Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məmmədova Vəfa Süleyman qızı — həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru (PhD), Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər kafedrasının assistentidir.1994–1998-ci illərdə Daşkənd Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1998–2001-ci illərdə təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində davam etdirmişdir.2004–2009-cu illərdə Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər kafedrasında aspiranturada təhsil almışdır. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 2011-ci ildə tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.2012-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər I kafedrasında assistent vəzifəsində fəaliyyət göstərir və hazırda da elmi-pedaqoji fəaliyyətini davam etdirir. Peşəkar fəaliyyəti dövründə daxili xəstəliklər və kardiologiya sahəsində ixtisaslaşmış, tibbi bilik və bacarıqlarını daim təkmilləşdirmişdir.2017–2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. Elmi və peşəkar fəaliyyətinin əsas istiqamətləri kardiologiya və daxili xəstəliklərdir. 40-dan çox elmi nəşrin müəllifidir.Azərbaycan və rus dillərini mükəmməl bilir, bu dillərdə mühazirə və praktiki dərslər aparır.

Akademik fəaliyyət

2004–2009 — Azərbaycan Tibb Universiteti, II Daxili Xəstəliklər kafedrası, aspirant
2012–indiyədək — Azərbaycan Tibb Universiteti, I Daxili Xəstəliklər kafedrası, assistent
2017–2018 — Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika fakültəsi, dekan müavini

Təhsil

Daşkənd Dövlət Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi, 1994–1998

Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi, 1998–2001

 İnternatura, Elmi-Tədqiqat Kardiologiya İnstitutu, 2001–2002

Azərbaycan Tibb Universiteti, II Daxili Xəstəliklər kafedrası, Aspirantura, 2004–2009

Peşə və pedaqoji inkişaf

VI Avrasiya Kardioloqlar Konqresi, 18–19 aprel 2018, Moskva

Beynəlxalq Kapadokya Elmi Tədqiqatlar Konqresi, 17–19 iyun 2022-ci il

Beynəlxalq Paris Tibb və Sağlamlıq Elmləri Konqresi, 24–26 oktyabr 2023-cü il

I Türk Dövlətləri Kardioloji Qurultayı, 19 aprel 2024, Bakı

26-cı Ümumi Daxili Xəstəliklər (IC) Konqresi, 2–6 oktyabr 2024, Ankara

IX Beynəlxalq Haliç Konqresi üzrə Çoxdisiplinli Elmi Tədqiqatlar, 3–4 dekabr 2024, İstanbul

Elmi araşdırma sahəsi

Daxili Xəstəliklər

Kardiologiya

Məqalə

Sümük şişlərinin rastgəlmə tezliyi və müasir diaqnostika üsulları(Əzizov V.Ə., Sadıqova T.A., Ələkbərova A.K., Rəhimova A.S., Məmmədova V.S. 2015-ci il, N2,s.53-57)

Üzv olduğu qurum

Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü