Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Dr Əliquliyev Vüqar Azərbaycan tibb universitetinin ağız və üz çənə cərrahiyyəsi kafedrasının asistentidir. 1987-ci ildə Azərbaycan tibb institutunu stomatologiya fakultəsinin bitirmişdir.1987 1988-ci illərdə Bakı şəhərində 3 nömrəli stomatoloji poliklinikada internatura təhsilini almışdır. Daha sonra Ağcabədi rayonunda dörd il müddətində təyinat üzrə stomatoloq vəzifəsində çalışmışdır. 1992-ci ildə Azərbaycan tibb universitetinin cərrahi stomatologiya kafedrasında baş laborant vəzifəsində işə başlamışdır. 1994-cü ildə kafedranın asistenti seçilmişdir. Azərbaycan və rus dillərində tədris edir. Asistent olduğu dövrdə praktik fəaliyyət ilə yanaşı çənələrin qazanmış deformasiyaları və onların aradan qaldırılma üsulları sahəsinə maraq göstərmişdir. 2024-cü ildə tibb üzrə fəlsəfə doktoru adını qazanmışdır. 35 elmi məqalə və tezisin həmmüəllifidir

Akademik fəaliyyət

1992-1994-ci illərdə Cərrahi stomatologiya kafedrasında baş laborant, 1994 cü ildən Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında assistent vəzifəsində çalışır.