
Professor İsayev Cavanşir İsa oğlu Farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışır. O, 1983-ci ildə Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. İnstitut Elmi Şurasının qərarı ilə Farmakoqnoziya və botanika kafedrasına baş laborant təyin olunmuşdur. 1989-cu ilin noyabr ayında «Farmakoqnoziya» ixtisası üzrə aspiranturaya daxil olmuşdur və 1992-ci ilin noyabrında aspiranturanı bitirmişdir. 1992-ci ilin noyabrından 1996-cı ilin aprel ayına kimi Farmakoqnoziya və botanika kafedrasında assistent, 1996-ci ilin aprelindən 2009-cu ilin yanvar ayına kimi həmin kafedrada baş müəllim, 2009-cu ilin yanvarından 2012-ci ilin sentyabr ayına kimi dosent, 2012-ci ilin sentyabr ayından 2017-ci ilin mart ayına kimi professor vəzifəsində çalışmışdır. 2017-ci ilin mart ayından hal hazıra qədər Farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışır. 1995-ci ildə «əczaçılıq kimyası, farmakoqnoziya» ixtisası üzrə “Azərbaycan florasından olan bəzi bitkilərin lipofil fraksiyalarının öyrənilməsi və onların praktik tətbiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və əczaçılıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə isə “Azərbaycan florasından olan bəzi yabanı dərman bitkilərinin farmakoqnostik tədqiqi və fitopreparatların istehsalında tətbiqi” adlı doktorluq dissertasiyasını müdafiə etmiş və əczaçılıq elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.Farmakoqnoziya kafedrasında əczaçılıq fakültəsinin bütün tələbələri tədris prosesində iştirak edirlər. Kafedrada həmçinin magistratura və doktorantura pilləsində təhsil aparılır. Professor İsayev C.İ. Farmakoqnoziya kafedrasına rəhbərlik etdiyi müddətdə tədrisin müasir səviyyədə təşkil olunmasına, əməkdaşların və doktorantların peşə səviyyələrini artırmaq üçün Türkiyənin aparıcı universitetlərində elmi-pedaqoji təcrübə keçməsinə şərait yaratmışdır. Kafedrada müsbət iş rejimi formalaşdırmışdır. Xüsusən gənc əməkdaşlara Türkiyənin universitetlərində yiyələndikləri elmi-pedaqoji təcrübəni kafedranın əməkdaşları ilə və tələbələrlə paylaşmaq imkanı verir, onların kafedrada tədrisin və elmi işlərin müasir səviyyədə yerinə yetirilməsində fəal iştirakını təmin edir.2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun qrant layihəsində iştirak edilmiş və qrant layihəsi udulmuşdur. Layihənin rəhbəri: professor Y.B. Kərimov, layihənin iştirakçıları: S.T. Süleymanov, C.İ. İsayev, F.İ. Əliyev, N.H. Məmmədova, E.H. Kərimli, A.S. Şükürova, H.M. Qurbanov. Qrant layihəsinə uyğun olaraq laboratoriya qurulmuş və müvafiq avadanlıqlarla təchiz edilmişdir. O, dərman bitkiləri, onların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla: HPLC-MS, GC və UB-spektroskopiya, İQ-spektroskopiya , spektrofotometrik və s. tədqiqi, izolyasiyası və antioksidant, antibakterial, antifunqal kimi ilkin farmakoloji xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanın müxtəlif geobotanik ərazisində yayılan dərman bitkilərinin müxtəlif xəstəliklərin müalicəsinə dair etnofarmakoloji tədqiqat, Azərbaycan florasında olan yabanı dərman bitkilərinin ehtiyatşünaslıq tədqiqatları, bitkilərdən bioloji fəal birləşmələrin alınması, onların bioloji fəallıqlarının tədqiqi, fitoterapiya və fitoterapevtik vasitələr istiqamətində elmi fəaliyyətini davam etdirir.Professor Cavanşir İsayevin rəhbərliyi altında 6 dissertasiya işi yerinə yetirilir. Professor İsayev Cavanşir İsa oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının üzvüdür. O, Əczaçılıq və Farmakoterapiya jurnalının redaksiya şurasının üzvüdür. 230-dan artıq elmi məqalə və tezisin, 3 dərsliyin, 1 monoqrafiyanın, 3 dərs vəsaitinin, həmçinin 7 ixtiranın müəllifidir.Professor İsayev Cavanşir Azərbaycan Respublikasının bitki mənşəli dərman vasitələrinin çeşidini artırmaq məqsədilə ölkə florasından olan yabanı dərman bitkilərinin tərkibində müxtəlif qrup bioloji fəal maddələrin tədqiqi, onlardan alınmış təbii birləşmələr əsasında effektli fitovasitələrin hazırlanması istiqamətində elmi araşdırmalarını, eləcə də ölkədə yüksək ixtisaslı əczaçı kadrların, magistrant və doktorantların hazırlanması sahəsində pedaqoji fəaliyyətini davam etdirir.
Kafedra müdiri: Azərbaycan Tibb Universiteti, 2017-ci ildən hal hazıra qədər
Professor: Azərbaycan Tibb Universiteti, 2012-i ildən 2017-ci iləqədər
Dosent: Azərbaycan Tibb Universiteti, 2009-cu ildən 2012-ci ilə qədər
Baş müəllim: Azərbaycan Tibb Universiteti, 1996-cı ildən 2009-cu ilə qədər
Assistent: Azərbaycan Tibb Universiteti, 1992-ci ildən 1996-cı ilə qədər
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universitetinin) əczaçılıq fakültəsi, 1983-1988-ci illər.
“Farmakoqnoziya” ixtisası üzrə aspirantura təhsili, 1989-1992-ci illər
Əczaçılıq üzrə elmlər doktoru
2011-ci ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursunu keçmişdir
1. Dərman bitkiləri, onların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla: HPLC-MS, GC və UB-spektroskopiya, İQ-spektroskopiya, spektrofotometrik və s. tədqiqi, izolyasiyası və antioksidant, antibakterial, antifunqal kimi ilkin farmakoloji xüsusiyyətlərinin öyrənilməsi
2. Azərbaycanın müxtəlif geobotanik ərazisində yayılan dərman bitkilərinin müxtəlif xəstəliklərin müalicəsinə dair etnofarmakoloji tədqiqat
3. Azərbaycan florasında olan yabanı dərman bitkilərinin ehtiyatşünaslıq tədqiqatları
4. Bitkilərdən bioloji fəal birləşmələrin alınması, onların bioloji fəallıqlarının tədqiqi
5. Fitoterapiya və fitoterapevtik vasitələr
1. Керимов Ю.Б., Исламова Н.А, Халилов Д.С., Исаев Д.И. Джафарова Р.Э. Перспектива использования лекарственного растительного сырья и производства фитопрепаратов в Азербайджане. Монография. Баку, изд. «Азербайджан», 1996, 84с.
2. Керимов Ю.Б, Исламова Н.А, Халилов Д.С., Исаев Д.И. Практикум по ботанике. Dərslik. «Табиб», Баку, 1999, 238 с.
3. Kərimov Y.B., İslamova N.A., Xəlilov C.S., Süleymanov T.A. Botanika praktikumu. Dərslik. Bakı, «Təbib» nəşriyyatı, 2000, 250 s.
4. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya, Bakı, 2010, 741 s.
5. İsayev C.İ. Azərbaycan florasından olan bəzi dərman bitkilərinin farmakokimyəvi tədqiqi və istifadəsi. Monoqrafiya, Bakı, 2012, 324 s.
6. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikum, Bakı, 2017, 675 s.
7. İsayev C.İ., Kərimov Y.B., Məmmədova N.H., Əliyeva S.Ş., Əliyeva S.E., Şükürova A.S., Babayeva N.T. Farmakoqnoziya 1 test tapşırıqları (azərbaycan, rus və ingilis dillərində), Dərs vəsaiti, Bakı, 2019, 255 s.
8. İsayev C.İ., Kərimov Y.B., Əliyeva S.Ş., Məmmədova N.H., Kərimli E.H. Farmakoqnoziya 2 test tapşırıqları (azərbaycan, rus və ingilis dillərində), Dərs vəsaiti, Bakı, 2022, 307 s.
Olennikov D.N., Kashchenko N.I., Chirikova N.K., Vasil'eva A.G., Gadimli A.I., Isaev J.I. Vennos C. Caffeoylquinic Acids and Flavonoids of Fringed Sagewort (Artemisia frigida Willd.): HPLC-DAD-ESI-QQQ-MS Profile, HPLC-DAD Quantification, in Vitro Digestion Stability, and Antioxidant Capacity. Journal Antioxidants (Basel), 2019, vol. 8, pii: E307.
DOI
Olennikov D.N., Gadimli A.I., Isaev J.I., Kashchenko N.I., Prokopyev A.S., Katayeva T.N., Chirikova N.K., Vennos C. Caucasian Gentiana: Untargeted LC-MC metabolic profiling, antioxidant and digestive enzyme inhibiting activity of six plants. Metabolites, 2019, vol 9, p. 216-246.
DOI
Kashchenko N.I., Jafarova G.S., Isayev J.I., Olennikov D.N., Chirikova N.K. Caucasian Dragonheads: Phenolic compounds, polysaccharides, and bioactivity of Dracocephalum austriacum and Dracocephalum botryoides Plants, 2022, № 11, p. 2126.
DOI
Olennikov D.N., Kashchenko N.I., Gadimli A.I., İsayev J.I. Polysaccharides from three species of Gentiana Chemistry of Natural Compounds, 2022, vol. 58, № 5, p. 799-803.
DOI
Qədimli A.İ., Süleymanova T.H., İsayev C.İ. Azərbaycanda yayılan bəzi acıçiçək növlərinin antimikrob və antifunqal təsir xüsusiyyətlərinin öyrənilməsi. Azərbaycan Tibb jurnalı, 2024, № 2, s. 131-135.
DOI
İsayev C.İ., Hacıyeva E.M., Mustafayeva X.N., Yaqubov K.M., Babayeva N.T., Qədimli A.İ., Cəfərova G.S., Səfərova N.M. Azərbaycanın Zuvand geobotanik ərazisində tənəffüs sistemi xəstəliklərində aid etnofarmakoloji tədqiqatlar. Azərbaycan Tibb jurnalı, 2024, № 3, s. 121-127.
DOI
İsayev C.İ., Hacıyeva E.M., Babayeva N.T., Qədimli A.İ., Cəfərova G.S., Səfərova N.M. Azərbaycanın Naxçıvan dağlıq geobotanik ərazisində həzm sistemi xəstəliklərinə dair etnofarmakoloji tədqiqat Azərbaycan Tibb jurnalı, 2024, № 4, s. 151-157.
DOI
Isayev J.I., Babayeva N.T., Jafarova G.S., Mustafayeva Kh. N., Hajiyeva E.M., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of cardiovascular diseases in the Guba mountain geobotanical region of Azerbaijan // Azerbaijan medical journal, 2025, (1), p. 171-176.
DOI
Olennikov D.N., Jafarova G.S., Isaev D.I. New acacetin glycosides from the genus Dracocephalum // Chemistry of Natural Compounds, 2025, v. 61(3), p. 452-458.
DOI
Shahla Jafarova, Tuba Aydın, Javanshir Isayev, Ruya Saglamtas, Fevzi Ozgokce, Cavit Kazaz, Ahmet Çakir. Anti-Alzheimer, Antiglaucoma, and Antidiabetic Activities of Sainfoin (Onobrychis buhseana Boiss.) // Chemistry and biodiveesrsity, 2025, № 1, e202402013.
DOI
Babayeva N.T., Isayev J.I., Sarajoglu I., Kutluay V.M., Suleymanova T.H. Phenolic content and antioxidant, antibacterial, and antifungal activities of the roots of Hedysarum formosum and Hedysarum atropatanum // Azerbaijan medical journal, 2025, (3), p. 148-152.
DOI
Isayev J.I., Hajiyeva E.M., Mustafayeva Kh.N., Yagubov K.M., Babayeva N.T., Safarova N.M., Gadimli A.I., Jafarova G.S. Ethnopharmacological study of the treatment of diseases of the respiratory system in the Zuvand geobotanical territory of Azerbaijan // Azerbaijan Medical Journal, 2024, (3), p. 121-127.
DOI
Isayev J.I., Hajiyeva E.M., Babayeva N.T., Jafarova G.S., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of diseases of the digestive system in the geobotanical region of Azerbaijan Nakhichevan Highlands // Azerbaijan medical journal, 2024, (4), p. 151-157.
DOI
1. Керимов Ю.Б., Абышов А.З., Исаев Д.И. Байрамов П.Б., Серкеров С. Фенолпроизводные корни Ferula рersica L. “Химия природных соединений”. 1992, № 5, с. 579.
2. İsayev C.İ. Quba dağ massivinin cənub-şərq hissəsində yabanı dərman bitki ehtiyatının təyini, Azərbaycan Tibb Jurnalı, 2004, № 2, s. 20-23.
3. İsayev C.İ. Lənkəran rayonu ərazisində yabanı dərman bitki ehtiyatının təyini, Azərbaycan Tibb Jurnalı, 2004, № 4, s. 15-19.
4. İsayev C.İ., Samura B.A., Kərimov Y.B., Quliyev V.R., Samura B.B., Taran A.V. Bitki mənşəli “Fitotussin” şərbətinin farmakoloji fəallığının öyrənilməsi, Azərbaycan Tibb Jurnalı, 2005, № 3, s. 10-13.
5. İsayev C.İ., İsmayılova N.N., Məmmədova N.H. Azərbaycanda becərilən çin aktinidiyasının (Actinidia chinensis L.) meyvələrinin polisaxarid tərkibinin tədqiqi. Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2013, № 2, s. 109-113.
6. İsayev C.İ., İsmayılova N.N Azərbaycanda becərilən çin aktinidiyası (Actinidia chinensis L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2013, № 4, s. 98-101.
7. İsayev C.İ., Qurbanov H.M. Azərbaycan florasından olan süsən cinsinə aid bəzi bitki növlərinin farmakoqnostik tədqiqi. //Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2014, № 2, s. 104-109.
8. İsayev C.İ., Qurbanov H.M. Iris medwedewii Fomin və I. carthaliniae Fomin bitkilərinin xammalında flavonoidlərin spektrofotometrik üsulla miqdari təyini. //Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, 2014, № 1, s. 21-24.
9. Исаев Д.И., Ковалев В.Н., Гурбанов Г.М., Михайленко О.А. Количественное определение мангиферина в некоторых видах рода Iris из флоры Азербайджана //Журнал Растительные Ресурсы АН Российской Федерации, 2015, т. 51, выпуск 3, с. 444-447.
10. Исаев Д.И., Ковалев В.Н., Гурбанов Г.М.,Михайленко О.А Фенольные соединения корневищ Iris carthaliniae /Фенольные соединения: фундаментальные и прикладные аспекты, Москва, 20-25 апреля 2015 г. Материалы IX международного симпозиума, М, 2015, с. 70-74.
11. Исаев Д.И., Гурбанов Г.М. Фитохимический и микроскопический анализ некоторых видов касатиков из флоры Азербаджана. /ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticələrinə həsr edilmiş elmi-praktik konfrans, may 2015, Bakı, 2015.
12. Исаев Д.И. Самура Б.А., Кулиев В.Р., Гурбанов Г.М. Исследование антиноцицептивной и антиэксудативной активности экстрактов из касатика карталинского и касатика медведева // Актуальные проблемы сучасные медицины, 2015, том 15, вып 3(51), часть 2, с. 255-258.
13. İsayev C.İ., Vəliyeva A.K. Galega orientalis Lam. bitkisinin bəzi farmakoqnostik tədqiqi // Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2016, № 1, s.67-72.
14. Исаев Д.И., Михайленко О.А., Гурбанов Г.М., Ковалев В.Н., Эфирные масла Iris medwedewii и Iris carthalinae // Химия природных соедиений, 2016, № 4, с. 641-642. https://doi.org/10.1007/s10600-016-1764-7.
15. Ковалев В.Н., Михайленко О.А., Исаев Д.И., Гурбанов Г.М Количественное определение мангиферина в корневищах Iris hungarica и Iris sibirica методом ВЭЖХ // Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, 2016, № 1, s. 13-17.
16. Самура Б.А., Исаев Д.И., Кулиев В.Р., Гурбанов Г.М. Исследование диуретической активности экстрактов из касатика карталинского и касатика медведева / Материалы XXXIII Всеукраинской научно-практической конференции с участием международных специалистов, 8 апреля 2016 год, Харьков, 2016, с. 328-333.
17. Исаев Д.И., Гурбанов Г.М. Виды рода Iris произрастающих в Азербайджане как перспективные источники ксантонов // Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2016, № 2, s. 119-124.
18. Исаев Д.И., Гурбанов Г.М. Содержание ксантонов в касатике Медведева и динамика их накопления / Təbabətin aktual problemləri. ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları əsasında keçirilən elmi-praktik konfransın materialları, 2016, № 3, s. 123-128.
19. İsayev C.İ., Babayeva N.T, Azərbaycan florasından olan Hedysarum cinsinə aid bitkilərin istifadə perspektivləri / Təbabətin aktual problemləri. ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları əsasında keçirilən elmi-praktik konfransın materialları, 2016, № 2, s. 68-74.
20. Isayev J.I., Mykhaeilenko O.O., Kovalyov V.N., Gurbanov G.M., Suleymanov M.Y. Gas chromatography – mass spectrometry studies of the component composition of carboxylic acids of the rhizomes of Iris medwedewii and Iris carthaliniae (Iridaceae) // Čes. slov. Farm. 2017, v. 66, p. 9-14.
21. İsayev C.İ., Babayeva N.T. Hedysarum cinsinə aid bitkilərin fitokimyəvi tədqiqi və tibbdə istifadə perspektivləri //Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2017, № 1, s. 65-73.
22. İsayev C.İ., Babayeva N.T. Azərbaycan florasından olan Hedysarum cinsinə aid bitkilərin istifadə perspektivləri / Təbabətin aktual problemləri. ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları əsasında keçirilən elmi-praktik konfransın materialları, 2017, s. 134.
23. Исаев Д.И., Гурбанов Г.М. Содержание ксантонов в касатике Медведева и динамика их накопления /Təbabətin aktual problemləri. ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları əsasında keçirilən elmi-praktik konfransın materialları, 2017, s. 134.
24. İsayev C.İ., Zairli T.V., İsmayılova G.A. Vicia variabilis və Onobrychis petrea bitkilərinin bəzi farmakoqnostik tədqiqi ////Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2017, № 2, s. 100-112.
25. İsayev C.İ., Kərimov Y.B., Məmmədova N.H., Əliyeva S.Ş., Əliyeva S.E., Şükürova A.S. və Babayeva N.T. Farmakoqnoziya 1 test tapşırıqları (azərbaycan, rus və ingilis dillərində), Bakı, 2019, 256 s.
26. İsayev C.İ., Əliyeva S.E., Kərimova Z.K., Allahversiyeva R.S. Azərbaycanda becərilən sellov feyxoasının bəzi farmakoqnostik tədqiqi. Sağlamlıq jurnalı, 2018, № 5, s. 163-168.
İsayev C.İ., Əliyeva S.E., Kərimova Z.K. Sellov feyxoasının mikroskopik tədqiqi. Sağlamlıq jurnalı, 2019, № 1, s. 157-162.
27. İsayev C,İ., Qədimli A.İ. Acıçiçək növlərinin farmakoqnostik tədqiqi və tibbdə istifadəsi. Sağlamlıq jurnalı, 2019, № 1, s. 157-162.
28. İsayev C.İ., Əliyeva S.E., Kərimova Z.K. Cillies sezalpiniyasının toxumlarında lipidlərin tədqiqi. Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2019, № 2, s. 144-148.
29. İsayev C,İ., Qədimli A.İ. Gentiana gelida bitkisinin bəzi farmakoqnostik tədqiqi. Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2019, № 2, s. 148-153.
30. İsayev C.İ., Kərimov Y.B., Məmmədova N.H., Əliyeva S.Ş., Əliyeva S.E., Şükürova A.S. və Babayeva N.T. Farmakoqnoziya 1 test tapşırıqları (azərbaycan, rus və ingilis dillərində), Bakı, 2019, 256 s.
31. Safarova N.M., İsayev J.I., Gasimov E.K., Rzayev F.H. Histo-anatomical study of Campanula saxifraga subsp. meyeriana (Rupr.) ogan. Pharmacognosy Research, 2022, vol. 14, № 4, p. 391-394. DOI: 10.5530/pres.14.4.57
32. Səfərova N.M., İsayev C.İ. Campanula sarmatica Ker Gawl. (Sarmat zəngçiçəyi) bitkisinin mikroskopik tədqiqi. Tibb və Elm jurnalı, 2022, № 2(28), s. 67-71.
37. Исаев Д.И., Джафарова Ш.Б., Мамедова Н.Г. Запасы сырья видов рода Onobrychis (Fabaceae) в Азербайджанской Республике. Растительные ресурсы, 2023, том 59, № 3, с. 249-256.
33. Kerimli E.H., Kerimov Y.B., İsayev D.İ., Zulfugarova P.V., Akhmedov E.Y., MaslovY. The study of some pharmacognostic aspects of Ferula persica Wild. (Apiaceae) roots in the flora of Azerbaijan. News of pharmacy 2024, vol 1 (107), p. 125-130.
34. İsayev C.İ., Səfərova N.M., Hacıyeva E.M. Azərbaycan Respublikasının ərazisində Campanula sarmatica Ker-Gawl. (Sarmat zəngçiçəyi) bitkisinin yayılma arealının və xammal ehiyatının öyrənilməsi Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, 2024, № 1, s. 23-29.
35. Cəfərova Ş.B., İsayev C.İ. Onobrychis Bobrovii Grossh. bitkisinin xammalında flavonoidlərin tədqiqi Tibb və Elm jurnalı, 2024, № 1, s. 89-92.
36. Ilhama Jahangirova, Javanshir Isayev, Kamala Badalova, Ilkin Nasirli, Eldar Garayev. In vitro and in silico study of biological activity and toxicity of ambrosoartemisifolide and isoalantolactone sesquiterpene lactones obtained from the Ambrosia artemisiifolia L. and Telekia speciosa (Schreb.) Baumg. plant species. Institute of molecular biology & biotechnologies transactions, 2024, 8(2), p. 14-18.
37.45. Kərimov Y.B., İsayev C.İ. Süleymanov T.A. Azərbaycan florasının perspektiv yabanı bitkilərinin axtarılmasının müasir istiqamətləri və onların əczaçılıq istehsalında istifadəsi. Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, 2024, № 2.
Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun qrant layihəsində: Böyük maliyyə həcmli pilot layihəsi müsabiqəsində “Respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi-tədqiqat laboratoriyasının təşkili” adlı işlə iştirak edilmiş və qrant layihəsi udulmuşdur.
Layihənin rəhbəri: professor Y.B.Kərimov.
Layihənin iştirakçıları: S.T.Süleymanov, C.İ.İsayev, F.İ.Əliyev, N.H.Məmmədova, E.H.Kərimli, A.S.Şükürova, H.M.Qurbanov.
Qrant layihəsinə uyğun olaraq laboratoriya qurulmuş və müvafiq avadanlıqlarla təchiz edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü
1. Musəvi Aynur. Lansetşəkilli bağayarpağının farmakoqnostik tədqiqi
2. Kərimli Elvin Hacı oğlu. Iris imbiricata Lindl. bitkisinin fitokimyəvi tədqiqi
3. Qurbanova Gülmirə Adil qızı. Mentha pulegium L. bitkisinin bəzi fitokimyəvi tədqiqi
4. Paşayeva Leyla Nazim qızı. Crocus sativus (Adi zəfəran) bitkisinin bəzi farmakoqnostik tədqiqi
5. İsmayılova Nübar Nazim qızı. Actinidia delicosa L. (Zərif aktinidiya) bitkisinin bəzi farmakoqnostik tədqiqi
6. Allahverdiyeva Rövşanə Şəhadət qızı. Azərbaycanda becərilən Sellov feyxoasının (Feijova Sellowiana Berq.) bəzi farmakoqnostik tədqiqi
7. Şükürlü Emil Namiq oğlu. Azərbaycan florasından olan hündür mərəvcə (Smilax excelsa L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi
8. Cəmilgil Maral İbad qızı. Cillies sezalpiniyası (Caesalpinia Gilliesii (Hook.) Dietr bitkisinin bəzi farmakoqnostik tədqiqi
9. Şahbazova Ülkər Arif qızı. Azərbaycan florasından olan tüklü yağıotu (Epilobium hirsutum L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi
10. Vəliyeva Adilə. Şərq çəpişotu bitkisinin farmakoqnostik tədqiqi
11. Zairli Türkan Valid qızı. Dəyişkən lərgə (Vicia variabilis Freyn et Sint.) bitkisinin bəzi farmakoqnostik tədqiqi
12. İsmayılova Gülnar Azad qızı. Qaya esparseti (Onobrychis petrea (M.B.) Fisch.) bitkisinin bəzi farmakoqnostik tədqiqi
13. Əliyeva Aytac Ədalət qızı. “Soyuğadavamlı acıçiçək (Gentiana gelida M.B.) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
14. Cəfərova Günay Saleh qızı. Göyçək köpükotu (Hedysarum formosum Fisch.) bitkisinin bəzi farmakoqnostik tədqiqi
15. Məmmədova Firuzə Mehman qızı. “Avstriya ilanbaşı (Dracocephalum austriacum L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
16. NağıyevElvin Elman oğlu. “Sünbüllü qızılçətir (Centaurium spicatum (L.) Fritsch) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
17. Cəfəri Turəc İraş. “Kotul üsgüyotu (Consolida divaricata Lebed.) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
18. Məmmədova Zeynəb Mürşüd qızı. “Şərq qərənfili (Dianthus orientalis Ad. in Web.) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
19. Məmmədbyli Qəmər Pərviz qızı. Azərbaycanda becərilən Camelia sinensis (L.) Kuntze çin çayının fitokimyəvi tədqiqi və fitopreparatların istehsalında istifadə perspektivləri
20. Qasımlı Gülşən Müqabil qızı. Alchemilla “Qafqaz şaxduranı (Alchemilla caucasica Bus.) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
1. Qədimli Aydan İsrafil qızı “Azərbaycan florasından olan Gentiana (acıçiçək) cinsinə aid bəzi bitki növlərinin farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir və sənədlərini Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir.
2. Cəfərova Günay Saleh qızı “Bəzi İlanbaşı (Dracocephalum L.) növlərinin farmakoqnostik öyrənilməsi” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır və işin ilkin müdafiəsi mərhələsindədir.
3. Babayeva Nərmin Təyyar qızı “Hedysarum cinsinə aid bəzi bitki növlərinin farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır və işin ilkin müdafiəsi mərhələsindədir.
4. Səfərova Nilufər Mübariz qızı. “Azərbaycan florasında olan zəngçiçəyi (Campanula L.) cinsinə aid bəzi bitkilərin farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır və işin ilkin müdafiəsi mərhələsindədir.
5. Cəfərova Şəhla Bayram qızı “Azərbaycan florasından olan esparset (Onobrychis Adans.) cinsinə aid bəzi növlərin farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işini yekunlaşdırmışdır və işin ilkin müdafiəsi mərhələsindədir.
6. Nağıyev Elvin Elman oğlu “Farmakoqnoziya” ixtisası üzrə I kurs qiyabi doktorantdır. O, “Azərbaycan florasına aid bəzi Alchemilla L. (şaxduran) növlərinin farmakoqnostik tədqiqi” dissertasiya mövzusu üzərində çalışır.