
Seyidova Arzu Nəbi qızı 1993-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirmişdir. 1991-ci ildən ATU-nun Azərbaycan tarixi kafedrasında laborant, 2011-ci ildən baş laborant, hal hazırda isə İctimai fənlər kafedrasında baş laborant vəzifəsində çalışır.
Məqalə və tezisləri beynəlxalq konfrans və simpoziumların materiallarında nəşr edilmişdir.
Seyidova A.N. kafedrada işlədiyi müddət ərzində üzərinə düşən işlərin öhdəsindən bacarıqla gəlmiş, işgüzarlığı, bilik və bacarığı ilə kollektivin hörmətini qazanmış, işinə daima məsuliyyətlidir.
Kafedrada çalışan müddətdə “Azərbaycan tarixi” fənnindən saathesabı seminar məşğələlərində dərs aparmışdır.
Bütövlükdə kafedranın tədris-metodik eləcə də universitetin ictimai işlərində fəal iştirak edir.
Azərbaycan Tibb Universiteti *1991-hal hazıradək
Azərbaycan Tibb Universiteti *1992
Azərbaycan Tibb Universiteti *2011
“Cənubi-qərbi Azərbaycanın Sürməli bölgəsinin tarixi (XIX-XX əsrin əvvəlləri)” – üzərində işləyir
Bakı Dövlət Universiteti
*1987-1993