Мусаева (Акберова) С.Ш.

2. Adi daşsarmaşığı Hedera helix L. giləmeyvələrin triterpen qlikozidinin müxtəlif bioloji materiallarda tədqiqi 2020* Azərbaycan Tibb Jurnalı (Rüblük elmi-praktik jurnal), №1, səh. 162-166, Bakı. DOI: 10.34921/amj.2020.13.89.027 Əkbərova S.Ş.

3. Triterpen saponinin bioloji materialdan təcrid edilməsi və sübutu. 2019*Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, cild XIX, №2, səh. 29-32, Bakı.  Əkbərova S.Ş.

4. Model təcrübələrdə qrandaksin preparatının kimyəvi-toksikoloji analizi. 2023*Sağlamlıq, cild 33, №2, səh.134-138, Bakı Hüseynquliyeva K.F., Əkbərova S.Ş., Paşayeva S.A, Hüseynova N.S., Bədəlova K.K., Məmmədova G.E. 

5. IR spectra of dimolybdenum tetra-μ2-phenylacetate complex and its derivatives. 2024* Chemical problems, №1 (22), p. 45-51, Baku. DOI: 10.32737/2221-8688-2024-1-45-51 Akhmedov E.L., Huseynguliyeva K.F., Ismayilova Sh.Y.

6. Cинтез и исследование колебательных спектров кластерных соединений  Мо24+ типа Mо2(O2СН)4L2 [где L N,N-диэтилацетамид (ДЭАА) и диэтилникотинамид - N,N- ДЭНА – кордиамин]. 2024* Sciences of Europe, Praha, Czech Republic, № 142, p. 12-17, Praha, Czech Republic DOI: 10.5281/zenodo.11535474 Ахмедов Э.Л., Гусейнгулиева К.Ф., Акберова С.Ш., Маммедова П.Б.

7. Study of vibrational spectra of Мо24+ complexes with formamide (FA).2024* Sciences of Europe, Praha, Czech Republic, № 143, p. 14-17, Praha, Czech Republic. DOI: 10.5281/zenodo.12540685 Akhmedov E., Huseyngulieva K., Akberova S., Badalova K., Teyubova A., Mammedova P.