Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Səfərova Nilufər Mübariz qızı 2005- ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuşdur. 2009-cu ildə bakalavr pilləsini bitirmişdir. 2009-2014-cü illər ərzində “Riyad farm” şirkətinin aptek müəssisələrində provizor vəzifəsində çalışmışdır. 2017-2019-cu illər ərzində ATU-nun Əczaçılıq fakültəsində “Əczaçılığın texnologiyası” ixtisası üzrə magistratura pilləsində təhsil almışdır. 2019-2020-ci illər ərzində “Zeytun Pharmaceuticals’ şirkətində qeydiyyat üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2021-2024-cü illərdə Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında “Əczaçılıq kimyası və farmakoqnoziya” ixtisası üzrə doktorantura təhsili almışdır. Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Hacəttəpə Universiteti arasında bağlanmış müqaviləyə əsasən 2023-cü ildə Hacəttəpə Universitetinin Farmakoqnoziya kafedrasında elmi ezamiyyətdə olmuş və dissertasiya işinin bir hissəsini Hacəttəpə Universitetində yerinə yetirmişdir. 01 may 2024-cü il tarixindən 2025-ci ilin mart ayınadək Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında 0,5 ştat baş laborant vəzifəsində çalışmışdır. 04 mart 2025-ci il tarixindən etibarən isə Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında 1 ştat assistent vəzifəsində fəaliyyətini davam etdirir.Çalışdığı müddət ərzində  18 məqalə, 4 tezis, 2 farmakopeya məqaləsinin və 1 Avrasiya patentinin müəllifidir. Məqalələrdən bir neçəsi Web of Science, Scopus bazalarına daxil olan jurnallarda dərc olunmuşdur.

Akademik fəaliyyət

2024-cü ildən ATU-nun Farmakoqnoziya kafedrasında assistent

 

 

Təhsil

1994-2005 Orta məktəb: Gəncə şəhər 16 saylı pilot orta məktəb

2005-2009 Bakalavr: Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi

2017-2019 Magistratura: ATU, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası, “Əczaçılığın texnologiyası” ixtisası

2021-2024 Doktorantura: ATU, Farmakoqnoziya kafedrası, “Əczaçılıq kimyası və Farmakoqnoziya” ixtisası

 

 

 

Elmi araşdırma sahəsi

1. Dərman bitkiləri, onların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla (HPLC-MS, GC və s.) tədqiqi, izolyasiyası və antioksidant, antibakterial, antifunqal kimi ilkin farmakoloji xüsusiyyətlərinin öyrənilməsi;

2. Azərbaycanın müxtəlif geobotanik ərazilərində yayılmış dərman bitkilərinin müxtəlif xəstəliklərin müalicəsindəki rolunu araşdıran etnofarmakoloji tədqiqatlar.

 

Məqalə
  1. Səfərova N.M., İsayev C.İ. Campanula L. cinsinə daxil olan bəzi növlərin farmakoqnostik tədqiqi. Azərbaycan Təbabətinin müasir nailiyyətləri jurnalı, 2021, № 4, s. 15-21.
  2. Safarova N.M., Isayev J.I., Histo-anatomical study of Campanula saxifraga subsp. meyeriana (Rupr.) ogan. Pharmacognosy Research, 2022, vol. 14, № 4, p. 391-394. DOI: 10.5530/pres.14.4.57
  3. Səfərova N.M., İsayev C.İ. Campanula sarmatica Ker Gawl. (Sarmat zəngçiçəyi) bitkisinin mikroskopik tədqiqi. Tibb və Elm jurnalı, 2022, № 2(28), s. 67-71.
  4. Səfərova N.M., İsayev C.İ. Campanula saxifraga subsp. aucheri (A.DC.) Ogan. bitkisində flavonoid məcmusunun spektrofotometriya ilə miqdari təyini üsulunun validasiyası. Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, 2022, № 2, s. 41-47. DOI: 10.58495/YESI7737
  5. Səfərova N.M., İsayev C.İ., Babayeva N.T. Uzunsovyarpaq zəngçiçəyi (Campanula glomerata L.)  bitkisində flavonoid məcmusunun spektrofotometrik metodla miqdari təyini və validasiyası. Sağlamlıq, 2023, № 1, 120-130 s.
  6. İsayev C.İ., Hacyeva E.M., Kərimova Z.K., Zülfüqarova M.B., Cahangirova İ.R., Səfərova N.M. Echinacea purpurea - Qırmizi exinaseya bitkisinin xalq təbabətində və elmi təbabətdə istifadəsi, kimyəvi tərkibi, istifadə perspektivləri. Sağlamlıq, 2023, № 3, s. 7-14.
  7. İsayev C.İ., Hacyeva E.M., Mustafayeva X.N., Kərimova Z.K., Babayeva N.T., Səfərova N.M. Adi atşabalıdı – Aesculus hippocastanum L. bitkisinin xalq təbabətində və elmi təbabətdə istifadəsi, kimyəvi tərkibi, istifadə perspektivləri. Azərbaycan Təbabətinin müasir nailiyyətləri jurnalı, 2023, № 3, s. 34-38.
  8. İsayev C.İ., Mustafayeva X.N., Hacyeva E.M., Babayeva N.T., Kərimova Z.K., Səfərova N.M. Atropa belladonna – Adi xanımtou bitkisinin xalq təbabətində və  elmi təbabətdə istifadəsi, kimyəvi tərkibi, istifadə perspektivləri. Azərbaycan Təbabətinin müasir nailiyyətləri jurnalı, 2023, № 4, s. 187-192.
  9. Səfərova N.M., İsayev C.İ., Hacıyeva E.M. Azərbaycan Respublikasının ərazisində Campanula sarmatica Ker-Gawl. (Sarmat zəngçiçəyi) bitkisinin yayılma arealının və xammal ehiyatının öyrənilməsi. Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, 2024, № 1, s. 23-29. 
  10. İsayev C.İ., Hacıyeva E.M., Kərimova Z.K., Babayeva N.T., Səfərova N.M., Cəfərova G.S. Aptek çobanyastığı – Chamomilla recutita L. bitkisinin xalq təbabətində və elmi təbabətdə istifadəsi, kimyəvi tərkibi, istifadə perspektivləri. Azərbaycan Təbabətinin müasir nailiyyətləri jurnalı, 2024, № 1, s. 118-123.
  11. İsayev C.İ., Hacıyeva E.M., Kərimova Z.K., Səfərova N.M., Babayeva N.T., Cəfərova G.S. Crataegus pentagyna W. et K. in Willd. – Beşdişicikli yemişan bitkisinin xalq təbabətində və elmi təbabətdə istifadəsi, kimyəvi tərkibi, istifadə perspektivləri. Azərbaycan Təbabətinin müasir nailiyyətləri jurnalı, 2024, № 2, s. 50-55.
  12. İsayev C.İ., Hacıyeva E.M., Mustafayeva X.N., Yaqubov K.M., Babayeva N.T., Qədimli A.İ., Cəfərova G.S., Səfərova N.M. Azərbaycanın Zuvand geobotanik ərazisində tənəffüs sistemi xəstliklərində aid etnofarmakoloji tədqiqatlar. Azərbaycan Tibb jurnalı, 2024, № 3, s. 121-127.
  13. İsayev C.İ., Hacıyeva E.M., Babayeva N.T., Qədimli A.İ., Cəfərova G.S., Səfərova N.M. Azərbaycanın Naxçıvan dağlıq geobotanik ərazisində həzm sistemi xəstəliklərinə dair etnofarmakoloji tədqiqat. Azərbaycan Tibb jurnalı, 2024, № 4, s. 151-157.