
Akif Quliyev 1988-ci ildə Kemerovo Dövlət Tibb İnstitutunun stomatologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1990-cı illərdə həmin institutun Cərrahi stomatologiya kafedrasında kliniki ordinaturada təhsilini davam etdirərək üz-çənə cərrahı ixtisasına yiyələnmişdir. 1991-ci ildən Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında assistent vəzifəsində çalışır. 2007-2023-cü illərdə kafedranın tədris hissə müdiri olmuşdur. Dr. Akif Quliyev üz-çənə nahiyəsinin müxtəlif iltihabi xəstəlikləri, travmatik zədələnmələri, yumşaq və sərt toxumaların anomaliyaları, defekt və deformasiyaları, tüpürcək vəzisi xəstəliklərinin, yumşaq və sümük toxuması törəmələrinin cərrahi müalicəsini sərbəst yerinə yetirir. Birinci və ikinci Qarabağ müharibəsi zamanı qazilərimizin müalicəsində aktiv iştirak etmişdir. Dr. Akif Quliyev azərbaycan və rus dillərində tədris aparır və kollektivin və tələbələrin rəğbətini qazanmışdır. Bir müəllim kimi o, təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır, tələbələri cərrahi əməliyyatlara cəlb edir, tədrisin keyfiyyətinin artırılması üçün tədris proqramının, tədris vəsaitlərinin, metodik işləmələrin hazırlanmasında fəal iştirak edir. İşlədiyi dövr ərzində yüzlərlə həkim stomatoloqun yetişdirilməsində böyük rolu olmuşdur. Stomatoloqlar arasında xüsusi hörmət qazanmışdır. Həkim rezidentlərin bir həkim və cərrah kimi yetişdirilməsi üçün onların müxtəlif növ əməliyyatların texnikasına yiyələnməsində rolu vardır.
1991-ci ildə kafedranın baş laborantı.
1991-ci ildən hal- hazıradək kafedranın assistenti.
2007-2023 kafedranın tədris hissə müdiri.
Cərrahi stomatologiya üzrə kliniki ordinatura- Kemerovo Dövlət Tibb İnstitutu 1988-1990.
Stomatologiya fakultəsi – fərqlənmə diplomu ilə
Kemerovo Dövlət Tibb İnstitutu 1983-1988.
|
İşlədiyi dövr ərzində Azərbaycanda və xaricdə 60 dan çox konfrans və kurslarda iştirak etmişdir. 8 dəfə konfranslarda çıxış etmişdir.
|
Üz-çənə nahiyəsinin odlu silah zədələnmələri.
Mürəkkəb hallarda diş implantasiyası
1. “Особенности лечения больных с
огнестрельными ранениями челюстно-лицевой области. “
Материалы конференции посвященный 100-летию со дня рождения проф.Г.Р.Курбанова.
ж.Sağlamlıg 1996.№ 8 стр.7-8
2. “Доброкачественные опухоли челюстей”. ж.Sağlamlıg 1996.№ 9 стр.17-18
3. “Устранения дефектов и дeформаций после огнестрельных ранений лица и челюстей”. В кн.»Патологические процессы и методы их коррекции «. Баку 1998. стр.77-78.
4. “Новый способ устранения дефекта ушной раковины”. j.Qafqazın stomatoloji yenilikləri. Bakı.2001. № 3 səh.27-29.
5. “Üz-çənə nahiyyəsinin iltihabi xəstəlikləri”. Tədris-metodik vəsait.
Bakı .1997.
6. “Üz-çənə və boyun nahiyyəsinin şişləri”. Metodik işləmələr.
Bakı .1998.
7. “Способ хирургического лечения дефекта ушной раковины”. Патент № 960076. 1996
8. “Üz-çənə nahiyəsinin travmatik zədələnmələri”. Metodik işləmə.
Bakı-2004.
9. “Qalça sümüyü darağından yeni formada autotransplan-tatin götürülməsi”
Səmərələşdirici təklif. №463 27.09.2004.
10. “Üz-çənə nahiyyəsinin odlu silah yaralanmaları” “Sağlamlıq” jurnalı.№ 3
|
Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin üzvü |
|
Azərbaycan implantoloqlar ictimai birliyinin üzvü |
|
İTİ (İnternational Team of İmplantologist) Türkiyə-Azərbaycan bölümünün üzvü. |
|
Azərbaycan Plastik cərrahları cəmiyyətinin üzvü |
|
Azərbaycan parodontologiya cəmiyyətinin (Perio.az ) üzvü |