Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Cəfərova Günay Saleh qızı 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə qəbul olmuş və 2016-cı ildə bakalavr təhsilini uğurla başa vurmuşdur.

2016-cı ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Farmakoqnoziya kafedrasına magistratura pilləsinə qəbul olmuş və 2018-ci ildə magistr dərəcəsini bitirmişdir. 2016-2018-ci illərdə “Zeytun Pharmaceuticals” MMC-nin tabeliyində olan aptek məntəqəsində provizor vəzifəsində, 2018-2019-cu illərdə isə “Avromed Company” QSC-nin tabeliyində aptek müdiri vəzifəsində çalışmışdır. 23 fevral 2019-cu il tarixində həmin fakültənin “Əczaçılıq kimyası və farmakoqnoziya” ixtisası üzrə əczaçılıq üzrə fəlsəfə doktoru proqramına əyani formada doktoranturaya qəbul olmuş və 2022-ci ildə doktorantura təhsilini tamamlamışdır.

Azərbaycan Tibb Universiteti ilə Türkiyə Respublikasının Hacettepe Universiteti və Gazi Universiteti arasında bağlanmış müqavilələrə əsasən doktorantura üzrə tədqiqat işinin praktik mərhələsinin bir hissəsinin həyata keçirilməsi məqsədilə 2021–2025-ci illərdə həmin universitetlərin Farmakoqnoziya kafedralarında elmi-tədqiqat ezamiyyətində olmuş, dissertasiya işinin müvafiq hissəsini orada yerinə yetirmişdir. Çalışdığı müddət ərzində 21 elmi məqalə və 5 tezisin müəllifidir. Məqalələrdən 2-si Web of Science və Scopus bazalarına daxil olan Q1 kateqoriyalı “Plants” və Q3 kateqoriyalı “Chemistry of Natural Compounds” jurnallarında, məqalələrdən 3-ü isə Q3 kateqoriyalı “Azerbaijan Medical Journal” yerli tibb jurnalında dərc olunmuşdur.23 fevral 2024-cü il tarixindən 2025-ci ilin mart ayınadək Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında 0,5 ştat baş laborant vəzifəsində çalışmışdır. 04 mart 2025-ci il tarixindən etibarən isə Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında 1 ştat assistent vəzifəsində fəaliyyətini davam etdirir. Həmçinin kafedrada magistrantların kuratoru və magistratura üzrə müdafiə şurasının katibi vəzifələrini yerinə yetirir.

Akademik fəaliyyət

2024-2025-ci illər — ATU-nun Farmakoqnoziya kafedrasında baş laborant

2025-ci ildən  — ATU-nun Farmakoqnoziya kafedrasında assistent

Təhsil

2019-2022 Doktorantura ATU, Farmakoqnoziya kafedrası, “Əczaçılıq kimyası və Farmakoqnoziya” ixtisası

2016-2018 Magistratura ATU, Farmakoqnoziya kafedrası, “Farmakoqnoziya” ixtisası

2012-2016 Bakalavr Azərbaycan Tibb Universiteti, Əczaçılıq fakultəsi, Bakı, Azərbaycan

Elmi araşdırma sahəsi
  1. Dərman bitkilərinin və onlardan alınmış ekstraktların tərkibində olan bioloji fəal birləşmələrin müasir fitokimyəvi üsullarla (HPLC-MS, GC və s.) tədqiqi və izolyasiyası, habelə onların antioksidant, antibakterial, antifunqal və fermentativ aktivliyə təsirinin ilkin farmakoloji baxımdan öyrənilməsi;
  2. Azərbaycanın müxtəlif geobotanik ərazisində yayılan dərman bitkilərinin müxtəlif xəstəliklərin müalicəsinə dair etnofarmakoloji tədqiqi;

 

 

Məqalə

Cəfərova G.S., İsayev C.İ. Azərbaycan ərazisində yayılmış ilanbaşı (Dracocephalum) növlərinin ehtiyatşünaslıq tədqiqatları // Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, №1, s. 33-41


orcid DOI
Məqalə

İsayev C.İ., Babayeva N.T., Cəfərova G.S., Mustafayeva X.N., Hacıyeva E.M., Səfərova N.M. Azərbaycanın Naxçıvan dağlıq geobotanik ərazisində ürək-damar sistemi xəstəliklərinin müalicəsinə dair etnofarmakoloji tədqiqat // “Əczaçılığın müasir problemləri” mövzusunda VI beynəlxalq elmi konqresin materialları, 2025, №2 s. 151-157


orcid DOI
Məqalə

Cəfərova G.S., İsayev C.İ., İlkay Erdoğan Orhan, Kübra Erkan Türkmen. Fırça ilanbaşı (Dracocephalum botryoides Steven) bitkisinin bəzi farmakoqnostik tədqiqi // “Əczaçılığın müasir problemləri” mövzusunda VI beynəlxalq elmi konqresin materialları, 2025, №2 s. 147-148


orcid DOI
Məqalə

Isayev J.I., Babayeva N.T., Jafarova G.S., Mustafayeva Kh. N., Hajiyeva E.M., Safarova N.M., Gadimli A.I. Ethnopharmacological study of the treatment of cardiovascular diseases in the Guba mountain geobotanical region of Azerbaijan // Azerbaijan medical journal, 2025, (1), p. 171-176.


orcid DOI
Məqalə

Olennikov D.N., Jafarova G.S., Isaev D.I. New acacetin glycosides from the genus Dracocephalum // Chemistry of Natural Compounds, 2025, v. 61(3), p. 452-458.


orcid DOI
Məqalə

Kashchenko, N. I., Jafarova G.S., Isaev, J. I., Olennikov, D. N.,Chirikova, N.K. Caucasian Dragonheads: Phenolic Compounds,Polysaccharides, and Bioactivity of Dracocephalum austriacum and Dracocephalum botryoides // Plants 11(16):2126, august 2022, DOI: 10.3390/plants11162126

Məqalə

İsayev, C., Hacıyeva, E., Babayeva, N., Səfərova, N., Cəfərova, G., Qədimli, A., (2024) Azərbaycanın Naxçıvan dağlıq geobotanik ərazisində həzm sistemi xəstəliklərinin müalicəsinə dair etnofarmakoloji tədqiqat. Azərbaycan Tibb Jurnalı, (4), 151–157.


orcid DOI
Məqalə

İsayev, C., Hacıyeva, E., Mustafayeva, X., Yaqubov, K., Babayeva, N., Səfərova, N., Qədimli, A., Cəfərova, G. (2024). Azərbaycanın Zuvand geobotanik ərazisində tənəffüs sistemi xəstəliklərinin müalicəsinə dair etnofarmakoloji tədqiqat. Azərbaycan Tibb Jurnalı, (3), 121–127.


orcid DOI
Ön çap
  1. Dəri yağlanması və hiperhidrozun fitoterapiyası - Phytotherapy of oily skin and hyperhidrosis https://www.researchgate.net/publication/344081133_Dri_yaglanmasi_v_hiperhidrozun_fitoterapiyasi_-_Phytotherapy_of_oily_skin_and_hyperhidrosis
  2. Koronavirus və digər kəskin respirator virus infeksiyalarının müalicəsində fitoterapiyanın özəllikləri - The role of phytotherapy in the treatment of coronavirus and other acute respiratory viral infections https://www.researchgate.net/publication/343206481_Koronavirus_v_digr_kskin_respirator_virus_infeksiyalarinin_mualicsind_fitoterapiyanin_ozlliklri_-_The_role_of_phytotherapy_in_the_treatment_of_coronavirus_and_other_acute_respiratory_viral_infections