Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1989-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1995-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 1995-1997–ci illərdə Azərbaycan Tibb Universitetinin Kliniki Farmakologiya kafedrasında klinik ordinaturanı keçib. 1997-2000–ci illərdə həmin kafedranın aspirantı olub. 2001-ci ildən 2023-cü ilə qədər  Kliniki Farmakologiya kafedrasının assistenti ,2023-cü ildən isə dosenti vəzifəsində çalışıb. 2024-cü ildən isə bu günə kimi I Daxili Xəstəliklər kafedrasında dosent, 2025-ci ilin oktyabr ayindan isə professor kimi çalışır.: 5 kitabın həmmüəllifi, onlardan 1 – tək müəllif xarici nəşrdə (London)

Akademik fəaliyyət

I daxili Xəstəliklər Kafedrasının professoru

Təhsil

Azərbaycan Tibb Universiteti

Peşə və pedaqoji inkişaf

128 elmi işin müəllifidir. Elmi rəhbərliyi altında 4 doktorant və dissertant öz elmi fəaliyyətini davam etdirir.  ATU-nun Dissertasiyaların Müdafiəsi üzrə elmi Şuranın, dissertasiyaların mövzularının təsdiqi üzrə Problem Komissiyasının aktiv üzvüdür, TEC-in və ATUREK-in işində aktiv iştirak edir, tələbələrə elmi araşdırmalarda yardımçı olur. Bundan başqa, hər il keçirilən Beynəlxalq və Respublika simpoziumlarında, konfranslarında, konqreslərində cıxış edərək Azərbaycanı layiqincə təmsil edir. Avropa və Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa və Beynəlxalq Hipertoniya Cəmiyyətinin üzvüdür. Avropa Kardiologiya Cəmiyyətinin ESC Fellow-dur.

Elmi araşdırma sahəsi

Kardiologiya və ürək-damar xəstəlikləri

Üzv olduğu qurum

Azərbaycan Kardiologiya Cəmiyyəti

Avropa Kardiologiya Cəmiyyəti