
Talışinski Leyla Azər qızı 2001-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmiş, 2004-cü ildən АТU-nun “Azərbaycan tarixi” kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 2017-ci ildən İctimai fənlər kafedrasında baş müəllim, 2020-ci ildən isə dosent kimi fəaliyyətini davam etdirir.
Talışinski L.A. 2012-ci ildə “Əziz Əliyevin ictimai-siyasi, dövlət və elmi fəaliyyəti” (1920-1962-ci illər) mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. O, çoxsaylı məqalələr müəllifidir. Hazırda doktorluq dissertasiyası üzərində işləyir.
Talışinski L.A. daima öz üzərində çalışır və pedaqoji ustalığını artırmaq qayğısına qalır. TEC xətti ilə də çoxşaxəli fəaliyyət göstərir və maraqlı tələbə elmi işlərinin hazırlanmasında iştirak edir.
2004-cü ildən YAP-ın üzvüdür.
Tarix üzrə fəlsəfə doktoru, dosent Talışinski L.A. işlədiyi müddətdə kafedrada həmişə özünü təvazökar, bacarıqlı və səriştəli müəllim kimi tanıtmışdır. Universitetdə tələbələrin, professor və müəllim kollektivinin hörmətini qazanmışdır.
Azərbaycan Tibb Universiteti *2004-hal hazıradək / Dosent
Azərbaycan Tibb Universiteti *2004 Müəllim
Azərbaycan Tibb Universiteti *2017 Baş müəllim
Azərbaycan Tibb Universiteti *2020
Azərbaycan Pedaqoji Universiteti *1995-2001
“Əziz Əliyevin ictimai-siyasi, dövlət və elmi fəaliyyəti” (1920-1962-ci illər) – t.ü.f.d. *2012
“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” – Bakı, 2023
1. Личность Гейдара Алиева в истории современной науки, здравоохранения и образования.2023*Сборник статей международной научно-практической конференции,«Наука и человек в новом мире», г.Петрозаводск (cтр.61-68)
2. Гейдар Алирза оглу Алиев – архитектор и создатель Азербайджанского государства 2023*Сборник научных статей по итогом работы Международного научного форума «Наука и инновации современные концепции», Москва, ( стр.52-56)
3. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Müasir Təhsil sisteminin qurulmasında rolu.2023*Azərbaycan Milli Elmlər Akademiyası, Sosial elmlər, №2, (səh.82-86)