Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Q.C.Əliyev 1979-cu ildə S.M.Kirov adına ADU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Azərbaycan SSR EA-nın Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 1982-ci ildə aspiranturanı qurtardıqdan sonra həmin institutda kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır. O. 1983-cü ildə Moskvada “Şəxsiyyətin sosial fəallığının artması şəraitində onun mənəvi tələbatının strukturunun inkişafı” mövzusunda namizədlik, 1998-ci ildə isə “Müasir demokratik proseslər: sosial - fəlsəfi təhlil” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi diplomu, 2004-cü ildə isə professor elmi adı, 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

1984-cü ilin sentyabr ayında müsabiqə yolu ilə N.Nərimanov adına ATU-nun Fəlsəfə kafedrasına müəllim vəzifəsinə seçilmişdir. Həmin kafedrada o, əvvəlcə müəllim, baş müəllim, dosent, professor və 1996-cı ilin avqust ayından etibarən həmin kafedrada müdir əvəzi, 1996-cı ildən 2013-cü ilə qədər həmin kafedrada müdir vəzifəsində çalışmışdır. 2013-cü ildən hal-hazıra qədər İctimai fənlər kafedrasının müdiridir.

Prof.Q.C.Əliyev Universitetdə çalışdığı müddətdə bir sıra monoqrafiyalar yazmış, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda çıxışlar etmiş, dərs və tədris - metodik vəsaitləri çap etdirmişdir. O, 3 dərs vəsaitinin, 8 monoqrafiyanın və 170-dən artıq elmi məqalələrin müəllifidir.                

            Prof.Q.C.Əliyevin rəhbərliyi altında beş namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə olunmuş, ikisi isə tamamlanmaq üzrədir. O, çoxsaylı namizədlik dissertasiyalarına opponentlik etmişdir.

O, universitetdə işlədiyi müddətdə özünü nizam - intizamlı və təşəbbüskar işçi kimi tanıtmışdır. Universitetin ictimai həyatında yaxından və fəal iştirak edir.

Professor Əliyev Q.C. öz işində tələbkar, prinsipial və intizamlıdır. Əməkdaşlar və tələbə kollektivi arasında böyük hörmət qazanmışdır.

 

Elmi araşdırma sahəsi

“Şəxsiyyətin sosial fəallığının artması şəraitində onun mənəvi tələbatının strukturunun inkişafı” – f.ü.f.d. *1983

“Müasir demokratik proseslər: sosial -fəlsəfi təhlil” – f.e.d. *1998

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti *1984-hal hazıradək

Azərbaycan Tibb Universiteti *1984

  • Müəllim

Azərbaycan Tibb Universiteti *1986

  • Baş müəllim

Azərbaycan Tibb Universiteti *1990

  • Dosent

Azərbaycan Tibb Universiteti *2004 

  • Professor
Təhsil

S.M.Kirov ad. Azərbay-can Dövlət Universiteti   1979-1984

Nailiyyətlər (adlar)

Azərbaycan Respublika-sının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” *2010

Məqalə

Heydər Əliyev və milli ləyaqətin qorunmasının metodologiyası

2018*Haydar Aliyev: Çok kültürlülük ve Hoşgörü İdeolojisi çerçevesinde Azerbaycanın Kurucusu Haydar Aliyevin Doğumunun 95 Yılı Anısına Haydar Aliyev ve Türk Dünyası Adlı Uluslararası Sempozyum Erzurum/Türkiye, (səh.32)

Türkiyə və Azərbaycanda narkotiklərlə mübarizə haqqında. 2022*Türk dünyası araştırmaları sempozyumu.Niğde

Принцип «подвергай всё сомнению» в деятельности врача. 2022*Материалы юбилейной (70-ой) научно-практической конференции ГОУ «ТГМУ им.Абуали ибни Сино» «Современная медицина: традиции и  инновации» с международным участием, Душанбе.

Organization of turk ic states from the perspective of Heydar Aliyevs views. Heydər Əliyev türk dünyasının möcüzəsidir (ingilis dilində) 2023* “Organization of Turkic States. Politics, Economics, Cultural Collaborations and 2040 Vision”.

H.Əliyev tarixi yaddaş və milli mentalitet haqqında.  2023*Tacikistan Dövlət Universitetinin yubiley (70 il) elmi-praktik konfrans.

Fəlsəfənin fəlsəfəsi haqqında.  2025* Nəzəri, klinik və eksperimental morfologiya jurnalı, cild 5, №1.  DOİ İD: https://doişorg/10.28942/jtcem.v4i1-2

Kitab

“Politologiya” – Bakı, 1994

“Demokratiya anlayışı” – Bakı,  1995

“Çağdaş demokratik proseslərin bəzi fəlsəfi problemləri” – Bakı, 1997

“Demokratiya və müasirlik” – Bakı, 1998

“Kulturologiya” – Bakı, 1997

“Platon və Aristotel” – Bakı, 1997

“Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi” – Bakı, 1998

“Konfliktologiyaya giriş” – Bakı, 1998

“Metafəlsəfə predmeti və vəzifələri” – Bakı, 1999

“Mədəniyyətşünaslıq” – Bakı, 1999

“Təbabət fəlsəfəsi” – Bakı, 2000

“Müdrikliyin təntənəsi”, – Bakı, 2002

“Heydər Əliyev və milli mentalitet fəlsəfəsi” – Bakı, 2003

“Təbabət etikası” – Bakı, 2004

“Heydər Əliyevin dövlət müstəqilliyi konsepsiyası” – Bakı, 2004

“Tibbi etika lüğəti” – Bakı, 2007

“Təbabət fəlsəfəsi” – Bakı, 2010

“Müasir reallıqlarımız fəlsəfəi təhlildə” – Bakı, 2010

“Təbabət fəlsəfəsi” – Bakı, 2019

“Tarix fəlsəfəsi”- Bakı 2019

“Təbabət etikası” – Bakı, 2021

Fəlsəfə üzrə fəlsəfə doktoru

Qəniyeva Fəridə Məmməd q -2001

“Cəmiyyətin sosial sağlamlığı problemi”-İxtisas:09.00.11-“sosial fəlsəfə”.

 

Məmmədova Tahirə Həmzə q.-2002

“Siyasi hakimiyyət: sosial-fəlsəfi təhlil”- İxtisas:09.00.11-sosial fəlsəfə.

 

Həsənov Mehman Zahid o. -2005

“Azərbaycan Respublikasında demokratiyanın qərarlaşması və inkişafında çoxpartiyalılığın rolu” – İxtisas:23.00.02-“Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər”

 

Rəcəbova Aidə Əkbər q. -2008

“Cəmiyyətin demokratikləşməsində siyasi mədəniyyət amili” – İxtisas: 23.00.01-“Siyasətin nəzəriyyəsi, siyasi elmin tarixi və metodologiyası”.

 

Qasımova Elfanə Nəsimi q. – 2009

“Dizaynın sosial funksiyaları” – İxtisas: 09.00.11-“Sosial fəlsəfə”.

 

Qasımova Bəsti Oktay q.

“Azərbaycan gerçəkliyində milli mənlik şüurunun” – üzərində işləyir