
Səfərova Gülnarə Həsən qızı 1987-ci ildə BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə ATU-nun “Fəlsəfə kafedrası”nda əvvəlcə baş laborant, 1990-cı ildən müəllim, 2000- ci ildən baş müəllim, 2002-ci ildən isə dosent vəzifəsində işləyir. O, 1997-ci ildə “Həyat tərzinin əxlaqı əsaslarının möhkəm-ləndirilməsi” mövzu-sunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respubli-kası AAK tərəfindən fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərə-cəsi diplomu almışdır. Dosent Səfərova G.H. 2016-ci ildən Bakı Dövlət Universi-tetinin elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır. Dosent Səfərova G.H. həm fakültə, həm də universitetimizin ictimai həyatında yaxından və fəal iştirak edir. O, Əczaçılıq fakültəsinin həmkarlar qrupunun büro üzvüdür. Onun TEC xətti ilə fəaliyyəti də təqdirəlayiqdir. Dosent Səfərova G.H. daima özünün elmi-pedaqoji səviyyə-sini artırmaq qayğısına qalaraq özünü çalışqan, təvazökar, intizamlı müəllim kimi tanıtmış, kafedra və universitetin professor-müəllim heyətinin hörmətini qazanmışdır. O, bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumların iştirakçısı, bir sıra mötəbər elmi jurnalların redaksiya heyətinin üzvüdür.
Azərbaycan Tibb Universiteti 1990-hal hazıradək
Azərbaycan Tibb Universiteti 1990 Baş laborant
Azərbaycan Tibb Universiteti 1990 Müəllim
Azərbaycan Tibb Universiteti 2000 Baş müəllim
Azərbaycan Tibb Universiteti 2002 Dosent
Azərbaycan Dövlət Universiteti 1982-1987
“Həyat tərzinin əxlaqı əsaslarının möhkəmləndirilməsi” - f.ü.f.d. *1997
“A.O.Makovelskinin fəlsəfi irsi və müasirlik” - doktorluq dissertasiyı üzərində işləyir.
1.Azərbaycanda Tibb təhsili alan tələbələrə tədris olunan Fəlsəfə fənninin özəllikləri.
2022 EYFOR-XIII. Uluslararası Egitim Yönetim Forumu. İzmir. Eyfor-XIII- özet-kitabı. (Səh.341)
2.Makovelskinin yetişdiyi mənəvi-siyasi mühit.
2022 I Uluslararası Avrasiya sempozyumu sosyal bilimler və sanat. Antalya, Türkiyə. Özet kitabı, Ankara. (Səh.21)
3.Orta əsr Qərb fəlsəfəsi və mistisizm.
2022 V Beynəlxalq Həmzə Nigari Simpoziumu, Ağdam, (Səh.129-137)