Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1995-ci ildə Tahir Həsənov adına 23№-li orta məktəbi bitirib , Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakultəsinə daxil olub, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin bakalavr pilləsini bitirmiş və həmin ildə “Farmakoqnoziya” ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2002-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmiş, Farmakoqnoziya və botanika kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə assistent vəzifəsinə, 2009-cu ildə baş müəllim, 2019-cu ildə isə dosent vəzifəsinə seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. S.E.Əliyeva 2017-ci ildə “əczaçılıq kimyası, farmakoqnoziya” ixtisası üzrə dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Əliyeva  S.E. yüksək ixtisaslı və təcrübəli mütəxəssis kimi kafedranın elmi-tədqiqat və tədris-metodiki işlərində, dərs vəsaiti və metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edir və magistr dissertasiyalarının yerinə yetirilməsinə rəhbərlik edir. Eyni zamanda bəzi kompyüter proqramlarında: (“Excell”, “Power Point”, “Word” və “Photoshop”) işləyə bilir. Bütün bu xüsusiyyətləri sayəsində, o, həm kollektivin, həm də tələbələrin hörmətini qazanmışdır. Əliyeva S.E. daim öz üzərində çalışır, müasir elmi ədəbiyyatlardan istifadə edərək  peşəkar səviyyəsini artırır.Əliyeva S.E. tədris prosesinə müasir səviyyədə yanaşır, eyni zamanda Azərbaycan florasından olan yabani bitkilərin farmakoqnostik tədqiqi ilə müntəzəm məşğul olur. Əczaçılıq fakültəsinin 2-4-cü kurs tələbələrinə azərbaycan və rus dillərində farmakoqnoziya fənni üzrə mühazirələr deyir və təcrübə dərslərini keçir. İmtahan testlərinin tərtibatında iştirak edir. Əliyeva S.E. 30 elmi işin və 2 dərs vəsaitinin , 2 Avrasiya patentin müəllifidir.Uzun müddət magistratura müdafiə şurasının elmi katibi vazifəsində çalışmışdır. Dövlət İmtahan Mərkəzində magistratura pilləsinə qəbul imtahanlarında ekspert olmuşdur. Hal hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əczaçılıq üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiya müdafiələri şuralarının elmi katibidir. Əczaçılıq fakültəsinin Problem Komissiyasının, fakültə Elmi Şurasının üzvüdür. Azərbaycan Əczaçılar Assosiasiyasının Bədii Şurasının üzvü kimi də fəaliyyət göstərir. Əliyeva S.E. hazırda Əczaçılıq kimyası kafedrasında “Əczaçılıq kimyası, farmakoqnoziya” ixtisası üzrə elmlər doktoru pilləsində doktoranturada təhsilini və elmi tədqiqat işlərini davam etdirir. Tədqiqat obyekti olaraq Azərbaycan florasından tərkibində efir yağları və flavonoidlər olan yabanı bitkiləri araşdırır.

Akademik fəaliyyət

2002-2005 ATU-nun Farmakoqnoziya kafedrasında baş laborant

2005-2009 ATU-nun Farmakoqnoziya kafedrasındа assistent

2009- 2019 ATU-nun Farmakoqnoziya kafedrasında  baş müəllim

2019- hal hazıra qədər ATU-nun  Farmakoqnoziya kafedrasında dosent

Təhsil

1985-1995   Tahir Həsənov adına 23 saylı orta məktəb, Bakı

1995-2000 Bakalavr Azərbaycan Tibb Universiteti, Əczaçılıq fakultəsi, Bakı, Azərbaycan

2000-2002 Magistratura ATU, Farmakoqnoziya və botanika kafedrası, “Farmakoqnoziya” ixtisası

2010-2017 Dissertant ATU, Farmakoqnoziya və botanika kafedrası, 3400.02 “Əczaçılıq kimyası və Farmakoqnoziya” ixtisası

2023- hal hazıra qədər Doktorantura Əczaçılıq kimyası kafedrası, 3400.02 “Əczaçılıq kimyası və Farmakoqnoziya” ixtisası

Peşə və pedaqoji inkişaf

1. 05.05.2011-05.05.2011 Müasir pedaqogika və psixologiya üzrə “Təhsilin Əsasları” Azərbaycan Pedaqoji İnstitutunun fənn bazasında hazırlanmış təlim kursu, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi. 31

 2.  ”Pedaqoji Peşəkarlığın inkişafı”,Azərbaycan Tibb Universiteti, 2024   

 

 

Elmi araşdırma sahəsi

Dərman bitkiləri, onların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla (HPLC-MS, GC və s.) tədqiqi

 

 

 

Kitab

Farmakoqnoziya 1. Test tapşiriqları ( azərbaycan,ingilis və rus dillərində), Bakı,2019,255 s.

Məqalə
  1. "Salvia qlutinosa L. növünün efir yağının öyrənilməsi."Məqalə, Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı,2014, №2, səh. 26-29.Həmmüəllif: Süleymanov T.A.
  2. "Salvia verticillata L. və Salvia qlutinosa L. xammalında polisaxaridlərin miqdarı təyini."Tezis, Azərbaycan Tibb Universiteti əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş “Təbabətin aktual problemləri”mövzusunda elmi konfransın materialları, 2014, səh. 262-264.Həmmüəllif: Süleymanov T.A.
  3. "Salvia verticillata L. xammalının efir yağları və diterpen birləşmələrinin tədqiqi."Tezis, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları, 2015, səh. 163.
  4. "Изучение полисахаридного комплекса видов рода Salvia из флоры Азербайджана."Məqalə, AzərbaycanTəbabətinin Müasir Nailiyyətləri Jurnalı, 2015, №1, səh. 145-148.Həmmüəllif: Сулейманов Т.А.
  5. "Исследование видов рода шалфея из флоры Азербайджана."Tezis, XII Beynəlxalq elmi-praktik konfrans “Международное научное обозрение проблем и перспектив современной науки и образования”, Boston, ABŞ,8 aprel 2016, səh. 50-52.Həmmüəllif: Сулейманов Т.А.
  6. "Количественное определение флавоноидов в траве Salvia qlutinosa L. из флоры Азербайджана."Məqalə, "Фармация Казахстана" jurnalı, 2016, №2, səh. 50-51.Həmmüəllif: Сулейманов Т.А.
  7. Azyarpaq gülülcə (Lathyrus aphaca L.) bitkisinin farmakoqnostik tədqiqinin bəzi nəticələri Əməkdar elmxadimi,prof.R.Əsgərovun 85 illik yubileyinə həsr olunmuş beynalxalq elmi konfrans materiallarının toplusu Bakı,2018,səh.54-55
  8. .Azərbaycanda becərilən sellov feyxoasının bəzi farmakoqnostik tədqiqi Sağlamlıq № 5, 2018, səh.163-168.
  9. “Cillies sezalpiniyasının lipidlərin tədqiqi” Azərbaycan təbabətinin müasir nailiyyətləri Bakı, 2019, №2, səh.167-172.
  10. Sellov feyxoasının mikroskopik tədqiqi Sağlamlıq № 1, 2019, səh.157-160.
  11. Применение смеси экстрактов шалфея мутовчатого и шалфея железистого в качестве обезболивающего средства. №031561, Евразийская Патентная организация 2019
  12. Итоги фармакогностических исследований некоторых видов Salvia L. из флоры Азербайджана. Medical Drugs for Human. Modern İssues of Pharmacotherapy and Prescription of Medicine 2019
  13. Ətir notları (Parfüm) https://www.researchgate.net/publication/343685417 2020
  14. Dəri yağlanması və hiperhidrozun fitoterapiyası – Phytotherapy of skin oily and hyperhidrosis https://www.researchgate.net/publication/344081133 2020
  15. Sarmat zəngçiçəyi (Campanula sarmatica KER-GAWL) bitkisinin farmakoqnostik tədqiqinin nəticələri Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş “Əczaçılığın müasir problemləri” mövzusunda V benəlxalq elmi konqresin materialları Bakı, 2021, s. 156-158
Ön çap
  1. Фитокомпозиция, обладающая антимикробной активностью. Евразийская патентная организация. № 202493005, 2024
Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası

Magistr

1.Qasımova Nigar “Azyarpaq gülülcə (Lathyrus aphaca L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi» 2016-2018

2.Vəlizadə Şəhla “Sarmat zəngçiçəyi (Campanula sarmatica KER-GAWL) bitkisinin bəzi farmakoqnostik tədqiqi.” 2017-2019

3.Naftaliyeva Höküməxanım “ Azərbaycanda becərilən ensizyarpaq lavanda (Lavandula angustifolia Mill.) bitkisinin bəzi farmakoqnostik tədqiqi”. 2020-2022

4.Babayeva  Ayan “Azərbaycanda bitən Xəzər zəfəranı ( Crocus caspius) bitkisinin bəzi farmakoqnostik tədqiqi”.2021-2023

5.Abbasova Humay” Azərbaycanda becərilən bəzi Passiflora növlərinin(Passiflora sp.) farmakoqnostik tətqiqi. 2023-2025