Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Namazov Niyazi İsmayıl oğlu 1996-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1997-ci ildən Azərbaycan Tibb Universitetinin mühasibatlığında iqtisadçı, 2003-cü ildən isə baş iqtisadçı vəzifəsində işləmişdir. 2008-ci ildən “İqtisadi nəzəriyyə və hüququn əsasları” kafedrasında əvvəlcə müəllim, 2009-cu ildən baş müəllim, 2014-cü ildən isə dosent vəzifəsində çalışır. Namazov N.İ. “İqtisadiyyatin tənzimlənməsi sahəsində dövlət köməyi sisteminin təkmilləsdirilməsi” mövzusunda namizədlik dissertasiyasını 2012-cü ildə müvəffəqiyyətlə müdafiə etmiş və i.ü.f.d. alimlik dərəcəsi diplomuna layiq görülmüşdür. O, kafedrada tədrislə yanaşı elmi-tədqiqat işləri və TEC-in xətti ilə tələbələr arasında elmi işlərdə aparmışdır. Onun hazırladığı tələbələr TEC-in konfransında  uğurlar qazanmışdırlar.  İ.ü.f.d.N.İ.Namazov yüksək dünyagörüşlü, intizamlı, əməksevər və qayğıkeş müəllim kimi qısa müddətdə professor-müəllim heyətinin və tələbələrin hörmətini qazanmışdır.  O, müəllim kimi özünün elmi-nəzəri səviyyəsini artırmaq üçün həmişə çalışır və pedaqoji ustalığını artırır. 2000-ci ildən YAP-ın üzvüdür.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti 1996-hal hazıradək

Azərbaycan Tibb Universiteti 2008 Müəllim

Azərbaycan Tibb Universiteti 2009 Baş müəllim

Azərbaycan Tibb Universiteti 2014 Dosent

Təhsil

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1991-1996

Elmi araşdırma sahəsi

“İqtisadiyyatın tənzimlənməsi sahəsində dövlət köməyi sisteminin təkmilləşdirilməsi” - i.ü.f.d. 2012