
Xuraman Mustafayeva Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini 1995–2000-ci illərdə bitirmiş və 2000–2002-ci illərdə Zosimia absinthifolia bitkisinin kumarinləri” mövzusunda dissertasiya işini müdafiə edərək Farmakoqnoziya ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.2004–2008-ci illərdə ATU-nun Farmakoqnoziya və Botanika kafedrasında aspiranturada təhsilini davam etdirməklə yanaşı, eyni zamanda Fransanın Marsel şəhərində yerləşən Aix-Marseille II Universitetində magistratura (2004–2005) və doktorantura (2005–2009) təhsili almışdır. 2009-cu ildə Cephalaria kotschyi bitkisinin fitokimyəvi öyrənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür. 2020-ci ildə AAK tərəfindən PhD diplomunun nostrifikasiyası təsdiqlənmişdir.O, elmi və peşəkar işində həm yerli, həm də beynəlxalq layihələrdə iştirak etmişdir. Bunlara WWF Caucasus təşkilatının dərman bitkiləri ilə bağlı layihəsi, Dünya Bankı–Səhiyyə Nazirliyinin “Səhiyyə Sektoru İslahatları” proqramında ekspert fəaliyyəti, eləcə də müxtəlif akademik əməkdaşlıqlar daxildir.Hazırda Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında baş müəllim kimi çalışır, fitokimya, farmakoqnoziya, fitofarmasiya və elmi tədqiqat metodologiyası fənlərindən dərs deyir, magistr və dissertasiya səviyyəsində tələbələrin elmi rəhbəri qismində fəaliyyət göstərir. “Pharmacognosy Communications” jurnalının redaksiya heyətinin üzvüdür.Onun elmi əsərləri “Chemistry of Natural Compounds”, “Journal of Natural Products”, “Azerbaijan Pharmaceutical Journal” və digər nüfuzlu nəşrlərdə dərc olunmuşdur. Tədqiqatlarına 65-dən çox istinad edilmişdir, tədqiqat marağı indeksi 79.5, H-indeksi isə 3-dür.
Xuraman Mustafayeva Farmakoqnoziya kafedrasında pedaqoji və elmi fəaliyyət göstərməklə yanaşı, Fransa-Azərbaycan Universiteti (UFAZ) və AMEA Geologiya və Geofizika İnstitutu ilə birgə tədqiqat layihələrində iştirak edir.
O, tələbə elmi konfranslarında münsif, təşkilatçı və elmi rəhbər qismində çıxış edir, fakültənin Tələbə Elmi Cəmiyyətinin Elmi Rəhbəri kimi sosial və akademik təşəbbüsləri dəstəkləyir.
Bakalavr: Azərbaycan Tibb Universiteti, Əczaçılıq fakültəsi (1995–2000)
Magistratura:Farmakoqnoziya ixtisası (2000–2002)
Dissertasiya: “Zosimia absinthifolia bitkisinin kumarinləri”
Aspirantura və Doktorantura:
ATU Farmakoqnoziya və Botanika kafedrası (2004–2008)
Aix-Marseille II Universiteti, Fransa – Magistratura (2004–2005)
Aix-Marseille II Universiteti, Fransa – PhD proqramı (2005–2009)
Dissertasiya: “Cephalaria kotschyi bitkisinin fitokimyəvi öyrənilməsi”
Diplomun nostrifikasiyası: Ali Attestasiya Komissiyası, 2020
Əczaçılıq üzrə fəlsəfə doktoru
Farmakoqnostik tədqiqatlar
Fitokimyəvi analizlər və bioloji fəal maddələrin tədqiqi
Etnofarmakologiya və dərman bitkilərinin müasir tətbiqləri
Flavonoidlər, kumarinlər, iridoidlər və digər təbii birləşmələrin öyrənilməsi
Bitki mikromorfologiyası və identifikasiyası
1. Kerimov, Yusif B., Abishov, Ariz Z., & Mustafayeva, Khuraman N. Coumarins from the roots of Zosimia absinthifolia. Azerbaijan Pharmaceutical Journal, 2002, No. 2, 26–28.
2. Suleymanov, Tahir O., Mustafayeva, Khuraman N., Balansard, Guy, & Elias, Riad. Flavonoids from the roots of Danae racemosa. Azerbaijan Medical Journal, 2006, No. 1, 32–33.
3. Mustafayeva, Khuraman N., Kerimov, Yusif B., Balansard, Guy, Elias, Riad, & Mahiou, Valerie. Iridoids from the roots of Cephalaria kotschyi.Chemistry of Natural Compounds, 2008, No. 1, 102.
4. Mustafayeva, Khuraman N., Di Giorgio, Cristina, Elias, Riad, Kerimov, Yusif B., Ollivier, Eveılyne, & De Meo, Michel. DNA-damaging, mutagenic and clastogenic activities of gentiopicroside isolated from Cephalaria kotschyi roots.Journal of Natural Products, 2010, 73(2), 99–103.
5. Mustafayeva, Khuraman N., Elias, Riad, Mahiou-Leddet, Valerie, Suleymanov, Tahir O., Kerimov, Yusif B., & Ollivier, Evelyne. Lignan and iridoid glycosides from the roots of Cephalaria kotschyi. Chemistry of Natural Compounds, submitted December 2010.
6. Mustafayeva, Khuraman N., Mamedrzayev, Azad S., Javadova, Jahan M., & Rahimli, Nurana M. Сравнительное изучение трихом и пыльцевых зерен некоторых представителей семейства сложноцветных (Comprehensive study of trichomes and pollen grains of some Asteraceae species).ADHTİ Elmi-Praktiki Konfransı Materialları, 2023, s. 287.
7. Isayev, Chingiz I., Karimova, Zeynab K., Mustafayeva, Khuraman N., Haciyeva, Esmira M., Babayeva, Narmin T., & Safarova, Nilufar M. Atropa belladonna – Adi xanımtou bitkisinin xalq təbabətində və elmi təbabətdə istifadəsi, kimyəvi tərkibi və perspektivləri. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2023, No. 4, 187–192.
9. Mustafayeva, Khuraman N., Babayeva, Narmin T., & Mammadova, Laman E. Giləmeyvəli qaraçöhrə (Taxus baccata L.) yarpaqlarında flavonoid məcmusunun miqdari təyini (spektrofotometrik üsulla). Ə.Əliyev adına ADHTİ Elmi-Praktiki Konfrans Materialları, 2024.
10. Isayev, Chingiz I., Haciyeva, Esmira M., Mustafayeva, Khuraman N., Yaqubov, Kamran M., Babayeva, Narmin T., Safarova, Nilufar M., Qədimli, Aydan I., & Cəfərova, Günay S. Azərbaycanın Zuvand geobotanik ərazisində tənəffüs sistemi xəstəliklərinin müalicəsinə dair etnofarmakoloji tədqiqat. Azərbaycan Tibb Jurnalı, 2024, No. 3, 121–127.
11. Mustafayeva, Khuraman N.; Cəbiyev, Hasan E.; Ragimov T., Gojayeva F. Sitrus qabıqlarında flavonoidlərin UV-spektrofotometriya üsulu ilə müqayisəli miqdar təyini. Cild 5, № 2, 2025.
12. Mustafayeva, Khuraman N. Et al. Phytochemicals of Food Plants Used in Azerbaijan and Their Health Benefits – Part 1. Azerbaijan Pharmaceutical Journal, vol 24, №1, 2025.
1.Nərmin Məhərrəmova (2020–2022) Silene schafta bitkisinin farmakoqnostik tədqiqi.
2.Ləman Məmmədova (2022–2024) Taxus baccata bitkisinin bəzi farmakoqnostik göstəriciləri.
3.Ramilə Mustafayeva (2024– ) Azərbaycanda bitən bəzi meyvə bitkilərinin fenol birləşmələrinin tərkibi və antioksidant potensialı.
4.Həsən Cəbiyev (2025– ) Azərbaycanda bitən Silene compacta bitkisinin fitokimyəvi tədqiqi.