
27 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-1978 illərdə Bakı şəhər 211 saylı orta məktəbdə təhsil alıb və “Qızıl medal”la bitirmişdir. 1978-1984 illərdə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsində təhsil alıb Fərqlənmə Diplomu ilə bitirmişdir; 1984-1985 illərdə Bakı şəhər Təcili Yardım xəstəxanasında reanimasiya və intensiv terapiya şöbəsində internatura keçmişdir. 1986-1990 illərdə F.Əfəndiyeva adına Bakı şəhər 4 saylı xəstəxanada, 1990-1991 Moskva şəhər 54 saylı poliklinikada, 1992-1993 Bakı Baş Tikinti idarəsinin poliklinikasında, 1993-1994 illərdə Bakı şəhər 6 saylı qadın məsləhətxanasında çalışmışdır.
1993-1996 illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun aspiranturasında “Neft emalı sənayesində çalışan qadınlarda ciftin klinik-morfoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işi üzərində çalışmış və 1998-ci ildə müdafiə edib elmlər namizədi elmi adı almışdır. 1997-2009 illər Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent, 2009-cu ildən hal hazıradək dosent vəzifəsində çalışır.
2025-ci ildə Həkimlərin sertifikasiya imtahanından uğurla keçmişdir.
1984-1985 Bakı şəhər Təcili Yardım xəstəxanası, həkim-interna.
1985–1990 Bakı şəhər 4 saylı klinik xəstəxanada həkim 1990 – 1991 Moskva şəhər 54 saylı poliklinikada
həkim
1991-1993 – Bakı şəhər 6 saylı qadın məsləhətxanasında həkim
1993-1996 ATU-nun II mamalıq-ginekologiya kafedrasında aspirant
1997-2010 Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent
2010- hal hazıra qədər - Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında dosent
Respublikamızda və ölkə xaricində nəşr edilən 100 dən çox elmi əsər (məqalə və tezis) müəllifidir. Çoxsaylı yerli və xarici konfranslarda iştirak etmişdir. Kütləvi informasiya vasitələrində ixtisasla bağlı çıxışlar etmişdir.
Rus, ingilis, türk dilini bilir. Microsoft office proqramları və Power Point-də rahat işləyir. Ailəlidir, 2 övladı vardır.
4,5,6-cu kurs tələbələrinə azərbaycan, ingilis, rus dillərində təcrübə məşğələləri aparır və mühazirələr oxuyur.
Kafedranın elmi işlər üzrə məsul icraçısıdır. 2023 ildə “Perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərində vitaminlərin və mikroelementlərin rolu” mövzusunda doktorant Abdıyeva Fəridə Vilayət qızının tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işinin elmi rəhbəri olmuşdur. Mamalıq-ginekologiya fənni üzrə rezidentura imtahan komissiyasının ekspertidir. II Müalicə-profilaktika fakültəsinin elmi Şurasının üzvüdür. Kafedranın tədris iş planı, sillabusların, imtahan suallarının, klinik məsələlərin, OSCE üzrə bacarıqların hazırlanmasında iştirak edir. ATU-nun 4cü kurs xarici tələbələri üçün nəzərdə tutulmuş “Obstetrics. Physiologic Pregnancy” dərs vəsaiti çapa verilmişdir.
AR Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş Səhiyyəyə Yardım Proqramı çərçivəsində Şəki Perinatal Mərkəzdə mühazirələr oxumuş və xəstələrə yardım göstərmişdir.
CORNELL UNİVERSİTY MEDİCAL COLLEGE. Salzburq-Cornell Seminar in Obstetrics and Gynecology. Jan.28-Feb.3, 2001
BTMM. “OPEN SOCIETY INSTITUTE” – grant/scholarship – 2001
USAID, ACQUIRE AZERBAIJAN “İnfeksiyanın profilaktikası” təlim kursu 3-8 aprel, 2006
Family Planning Counseling Standardization Workshop. Accra, Ghana, May 14-18, 2007
The John Hopkins University. Professional Medical Training of Trainers Course. September 29, 2003 to October 7, 2003
UNICEF Azerbaijan. Yeniyetmələrdə Zərərli Maddələrdən sui-istifadəsinin Önlənməsi və Məsləhət Xidmətlərinin Təşkili üzrə Təlimatçıların hazırlanması, 2002
UNİCEF Azerbaijan. Orientation program on Adolescent Health Care Providers. June 26-30, 2006
UNICEF. Yeni doğulmuş uşaqların ilkin reanimasiyası üzrə təlimçilər üçün təlim. Bakı. 2009 Training course for trainers on primary neonatal resuscitation. Baku, 2009
USAİD. ACQUİRE. “Ailə Planlaşdırılması Məsləhəti: İnteqrasiya olunmuş yanaşma” təlim kursu 3-8 aprel 2006il, Bakı.
Praktik Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüqüqu olmaq üçün təlim kurs. Dekabr 2024.
British Academy. General English B2 level on CEFR. Noyabr 2024. Bakı
Aspirant – Azərbaycan Tibb Universiteti 1993-1996
Assistent – Azərbaycan Tibb Universiteti 1997-2009
Dosent – Azərbaycan Tibb Universiteti 2009-hal hazırda
1978-1984 illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitunun I müalicə-profilaktika fakültəsi - bakalavr təhsili
1984-1985 illərdə Bakı şəhər Təcili Yardım xəstəxanası - internatura
1992 – Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu – Mamalıq və ginekologiya üzrə ixtisaslaşma
1993-1996 - Azərbaycan Tibb Universiteti, aspirantura
“Obstetrics Physiologic Pregnancy” dərs vəsaiti/2025/ Həmmüəllif: ass. Nuranə Həmidova/ çapa verilib.
Assessment of the state of the cervix in women coinfected with HİV and Human Papillomavirus infection. German International Journal of Modern Medicine and Science. 2021 N15, p. 25-29. Tagiyeva I.A., Hasanova R.P., Zeynalova Y.R., Mammadova H.S., Mammadkhanova I.A.
2023- cü ildə “Perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərində vitaminlərin və mikroelementlərin rolu” mövzusunda doktorant Abdıyeva Fəridə Vilayət qızının tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işinin elmi rəhbəri olmuşdur.