
Babayeva Nərmin Təyyar qızı 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə qəbul olmuş, 2013-cü ildə bakalavr təhsilini uğurla başa vurmuşdur. Həmin ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində magistratura pilləsinə qəbul olunmuş və 2015-ci ildə əczaçılıq kimyası ixtisası üzrə magistr dərəcəsini bitirmişdir. 2020-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin “Əczaçılıq kimyası və farmakoqnoziya” ixtisası üzrə qiyabi doktorantura pilləsinə qəbul olmuş, 2024-cü ildə bitirmişdir. 2018–2019-cu illərdə elmi tədqiqat işinin praktik mərhələsinin bir hissəsini yerinə yetirmək məqsədilə Türkiyə Respublikasının Hacettepe Universitetində (Ankara) TUBİTAK-ın beynəlxalq tədqiqat proqramı çərçivəsində elmi ezamiyyətdə olmuşdur. Elmi fəaliyyəti dövründə 17 elmi məqalənin, 7 elmi tezisin və 2 farmakopeya məqaləsinin müəllifidir. 16 sentyabr 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında baş laborant vəzifəsində başlamış, 2019-cu ilin oktyabr ayınadək həmin vəzifədə çalışmışdır. 25 oktyabr 2019-cu ildən etibarən Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında assistent vəzifəsində pedaqoji və elmi fəaliyyətini davam etdirir. 2015-ci il Avropa Oyunlarında könüllü əczaçı, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında əczaçı, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalında əczaçı-məsləhətçi, 2024 və 2025-ci illərdə Formula 1 Azərbaycan Qran-Prisində əczaçı, 2025-ci il MDB Oyunlarında əczaçı, eləcə də COP29 beynəlxalq tədbirində əczaçı kimi fəaliyyət göstərmişdir.
2016-2019 ATU-nun Farmakoqnoziya kafedrasında baş laborant
2019- hal hazıra qədər ATU-nun Farmakoqnoziya kafedrasında assistent
2020-2024 Doktorantura ATU, Farmakoqnoziya kafedrası, “Əczaçılıq kimyası və Farmakoqnoziya” ixtisası
2013-2015 Magistratura ATU, Əczaçılıq kimyası kafedrası, “Əczaçılığın kimyası” ixtisası
2008-2013 Bakalavr Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
1. NMR əsasları (Basics of NMR) – Lille Universiteti
2. AEE-Teacher Spring 2020: English Communication for Health Professionals, Course B – ABŞ Səfirliyinin MOOC proqramı çərçivəsində
3. Farmakovigilans üzrə təlim
4. Epidemiologiya və Biostatistika üzrə təlim
1.Dərman bitkilərinin və onların tərkibində olan bioloji fəal birləşmələrin in vitro və in silico metodlarla tədqiqi, farmakoqnostik və fitokimyəvi analizlərinin aparılması;
2.Dərman bitkilərindən alınan ekstraktlardan bioloji fəal birləşmələrin izolyasiyası və identifikasiyası, struktur xüsusiyyətlərinin öyrənilməsi;
3.Təbii mənşəli ekstrakt və birləşmələrin müasir analitik üsullarla (HPLC, GC, NMR və s.) analiz edilməsi, ilkin farmakoloji xüsusiyyətlərinin (antioksidant, antibakterial, antifunqal təsirlər) araşdırılması;
4.Dərman bitkiləri, onların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla (HPLC-MS, GC və s.) tədqiqi, izolyasiyası və antioksidant, antibakterial, antifunqal kimi ilkin farmakoloji xüsusiyyətlərinin öyrənilməsi;
5.Azərbaycanın müxtəlif geobotanik ərazisində yayılan dərman bitkilərinin müxtəlif xəstəliklərin müalicəsinə dair etnofarmakoloji tədqiqi.
İsayev C.İ., Kərimov Y.B., Məmmədova N.H., Əliyeva S.Ş., Əliyeva S.E., Şükürova A.S. və Babayeva N.T. Farmakoqnoziya 1 test tapşırıqları (azərbaycan, rus və ingilis dillərində), Bakı, 2019, 256 s
1. İsayev C.İ., Babayeva N.T. Azərbaycan florasından olan Hedysarum cinsinə aid bitkilərin istifadə perspektivləri / Təbabətin aktual problemləri. ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları əsasında keçirilən elmi-praktik konfransın materialları, 2017, s. 134.
2. İsayev C.İ., Babayeva N.T. Hedysarum cinsinə aid bitkilərin fitokimyəvi tədqiqi və tibbdə istifadə perspektivləri //Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, 2017, № 1, s. 65-73.
3. İsayev C.İ., Babayeva N.T, Azərbaycan florasından olan Hedysarum cinsinə aid bitkilərin istifadə perspektivləri / Təbabətin aktual problemləri. ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları əsasında keçirilən elmi-praktik konfransın materialları, 2016, № 2, s. 68-74.
4. Isayev J.I., Hajiyeva E.M., Mustafayeva Kh.N., Yagubov K.M., Babayeva N.T., Safarova N.M., Gadimli A.I., Jafarova G.S. Ethnopharmacological study of the treatment of diseases of the respiratory system in the Zuvand geobotanical territory of Azerbaijan // Azerbaijan Medical Journal, 2024, (3), p. 121-127
5. Isayev J.I., Hajiyeva E.M., Babayeva N.T., Jafarova G.S., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of diseases of the digestive system in the geobotanical region of Azerbaijan Nakhichevan Highlands // Azerbaijan medical journal, 2024, (4), p. 151-157
Isayev J.I., Babayeva N.T., Jafarova G.S., Mustafayeva Kh. N., Hajiyeva E.M., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of cardiovascular diseases in the Guba mountain geobotanical region of Azerbaijan // Azerbaijan medical journal, 2025, (1), p. 171-176.
DOI
Babayeva N.T., Isayev J.I., Sarajoglu I., Kutluay V.M., Suleymanova T.H. Phenolic content and antioxidant, antibacterial, and antifungal activities of the roots of Hedysarum formosum and Hedysarum atropatanum // Azerbaijan medical journal, 2025, (3), p. 148-152.
DOI