
Əliyeva Səbinə Şahmərdan qızı 1995-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmişdir. S. Ş. Əliyeva 2008-ci ildə əczaçılıq elmləri namizədi elmi dərəcəsini almışdır. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Farmakoqnoziya və Botanika kafedrasına baş laborant vəzifəsinə təyin edilmiş, 2001-ci ildən isə assistent kimi fəaliyyət göstərmişdir. 2009-2013-cü illərdə baş müəllim, 2013-cü ildən isə hal-hazıradək dosent vəzifəsində çalışır.Çalışdığı müddətdə S. Ş. Əliyeva kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat və Tələbə Elmi Cəmiyyətinin işlərində aktiv iştirak etmişdir. Əczaçılıq fakültəsinin II, III və IV kurs tələbələrinə Azərbaycan, rus və ingilis dillərində farmakoqnoziya fənni üzrə mühazirələr oxuyur və təcrübə dərslərini aparır. O, eyni zamanda Əczaçılıq fakültəsinin magistr dərəcəsi alan tələbələrinə rəhbərlik edir. I və II kurs magistrantlarına seçim fənləri üzrə praktik və mühazirə dərsləri keçir. İmtahan testlərinin tərtibində iştirak edir və Elmi-Tələbə Cəmiyyətinin konfranslarında tələbələrə rəhbərlik edir. Magistr dissertasiyalarının müdafiəsi üzrə şuranın üzvüdür.Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir. 56 elmi işin, 1 patentin, farmakoqnoziya fənni üzrə bakalavr və magistr pillələri üçün tədris proqramlarının, 1 tədris-metodik vəsaitin və 2 dərs vəsaitinin müəllifidir.Dosent S. Ş. Əliyeva işlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar, təşkilatçı bir işçi və intizamlı müəllim kimi tanıtmışdır.
baş laborant - 1999-2000 - Azərbaycan Tibb Universiteti, Farmakoqnoziya və botanika kafedrası
assistent - 2001-2008 - Azərbaycan Tibb Universiteti, Farmakoqnoziya və botanika kafedrası
baş müəllim - 2008-2013 - Azərbaycan Tibb Universiteti, Farmakoqnoziya və botanika kafedrası
dosent - 2013-bu günədək - Azərbaycan Tibb Universiteti, Farmakoqnoziya kafedrası
Azərbaycan Tibb Universiteti, Əczaçılıq fakültəsi 1990-1995
Azərbaycan Tibb Universiteti, Əczaçılıq fakültəsi internatura 1995-1996
“Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursu, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu
“Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi”, Azərbaycan Tibb Universiteti
“Pedaqoli peşakarlığin inkişafı”, Azərbaycan Tibb Universiteti
Patent
Əliyeva K.Y., Tağıyev S.Ə., Süleymanov T.A., Əliyeva S.Ş. ,Способ получения пектина и цитрусовых, Avrasiya patenti №040133, 22.04.2022
Farmakoqnoziya, fitokimiya, etnofarmakoqnoziya, etnobotanika
Yeni Azərbaycan Partiyasının üzvü
1. Əlişova Nərmin Polad qızı “ Ətirli sədo ( Ruta graveolens) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
2. Babayeva Musəvin Musa qızı “Azərbaycan ərazisində bitən Qızılçubuq qızılsəbət (Solidago virgaurea (L.)) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
3. Heydarlı Sona X. “Pyracantha Coccinea M.(Qırmızı Pirakanta) bitkisininin bəzi farmakoqnostik tədqiqi”
4. Əlizadə Eltun E. «Определение соответствия произрастающих в Азербайджане видов боярышника кроваво-красного (Crataegus sanguinea Pall.) и согнутостолбикового (Crataegus kyrtostyla Auct.)требованиям Европейской фармакопеи».