Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Ələkbərova Nigar Rafiq qızı, 1995-ci ildə  Azərbaycan Neft Akademiyasının “İqtisadiyyat” fakültəsini bitirmiş, 2002-ci ildən Azərbaycan Tibb Universitetində tədris hissəsində metodist vəzifəsində, 2012-ci ildən İctimai fənlər kafedrasında müəllim, 2018-ci ildən baş müəllim, 2023-cü ildən hal-hazıradək dosent vəzifəsində işləyir. 2018-ci ilə kimi Xarici tələbələrə iş üzrə dekan müavini, 2018-ci ildən hal-hazıradək Beynəlxalq əlaqələr şöbəsində müdir müavini vəzifəsində işləyir. N.R.Ələkbərova “Azərbaycanda tibbi xidmətlər sisteminin sosial-iqtisadi səmərəliliyinin yüksəldirməsi yolları” mövzüsunda namizədlik dissertasiyasını müdafiə edərək Ali Attestasiya Komissiyası tərəfindən iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomuna layiq görülmüşdür. İşlədiyi müddətdə özünü intizamlı, əməksevər, hərtərəfli biliyə malik təcrübəli işçi kimi göstərmişdir. O, daima öz pedaqoji ustalığını artırmaq qayğısına qalır və tələbələrdə ümumbəşəri dəyərlərin formalaşması üçün çox maraqlı tədbirlər keçirir, onların təlim-tərbiyəsi ilə daima məşğul olur. O, kafedrada TEC konfranslarında çox saylı tələbə elmi məruzələrinə rəhbərlik edir. N.R.Ələkbərova universitetin ictimai həyatında da fəal iştirak edir. N.R Ələkbərova işlədiyi müddətdə professor- müəllim heyətinin və tələbələrin hörmətini qazanmışdır.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti 2002-hal hazıradək

Azərbaycan Tibb Universiteti 2012 Müəllim

Azərbaycan Tibb Universiteti 2018 Baş müəllim

Azərbaycan Tibb Universiteti 2023 Dosent

Təhsil

Azərbaycan Neft Akademiyasının 1998- 2002

Nailiyyətlər (adlar)

16.06.2021-ci il tarixində Tibbi kadrların hazırlanması sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə Azərbaycan Tibb Universitetinin “Fəxri Fərman”ı ilə təltif olunub.

Elmi araşdırma sahəsi

“Azərbaycanda tibbi xidmətlər sisteminin sosial-iqtisadi səmərəliliyinin yüksəldirməsi yolları” – i.ü.f.d. 2022

Məqalə

1.Экономические эффекты обязательного медицинского страхования 2017*Журнал «Экономика и предпринимательство» Москва, (стр.773).

2.Опыт США оплаты медицинских услуг и применения антимоно-польного законодательства на этом рынке  2020 Международная конференция «Государственное управление и развитие  России : глобальные угрозы и структурные изменения» сборник статей. Международной конференц- сессии. Издательский дом  «Научная  библиотека»  Москва, (стр.23-32).