
Mən, Şəfəq Sabir qızı İbrahimova 1961-ci ildə Bakı şəhərində anadan olmuşam. 1978-ci ildə Bakı şəhəri 159 saylı orta ümumtəhsil məktəbini qızıl medalla bitirmişəm. Həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I Müalicə-profilaktika fakultəsinə daxil olmuşam və 1984-cü ildə təhsilimi tamamlamışam. 1984-cü ildə institutu bitirdikdən sonra BŞTTTYS (Bakı şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyası)nda həkim-interna kimi çalışmışam. 1986-1989-cu illərdə BŞTTTYS 1 saylı KS-da həkim, 1989-1998-ci illərdə böyük həkim vəzifələrində işləmişəm. 1998-2001-ci illərdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya və Kibernetika institutlarında elmi işçi vəzifələrində çalışmışam. 2001-ci ildə “Odlar yurdu” Universitetinin Tibb fakultəsində müəllim işləmişəm. 2001-ci ilin sentyabr ayında ATU-nun II Daxili xəstəliklər kafedrasına assistent vəzifəsinə təyin olunmuşam. 2007-ci ildə “Ürək əzələsi infarktının müxtəlif formalarında Atriyal natriumuretik qranulaların fəaliyyətinin tənzimlənməsində E1 prostaqlandininin rolu” mövzusunda namizədlik dissertasiya işini müdafiə edib, “Tibb elmləri namizədi” elmi adı almışam. 2010-cu ildə dosent vəzifəsinə seçilmişəm və bu günə kimi kafedrada fəaliyyətimi davam etdirirəm.
ATU, I Daxili Xəstəliklər kafedrasında dosent kimi fəaliyyət göstərir. ATU, Tədris Terapevtik Klinika, I Terapiya şöbəsi. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 150-dir (8 dərslik, 3 monoqrafiya, 5 dərs vəsaiti), xaricdə çıxmış elmi əsərlərinin sayı 35-dir.
N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, I Müalicə-profilaktika fakültəsi (1978–1984)
Tibb elmləri namizədi (2007); Dosent (2010)
İbrahimova Ş.S. Şəkərli diabetin müasir diaqnostikası və müalicəsi. Monoqrafiya. Bakı: “Poliqraf.az” MMC, 2021.
İbrahimova Ş.S. Endokrin xəstəlikləri. Dərslik. Bakı: “Azər Diab”, 2022.
İbrahimova Ş.S. Tibbi-laborator müayinələr toplusu. Dərs vəsaiti. Bakı: “Elm və təhsil”, 2022.
İbrahimova Ş.S. Klinik qastroenterologiya. II hissə. Dərslik. Bakı: kitabcapi.az, 2023.
İbrahimova Ş.S. Şəkərli diabet. Monoqrafiya. Bakı: “Elm və təhsil”, 2023.
İbrahimova Ş.S. Geriatriya. Elmi-praktik monoqrafiya. Bakı: “Tuna” QSC, 2023.
İbrahimova Ş.S. Klinik kardiologiya və praktik elektrokardioqrafiya. Dərslik. Bakı.