
Professor Elçin Əhmədov 1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə ATU-nun stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə kafedrada saxlanılmışdır. 1992-1994-cü illərdə Ağız və üz-çənə cərrahiyyəsi (Cərrahi stomatologiya) kafedrasında kliniki ordinatura keçmişdir. 1994-cü ildə assistent vəzifəsinə seçilmişdir. 1998-ci ildə tibb üzrə fəlsəfə doktoru və 2014-cü ildə isə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir.Elmlər doktorluğu dissertasiya işi stomatologiya və revmatologiya ixtisası üzrə təsdiq olunub. Kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1998-2022-ci illərdə Stomatologiya fakültəsinin elmi katibi vəzifəsində işləmişdir. Müxtəlif illərdə Universitetin ayrı-ayrı bölmələrində və Komissiyalarında fəaliyyət göstərib. 2015-ci ildən ağız və üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışır. 2024-cü ildən kafedranın professorudur. Fakültə Elmi Şurasının, İxtisas üzrə Dissertasiya Şurasının, Problem Komissiyanın üzvüdür. Uzun müddət İxtisas üzrə Elmi Seminarın üzvü olub. 2 dəfə Elmi Seminara sədrlik edib. 2024-cü ildən Dissertasiya Şurasının sədr müavinidir. 70-dən çox tibb üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəyçisi olub. Dissertasiyaların ilkin kafedra müzakirəsinə sədrlik etmişdir və çoxsaylı rəsmi müdafiələrdə opponent olmuşdur. İki fəlsəfə doktoru dissertasiyasının elmi rəhbəridir və 3 rezidentə rəhbərlik edir. Elmi rəhbərliyi altında 1 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub. Elçin Əhmədov stomatologiya fakültəsinin IV və V kurs tələbələrinə ağız və üz- çənə cərrahiyyəsi fənnindən praktik məşğələlər aparır və mühazirələr oxuyur.Onun praktik dərsləri və mühazirələri müasir tələblərə uyğun məzmunlu prezentasiyalarla aparılır. Tələbələrə tematik xəstələri nümayiş etdirir. 145-ə yaxın çap olunmuş elmi işin, o cümlədən 2 tədris proqramının, 1 tədris-metodik vəsaitin, 1 metodik tövsiyyələrin, 1 metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir. 1 müəlliflik şəhadətnaməsi və 4 səmərələşdirici təklifi var. Son 5 ildə 37 elmi işi çap olunub. Çoxsaylı beynəlxalq konfransların, konqreslərin, simpoziumların iştirakçısı və moderatoru olmuş, məruzələr ilə çıxış etmişdir. Müxtəlif elmi cəmiyyətlərin üzvüdür. Elmi işlərinə çoxsaylı istinadlar edilib. Respublikamızda və xaricdə müxtəlif elmi jurnalların resenzentidir. 33 il praktik və 31 il elmi-pedaqoji stajı var. 1998-2000-ci illərdə Beynəlxalq Üz-Çənə Cərrahları Cəmiyyətinin, 2005-2015- ci illərdə Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının üzvü olub. 2017- ci ildən isə Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin üzvüdür. Çoxsaylı elmi-praktiki konfranslarda və tədbirlərdə iştirak edib. Professor Əhmədov E.T. işlədiyi müddət ərzində özünü çalışqan pedaqoq, təcrübəli həkim və elmi tədqiqatçı kimi göstərib. Universitet və kafedra tərəfindən verilmiş tapşırıqları vaxtında yerinə yetirib. Yüksək intizama malikdir. O ixtisas biliyini və pedaqoji təcrübəsini artırmaq üçün daima öz üzərində işləyir. Tədrisin keyfiyyətini həmişə yüksəltməyə çalışır. Tələbə və professor-müəllim heyəti arasında nüfuza malikdir. Hazırda pedaqoji, elmi və müalicə işlərinə aid fəaliyyətini uğurla davam etdirir. E.T.Əhmədov kafedranın və fakültənin ictimai işlərində də fəal iştirak edir. Kütləvi-mədəni tədbirlərin təşkilatçısıdır. Kafedra həmkarlar qrupunun nümayəndəsidir.
1994-2015-ci illər ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında assistent 2015-2024-illər ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında dosent 2024-ci ildən hal-hazıradək ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında professor
1985-1992-ci illər Azərbaycan Tibb Universiteti Stomatologiya fakültəsi-bakalavr
1992-1994- cü illərdə ATU-nun Cərrahi stomatologiya (Ağız və üz-çənə cərrahiyyəsi)kafedrasında üz-çənə cərrahı ixtisası üzrə kliniki ordinatura
1998-ci ildə Professor Çingiz Rəhimovun rəhbərliyi altında "Gicgah-çənə oynağının revmatik və travmatik artritlərinin kompleks müalicəsində antioksidant preparatların tətbiqi" mövzusunda tibb üzrə fəlsəfə doktoru (PhD) dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə "Gicgah-çənə oynağının xroniki artritlərinin və artrozlarının patogenetik müalicəsi" adlı tibb elmləri doktoru dissertasiyası müdafiə etmişdir (elmi məsləhətçilər: professor Teymur Babayev, professor Eldar Abbasov).
Traxestomiya kursu-2022-ci il
Pedaqoji peşəkarlığın inkişaf kursu-2023-cü il
Üz-çənə cərrahiyyəsi ixtisası üzrə ixtisasartırma kursu-2024-cü il *Çoxsaylı beynəlxalq konfransların, konqreslərin, simpoziumların iştirakçısı və moderatoru olmuş, məruzələr ilə çıxış etmişdir.
*Qeyri-odontogen infeksion xəstəliklər/dərs vəsaiti/professor Ç.R.Rəhimovla, Bakı-2020-ci il
*2 tədris proqramı,1 tədris-metodik vəsait,1 metodik tövsiyə və 1 metodik vəsait
|
145-ə yaxın çap olunmuş elmi işin müəllifidir, o cümlədən 1.Современный взгляд на проблемуздоровья лиц стоматологического призывного возраста и молодых военнослужащих.Azərbaycan təbabətinin müasir nailiyyətləri, N2, 2018 Рагимов Ч.Р. Аликулиев В.К. ,s195-198 2.Stomatologiyada çağırış yaşlı şəxslərin və çağırışçıların dispanserizasiya prinsipləri.Sağlamlıq №3, 2018 ,Əliquliyev V.Q. s158-161 3.Uşaqlarda çənə sınıqları.Azərbaycan təbabətinin müasir nailiyyətləri, №4, 2018 ,Rəhimov Ç.R. Abdullayev E.M. s124-129. 4.Структура аномалий челюстно-лицевой области у лиц призывного возраста. Azərb. Tibb Jurnalı 2019, No1, Аликулиев В.К.s115-119 5.Çənə sınığı ilə olan xəstələrin kliniki qiymətləndirilməsi .Cərrahiyyə jurnalı No1, 2019, Quliyev S.B. Əhmədova Q.B. Əliyev B.Ş.,s41-44 6.Çənə sınıqlarının müalicəsinin qiymətləndirilməsi. Sağlamlıq jurnalı, №3, 2019,Məmmədov C.C. Yusubov Y.Ə. Vəliyeva Z.Y.,s56-61 7.Dodaq yarığının bəzi aspektləri.Azərbaycan təbabətinin müasir nailiyyətləri, №4, 2020 Qurbanəliyeva Q .I.s.179- 181 8.Gicgah-çənə oynağının osteoartrozlarının müalicəsində xondroksilin tətbiqi.Azərb. Tibb Jurnalı, 2021, No4 ,Cəfərov M.Ə. Quliyev A.H. Qurbanəliyeva Q.I.,s.186- 189 9.Çağırışçılarda üz-çənə patologiyalarının müasir vəziyyəti.Azərb. Tibb Jurnalı, 2022, No2 Əliquliyev V.Q. Əliyeva M.S. Quliyev S.B. Quliyev A.H.,s.103-106 10.İntraartikulyar inyeksiyaya ehtiyac varmı? // Azərbaycan Tibb Jurnalı. № 3, 2006, s. 17-19 11.Gicgah-çənə oynağının patologiyalarının müalicə problemi // Sağlamlıq J., N№ 9, 2006, s. 8-11 12.Artrozların kompleks müalicəsində xondroprotektorların tətbiqi üsulları / Qafqazın stomatoloji yenilikləri J., No 10/11-2006, s. 25-29 13. Gicgah-çənə oynağının xroniki artritlərinin müalicəsinda fizioterapevtik üsulun effektivliyi // Azərbaycan Metabolizm Jurnalı, c.7, N 6, Noyabr-Dekabr 2006, s. 15-19 14.Xondroitin-sulfatın gicgah-çənə oynağının sklerozlaşdırıcı artrozlarına təsirinin təyini // Azərbaycan Əczaçılıq və Farmakoterapiya J., Ne 1- 2007, s. 70-72 15.Gicgah-çənə oynağının xroniki travmatik artritlərinin kompleks müalicəsi // Azərbaycan Ortopediya və Travmatologiya J., Ne 1. yanvar-iyun 2007, s. 73-75 [həmmüəllif: Babayev T.Ə.] 12. 16.Роль глюкозамин-сульфата в патогенетическом лечении артрозов с внутренними нарушениями височно-нижнечелюстного сустава Ж.Биомедицина, № 1/2007, с. 18-20 17.Gicgah-çənə oynağının deformasiyaedici artrozlarında struktum prepa- ratının tətbiqinin səmərəliliyi // Cərrahiyyə J., No2 (10) 2007, s. 47-49 18.Современные аспекты лечения артрозов с внутренними нарушениями височно-нижнечелюстного сустава // Ж. Эксперимен. и клиническая медишина, № 4 (37) 2007, с. 13-15 19.Dalargin preparatının lokal tətbiqinin effektivliyi // Azərbaycan təbabətinin müasir nailiyyətləri J., N№ 3, 2007, s.138-142 [həmmüəlliflər: Quliyev M.R., Rzaquliyeva D.M.] 20. Gicgah-çənə oynağının xronik travmatik iltihabı ilə olan xəstələrin müalicə xüsusiyyətləri // Azərbaycan Tibb Jurnalı, No 3, 2007, s. 34-36 21.Gicgah-çənə oynağının xroniki infeksion artritlərinin müasir müalicə prinsipi / Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Axundov adına METTPİ-nin elmi əsərləri, I cild, Bakı-2007, s. 44-48 22. Gicgah-çənə oynağının xroniki artritlərinin və artrozlarının kliniki xüsusiyyətləri // Azərbaycan təbabətinin müasir nailiyyətləri J., Ne 4. 2007, s. 102-105 23.Gicgah-çənə oynağının patologiyalarında biokimyəvi markerlərin diaqnostik əhəmiyyəti // Azərbaycan Tibb Jurnalı, No 4, 2007, s.57-58 24.New method in treatment of chronical arthritis // Sağlamlıq J., № 10 2007, s.35-38 25.Gicgah-çənə oynağının artritlərinin və artrozlarının təsnifatlarına müasir baxışlar // Azərbaycan təbabətinin müasir nailiyyətləri J., N2, 2008, s. 102-109 26.Gicgah-çənə oynağının xronik artrit və artrozlarının patogenetik müalicəsinin əsasları // Azərbaycan Tibb Jurnalı, №3, 2008, s. 42-45 27.Role of intraarticular injection in the treatment of temporomandibular arthrosis / XI Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresinin materialları, Bakı, 12-15 iyun, 2008, s. 267 28.Gicgah-çənə oynağının artrozlarının patogenetik müalicəsində yeni istiqamət // Sağlamlıq J., № 7, 2008, s. 44-48 29.Оценка эффективности методов лечения хронических артритов височно нижнечелюстного сустава // Российский Стоматологический Журнал, № 4, 2009, с. 13-15 30.Pathogenetic treatment of the temporomandibular joint arthrosis // Nauka i studia, № 6 (30) 2010, s.107-110,Bulgaria 31.Патогенетическое лечение хронического инфекционного артрита височно нижнечелюстного сустава // Украинский журнал екстремальной медицини имени Г.О.Можаева, том 13, №1, 2012, с.97-100 32. Лечение хронического ревматического артрита височно нижнечелюстного сустава // Украинский журнал екстремальной меди цини имени Г.О.Можаева, том 13, №2, 2012, с.119-122 33. Лечение артрозов височно-нижнечелюстного сустава // Практична медицина, 2012 - 2 (том XVIII), с. 52-55, Ukraine 34.. Лечение хронических артритов височно-нижнечелюстного сустава // Украинский журнал клиничной та лабораторной медицини, том 7, №3, 2012, c. 42-44
|
Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti.
Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyəti.
Yaponiya Gicgah-Çənə Oynağı (TMJ) dərnəyi
1.Əliquliyev Vüqar- Çağırışçılarda üz-çənə patologiyalarının qiymətləndirməsi,2024-cü il müdafiə edib.
2.Məmmədzadə Rəşad- Gicgah-çənə oynağının osteoartritlərinin müalicəsində fermentativ və xondroprotektiv vasitələrin sinergik tətbiqinin qiymətləndirilməsi.
3.Əliyeva Samirə-Çənələrin osteonekrozunun gedişatının proqnozlaşdırılmasında biokimyəvi markerlərin rolu