Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Təhməzova Aidə Bayram qızı 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ilin may ayından N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun “Sov.İKP tarixi” kafedrasında baş laborant, 1988-ci ildən müəllim, 2017-ci  ildən hal-hazıra qədər baş müəllim vəzifəsində çalışır.

Təhməzova A.B. 1998-ci ildə “Azərbaycan dəniz neftqaz hasilatı 80-cı illərin birinci yarısında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Ali Attestasiya Komissiyası tərəfindən tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomuna layiq görülmüşdür.

Baş müəllim Təhməzova A.B. yüksək dünyagörüşlü, intizamlı, əməksevər və qayğıkeş müəllim kimi professor-müəllim heyətinin və tələbələrin hörmətini qazanmışdır. 

Baş müəllim Təhməzova A.B.  həm fakültə, həm də universitetimizin ictimai həyatında yaxından və fəal iştirak edir. Onun TEC xətti ilə fəaliyyəti də təqdirəlayiqdir. Kafedranın Tələbə Elmi Cəmiyyətinin sədridir.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti *1983-hal hazıradək Baş müəllim

Azərbaycan Tibb Universiteti *1983 Baş laborant

Azərbaycan Tibb Universiteti *1988 Müəllim

Azərbaycan Tibb Universiteti *2017

 

 

Təhsili

Azərbaycan Dövlət Universiteti   *1975-1980

Elmi araşdırma sahəsi

“Azərbaycan dəniz neftqaz hasilatı 80-cı illərin birinci yarısında”– t.ü.f.d. *1998

“Dəniz neftqazçıxartma sənayesi müstəqil Azərbaycan Respub-likasının yaranması və inkişafı dövründə (1991-2000-ci illər)  - doktorluq dissertasiyı üzərində işləyir.

Kitab

“Azərbaycan tarixi” Azərbaycan Tibb Universitetində təhsil alan xarici tələbələr üçün (dərs vəsaiti), 1 hissə. (həmmüəlliflə) Bakı , 2005.

Məqalə

1. Cənubi Qafqaz regionunda həyata keçirilən enerji layihələrinin geoiqtisadi və geosiyasi əhəmiyyəti. 2015 –“Geostrateqiya” jurnalı, nömrə 4 (28), səh.26-30 www.strategiya.az

2. Avropanın enerji təhlikəsizliyində Azərbaycanın rolu. 2017 – “Tarix və onun problemləri”, №1, səh.111-115.İSSN 1047

Web-sayt: http://bsu.edu.az

3. Azərbaycanın yeni neft strategiyası uğurlu nəticələr. 2020 – Pedaqoji Universtitetin xəbərləri jurnalı, 68-cı cild №2, Bakı, səh.123-130.İSSN 2520-2014UOT 33

4. Zəngəzur dəhlizi və Qafqazda geosiyasi rəqabətin transformasiyası 2021– “Tarix, insan və cəmiyyət”, elmi-nəzəri və elmi-metodik jurnal, №3 (33),səh.23-31.İSBN 90000000060074

5. İkinci Qarabağ müharibəsində Şuşanın rolu və Türkiyə-Azərbaycan əməkdaşlığı 2022– “Tarix, insan və cəmiyyət”, elmi-nəzəri və elmi-metodik jurnal, №1,(34) Bakı, səh.11-20 İSBN 90000000060074