Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Nəbiyeva Minayə 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitunun Sanitariya gigiyena fakültəsini bitirmişdir.

1976-1980-cı illərdə Хanlar rayоn Sanitar Epidemioloji Stansiyasında həkim epidemioloq və sənaye sanitar həkimi vəzifəsində işləmişdir. 

1980-cı ilin yanvar ayında müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Əmək gigiyеnası və sənəti хəstəliklər kafеdrasına assistеnt vəzifəsinə seçilmiş, 1984-cü ildə iхtisarla əlaqədar оlaraq baş labоrant vəzifəsinə kеçirilmişdir. 1991-ci ildə Uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafеdrasında assistent vəzifəsinə seçilmişdir.

1994-cü ildə dissertasiya işini müdafiə edərək tibb еlmləri namizədi еlmi dərəcəsi almış, 1996-cı ilin noyabr ayında baş müəllim, 2004-cü ilin yanvar ayından dоsеnt vəzifəsinə sеçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 117 elmi  məqalə və tezisin, 2 dərsliyin, 2  metodik vəsaitin, 6 metodik tövsiyənin həmmüəllifidir. Azərbaycan, rus və türk, ingilis (lügət vasitəsi ilə) dillərini bilir.

Nəbiyeva M.Y. müntəzəm olaraq nəzəri səviyyəsini və pedoqoji səriştəsini artırmağa çalışır, mühazirələri maraqla dinlənilir və bacarıq yönümlü təcrubə məşğələləri aparır.

Akademik fəaliyyət

1980-1984 - ATU, Əmək gigiyenası və sənəti xəstəliklər kafedrası - assistent

1984-1991 -  ATU, Uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedrası - baş laborant

1991-1996 - ATU, Uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedrası - assistent

1996-2004 - ATU, Uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedrası - baş müəllim

2004- hal hazıradək  - ATU, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası - dosent

Təhsili

1970-1976 - Ali təhsil - Azərbaycan Tibb İnstitutu, Bakı, Azərbaycan

1991-1994 - Tibb elmləri namizədi. Bakı, Azərbaycan

Nailiyyətlər (adlar)

2014 - "Əmək veteranı" adına layiq görüldü

Peşə və pedaqoji inkişaf

17-25.01.2024 – “Educational Leadership”, “Writing Smarter? Not Harder: Leveraging Artificial Intelligence to Improve The Research Work”, Bakı, Azərbaycan

“Pedoqoji peşakarlığın inkişafı”, Bakı, ATU

Elmi araşdırma sahəsi

İstehsalatda işçilərin sağlamlığın və ona təsir edən risk amilləri

İstehsalat işçilərinin xəstələnmələri

Profilaktik tədbirlərin işlənib, haırlanması

 

Kitab

1. S.A.Gürzəliyev, R.H.Əliyeva, , R.A.Orucov M.Y.Nəbiyeva, C.Y.Salihova. Xüsusi əmək gigiyenası. Dərslik. Bakı-2015. 393 səh.

2. S.A.Gürzəliyev, R.H.Əliyeva, M.Y.Nəbiyeva Əmək gigiyenası. Dərslik. Bakı – 2013.487 səh

3. M.Y.Nəbiyeva İstehsalat şəraitində zərərli amillərdən qorunmaq üçün fərdi mühafizə vasitələri. Tədris-metodik vəsait. Bakı-2004. 30 səh.

4. M.Y.Nəbiyeva Uşaq müalicə-profilaktika müəssisələrinin gigiyenası. Tədris-metodik vəsait. Bakı-2007. 28 səh.

Məqalə

1. M.Y.Nəbiyeva, C.Y.Salihova “Mebel istehsalında işçilərin əmək şəraitinin xəstələnmə göstəricilərinə təsiri” Azərbaycan təbabətinin müasir nailiyyətləri. Bakı, 2021. səh.149-152.

2. Р.Х.Алиева, Д.Я.Салихова, М.Е.Набиева, С.А.Курзалиев, И.И.Мустафаева «О качестве жизни работающих Бакинского машиностроительного завода». Azərbaycan Tibb Jurnalı. Баку. 2024. №1. стр.121-126

3. M.Y.Nəbiyeva “İqlim dəyişkənliyinin tikiş sənayesinin əmək şəraitinə və işçilərin sağlamlıq vəziyyətinə təsiri” Ümummilli lider H.Əliyevin 102 illiyinə və ATU-nun 95 illiyinə həsr olunmuş “Tibb festivalı”nın tezislər toplusu. 6-8 may Bakı – 2025, səh. 500-501

Daxili qrantlar

2014–2022 – AR TN, “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi QHT 

“Sağlam Təhsil –Sağlam Millət” layihəsi

Gigiyena üzrə ekspert həkim

- məktəblilərin sağlamlıq vəziyyətinin monitorinqi

- “Sağlam Təhsil” siniflərində təhsil şəraitinin monitorinqi

- məktəb heyəti və valideynlərin maarifləndirməsi və dəstək

- metodik tövsiyələrin hazırlanması

Üzv olduğu qurum

“Gigiyena və İctimai sağlamlıq” Problem Komissiyasının üzvü

Yeni Azərbaycan Partiyasının üzvü

Elmi rəhbər olduğu işlər

REZİDENT

Namazova Aytac - Neftcıxarma sənayesı amillərinin iqlim dəyişkənliyində rolu

 

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

1. Məmmədzadə Cəmilə - Mebel istehsalında dəzgahçı və fanerçilərin sağlamlıq vəziyyətinə əmək şəraitinin təsiri

2. İbrahimova Aişə - Tikiş istehsalında əmək şəraitinin tikişçilərin xəstələnmə göstəricilərinə təsiri

3. Əsədova Gülxanım - Mebel istehsalı müəssisəsində tütünçəkmənin sağlamlığa zərəri haqqında sanitar maarifi işinin aparılması