Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Şükürova Aytən Sadiq qızı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin bakalavr pilləsini bitirmiş və həmin ildə “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrası üzrə magistraturaya qəbul olunmuşdur.    2009-cu ildə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuş, 2011-ci ildə isə “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir.2012-ci ildən Farmakoqnoziya kafedrasında assistent, 2018-ci ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərir.Onun 45 elmi əsəri dərc olunmuşdur ki, bunlardan 19-u elmi məqalə, 22-si tezisdir. Eyni zamanda 1 Avrasiya patenti və azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş 3 dərs vəsaitinin müəllifidir. İxtisası üzrə ümumilikdə 21 sertifikat əldə etmişdir ki, onlardan 5-i beynəlxalq, 4-ü isə yerli tədbirlərdə məruzəçi qismində iştirakı ilə bağlıdır.01.01.2015 – 01.01.2017-ci illər ərzində “Azərbaycan Respublikasının təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi-tədqiqat laboratoriyasının yaradılması” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsində iştirak etmişdir. Qrant layihəsi müsabiqə əsasında qalib olmuşdur. Layihənin rəhbəri professor Y. B. Kərimov, iştirakçıları isə S. T. Süleymanov, C. İ. İsayev, F. İ. Əliyev, N. H. Məmmədova, A. S. Şükürova, E. H. Kərimli və H. M. Qurbanov olmuşdur. Layihə çərçivəsində müasir elmi-tədqiqat laboratoriyası yaradılmış və müvafiq avadanlıqlarla təchiz edilmişdir.2013–2017-ci illərdə elmi fəaliyyəti ilə bağlı tədqiqat aparmaq, ixtisasını təkmilləşdirmək və elm sahəsindəki son yenilikləri öyrənmək məqsədilə Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrində — Anadolu Universitetində (Eskişehir), Hacettepe Universitetində (Ankara) və Ege Universitetində (İzmir) ezamiyyətdə olmuşdur.2018-ci ildə Azərbaycan Tibb Universitetində ingilis dili üzrə imtahandan yüksək nəticə əldə etmişdir.Azərbaycan və ingilis dillərində yerinə yetirilən magistr dissertasiya işlərinə elmi rəhbərlik edir. 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən layihə əsasında Əczaçılıq fakültəsinin Farmakoqnoziya kafedrasına qəbul olunmuş Kamerun Respublikasından olan əcnəbi tələbəyə magistr dissertasiya işi üzrə elmi rəhbər olmuşdur. Dissertasiya işi və müdafiə məruzəsi ingilis dilində təqdim edilmişdir.2021-ci ildə “Xaricdə magistratura təhsilinin əhəmiyyəti, təhsillə bağlı informasiya mübadiləsi” mövzusunda keçirilən vebinarın təşkilatçısı və moderatoru olmuşdur.2023-cü ildə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rezident və magistrantların XI elmi-praktiki konfransında” moderator kimi iştirak etmişdir.2023-cü ildən magistratura şurasının üzvü və rəyçisi kimi fəaliyyət göstərir.2023-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.2023–2024-cü illərdə “Türkiye Bursları” (Winner – Research Scholarships, Türkiye Scholarship) proqramının qalibi olmuş, həmin dövrdə “Türkiye Eczacılar Birliğində” təlim keçmiş və müvafiq sertifikat almışdır.2024-cü ildən BFD 4.18 Dissertasiya şurasının və 3400.02 — “Əczaçılıq kimyası, farmakoqnoziya” ixtisası üzrə elmi seminarın üzvüdür.2024-cü ildə Azərbaycan Tibb Universitetində “British Academy” kursu çərçivəsində keçirilən ingilis dili imtahanından B2 səviyyəsində yüksək nəticə əldə etmişdir. Eyni zamanda Excel, PowerPoint, Word və Photoshop proqramları üzrə istifadə bacarıqlarına malikdir.

Akademik fəaliyyət

Baş müəllim: Farmakoqnoziya kafedrası, Azərbaycan Tibb Universiteti, 2018-ci ildən hal-hazıra qədər

Assistent: Farmakoqnoziya kafedrası, Azərbaycan Tibb Universiteti, 2012-ci ildən 2018-ci ilə qədər

Baş laborant: “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrası,  Azərbaycan Tibb Universiteti, 2011-ci ildən 2012-ci ilə qədər

 

Təhsil

Bakalavr- Azərbaycan Tibb Universiteti Əczaçılıq  fakültəsi (2003-2007)

Magistratura- ATU-nun Əczaçılıq texnologiyası və  idarəçiliyi kafedrası (2007-2009, fərqlənmə diplomu ilə)Əczaçılıq üzrə fəlsəfə doktoru- ATU-nun Farmakoqnoziya kafedrası  (2014-2023)

 

 

Nailiyyətlər (adlar)

Əczaçılıq üzrə fəlsəfə doktoru

Patent

Süleymanov T.A., Şükürova A.S., Bədəlova A.T. - Антидиабетическое лекарственное средство, Евразийский Патент (№ 038894), 2021.

 

Peşə və pedaqoji inkişaf

2013-cü il 15 iyul – 15 oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Anadolu Universitetində (Eskişehir) elmi-tədqiqat işi aparmışdır.2015-ci il 20 iyul – 20 avqust tarixlərində Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetində (Ankara) elmi-tədqiqat fəaliyyətində olmuşdur.2017-ci il 26 fevral – 30 fevral tarixlərində Türkiyə Cümhuriyyətinin Ege Universitetində (İzmir) yeni və müasir analitik cihazlar üzrə təlimlərdə iştirak etmişdir.2020-ci il 10 avqust tarixində Bakı şəhərində Amerika Birləşmiş Ştatlarının səfirliyi nəzdində təşkil olunmuş “AEE – Teacher Spring 2020: English Communication for Health Professionals, Course B” MOOC proqramını uğurla başa vurmuş və müvafiq nişan (badge) əldə etmişdir.2022-ci il 3 may tarixində Bakı şəhərində keçirilmiş “NMR spektroskopiyasının kimyada tətbiqi” mövzusunda təlimdə iştirak etmişdir.2023-cü il 8–9 fevral tarixlərində Bakı şəhərində “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi” mövzusunda keçirilən təlimdə iştirak etmişdir.2023-cü il 1–2 dekabr tarixlərində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Pharmacognosy and Phytotherapy Association tərəfindən, Türk Eczacıları Birliyi nəzdində təşkil olunmuş NMR üzrə tədris proqramında iştirak etmişdir.2024-cü il 5–13 noyabr tarixlərində Bakı şəhərində AZMİİB Training Center tərəfindən təşkil olunan “High Performance Liquid Chromatography (HPLC)” üzrə ixtisasartırma təlimində iştirak etmişdir.2024-cü il 18–24 dekabr tarixlərində Bakı şəhərində AZMİİB Training Center tərəfindən təşkil olunan “Gas Chromatography (GC)” üzrə təlim kursunu bitirmişdir.2024-cü il 26 noyabr tarixində Clarivate şirkətinin Customer Success Consultant mütəxəssisi tərəfindən keçirilən “What is the Value of the Web of Science Core Collection?” mövzusunda vebinarda iştirak etmişdir.

Elmi araşdırma sahəsi

1. Dərman bitkilərinin, xüsusilə az tədqiq olunmuş və endemik növlərin öyrənilməsi, onların tərkibində olan bioloji fəal birləşmələrin klassik və müasir fitokimyəvi üsullarla — xromatoqrafik metodlar (HPLC-MS, GC, flaş xromatoqrafiya), UB-spektroskopiya, İQ-spektroskopiya, NMR-spektroskopiya və digər analitik metodlardan istifadə etməklə tədqiqi və izolyasiyası, həmçinin bu birləşmələrin ilkin in vitro və in vivo şəraitdə antioksidant, antimikrob, antiviral, anti-Alzheimer, antidiabetik, şişəleyhinə və digər farmakoloji təsirlərinin öyrənilməsi.

2. Fitoterapiya və fitoterapevtik vasitələrin elmi əsaslarla tədqiqi, onların farmakoloji effektivliyinin və tətbiq perspektivlərinin qiymətləndirilməsi.

Kitab

Farmakoqnoziya 1 (Test tapşırıqları), Dərs vəsaiti, (Azərbaycan, Rus, İngilis), Təbib nəşriyyat", 2019, s.255

Məqalə

1. Süleymanov T. A., Kırımer N.,  Şükürova A. S., Tikanlı odotu (Phlomis pungens Willd.)  növünün bəzi fitokimyəvi tədqiqi, Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, Bakı, 2013, Cild 13, № 2, s. 22-25.

2.         Şükürova A. S., Süleymanov T. A., Phlomis (Odotu) cinsinə aid növlərin kimyəvi tərkibi və farmakoloji təsiri, Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, Bakı, 2014, Cild 14, № 1, s. 34-40.

3.         Şükürova A.S., Süleymanov T.A., Qafqaz odotu (Phlomis caucasica Rech. fil.) və Tikanlı odotu (Phlomis pungens Willd.) otunun element tərkibi, Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2015, № 3, s. 100-103.

4.         Kerimov Yu.B., Shukurova A.S., Identification of additional diagnostic features of the anatomical structure in the raw material of Phlomis pungens Willd., News of Pharmacy, Ukrain, 2015, № 4(84), p. 17-20. doi: https://doi.org/10.24959/nphj.15.2082

5.         Сулейманов Т.А., Шукюрова А.С., Изучение аминокислотного состава видов Зопника колючего (Phlomis pungens Willd.) и Зопника кавказского (Phlomis caucasica Rech. fil.) из флоры Азербайджана, Фармация Казахстана, Казахстан, 2015, № 12, стр. 34-37.

6.         Şükürova A.S., Süleymanov T.A.,  Tikanlı odotu (Phlomis pungens Willd.) və Qafqaz odotu (Phlomis caucasica Rech. fil.) bitkilərinin xammalında flavonoidlərin spektrofotometrik üsulla miqdari təyini, Sağlamlıq, Bakı, 2016, № 4, s. 148-152.

7.         Tahirov İ.A., Əsmətov V.Y., Yaqubov K.M., Şükürova A.S., Qəniyev M.M., Tikanlı odotundan (Phlomis pungens Willd.) alınmış bioloji fəal qarışığın effektiv dozasının lipid peroksidi məhsullarının miqdarına təsiri fonunda təyini, Sağlamlıq, Bakı, 2016, № 3, s.150-156.

8.         Saracoglu, I., Suleimanov, T., Shukurova, A. & Dogan Z., Iridoids and Phenylethanoid Glycosides from Phlomis pungens of the Flora of Azerbaijan, 2017, Chem Nat Compd, 53, 576–579. doi.org/10.1007/s10600-017-2055-7

9.         Nese Kirimer, Tahir A. Suleymanov, Mine Kurkcuoglu, Hossein Nazemiyeh, Ayten S. Shukurova, Abolghasem Jouyban,  Essential Oil Constituents of Phlomis pungens Willd. from Azerbaijan, Journal of Essential Oil Bearing Plants, London, 2017, Vol. 20, № (6) p. 1492 – 1501. doi.org/10.1080/0972060X.2017.1407261

10.       Şükürova A.S., Süleymanov T.A., Fatih Göger, Phlomis pungens Willd. otunun flavonoid tərkibinin öyrənilməsi, Tibb və Elm Jurnalı, №1 (15) 2019, s. 35-39.

11.       Şükürova A.S. - Ph. pungens Willd. növünün xammalına dair Farmakopeya Məqaləsi layihəsinin hazırlanması, Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, №3, 2019, s.207-211.

12.       Şükürova A.S., Phlomis pungens Willd. və Phlomis caucasica Rech. fil. bitki növlərinin ehtiyatşünaslıq tədqiqi, Sağlamlıq, 2019, Cild 24, №5, s.187-191.

13.       Shukurova A.S., Suleymanov T.A., Myriam Arielle Mopia Foubia, Spectrophotometric quantitative determination of flavonoids Agrimonia eupatoria L. from flora of Azerbaijan, Фармация Казахстана, 2021, №2 (235), p.60-61.

14.       Mammadova N.H., Shukurova A.S., Myriam Arielle Mopia Foubia, Gocayeva F.A.  The study of the diagnostic anatomical signs of the raw material of Agrimonia eupatoria L., Фармация Казахстана, 2022, с.262-265.

15.       Suleymanov T.A., Shukurova A.S., Antioxidant activity of methanolic extracts from the leaves of Rubus idaeus L., Juglans regia L. and the shoot of Viscum album L., Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı / Azerbaijan Pharmaceutical & Pharmacotherapy Journal, 22 (1), 2022, s. 42-46.

16.       İsayev C.İ., Abasova A.A., Əliyeva S.E., Kərimova Z.K., Şükürova A.S., Qocayeva F.Ə., Məmmədova V.V. - Crocus sp. – Zəfəran cinsinə aid bitkilərin xalq təbabətində və elmi təbabətdə tətbiqi, kimyəvi tərkibi, istifadə perspektivləri, Sağlamlıq, 2023, № 1, s.117-124.

17.       Shukurova A.S., Myriam Arielle Mopia Foubi - Identification of flavonoids in Agrimonia eupatoria L. from flora of Azerbaijan, Sağlamlıq, 2023, № 2, s.125-131.

18.       Şükürova A.S., Nəsirova A.Ü. - Centaurea L. (Güləvər) cinsinə aid növlərin kimyəvi tərkibi və farmakoloji təsiri, Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2024, № 3, s. 198-201.

19.       Ş.A.Əlili, A.S.Şükürova, H.M.Abbasova, S.E.Əliyeva, Z.K.Kərimova, Azərbaycan florasından olan yabanı və becərilən bitki növlərinin bəzi farmakoqnostik tədqiqi, Azərbaycan təbabətinin müasir nailiyyətləri 2025, № 1, s. 67-72.

Magistr

Myrıam Arıelle Mopıa Foubı- Aptek gücotu (Agrimonia  eupatoria  L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi

Nəsirova Aysel Ülvi qızı- Centaurea iberica Trev. ex Sprengel  (Gürcü güləvəri) bitkisinin bəzi farmakoqnostik tədqiqi

 Əlili Şövkət Anar qızı- Dərman mərcanotu (Betonica officinalis L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi