Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Vəsilə Şahmarova, Novruz qızı, 2017-ci ildə Bakı şəhəri 153 saylı orta məktəbi bitirmişdir.2007–2013-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış və ali tibbi təhsilini uğurla başa vurmuşdur.Ali təhsilini bitirdikdən sonra 2017-2019-cu illərdə Sabunçu rayonu ərazisində yerləşən 11 saylı poliklinikada həkim-terapevt vəzifəsində çalışmışdır.2019-cu ildə Azərbaycan Tibb Universitetində kardiologiya ixtisası üzrə rezidentura imtahanını müvəffəqiyyətlə verərək, rezident-kardioloq kimi Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında fəaliyyətə başlamışdır. 2020-ci ildən etibarən Mərkəzi Klinik Xəstəxanada həkim-kardioloq kimi  rezidentura təhsilini həmin müəssisədə davam etdirmişdir. Kardiologiya ixtisası üzrə rezidentura proqramını uğurla başa vuraraq həkim-mütəxəssis, kardioloq ixtisası almışdır.Rezidentura dövrü ərzində stasionar və ambulator xəstələrin müayinə və müalicəsini həyata keçirmiş, kardiologiyaya aid müxtəlif diaqnostik və müalicəvi tədbirlərin icrasında praktiki bilik və bacarıqlar əldə etmişdir. Bu müddət ərzində elektrokardioqrafiya (EKQ), transtorasik exokardioqrafiya (TTE) və transözofageal exokardioqrafiya (TEE) müayinələrinin aparılması və dəyərləndirilməsi üzrə təcrübə qazanmış, həmçinin invaziv və qeyri-invaziv kardiologiya uzrədə ixtisaslaşmışdır.2022-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində Çam və Sakura Şəhər Xəstəxanasında kardiologiya ixtisası üzrə ixtisasartırma kursunu uğurla bitirmişdir. 2024-cü ildə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında baş laborant vəzifəsində çalışmışdır. 2025-ci ildən etibarən isə Azərbaycan Tibb Universitetinin Birinci Daxili Xəstəliklər kafedrasında assistent vəzifəsində fəaliyyət göstərir.

Akademik fəaliyyət

Vəsilə Şahmarova, Novruz qızı,2017–2019-cu illərdə Sabunçu rayonu 11 saylı poliklinikada həkim-terapevt vəzifəsində çalışmışdır.2019–2023-cü illərdə Azərbaycan Tibb Universitetində kardiologiya ixtisası üzrə rezidentura təhsili almışdır.2022-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Çam və Sakura Şəhər Xəstəxanasında kardiologiya ixtisası üzrə ixtisasartırma kursu.2024-cü ildə Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər kafedrasında  baş laborant vəzifəsində çalışmışdır.2025-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər kafedrasında assistent vəzifəsində fəaliyyət göstərir.

Təhsil

2007–2013-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsi.

2019–2023-cü illərdə Azərbaycan Tibb Universitetində kardiologiya ixtisası üzrə rezidentura təhsili.

Peşə və pedaqoji inkişaf

1.Pedaqoji peşəkarlığın inkişafı” təlim kursu. 08.12.2025 18.12.2025
2.XIV Milli Kardiologiya Konqresi. 12.12.2025 14.12.2025
3.7th Azerbaijan Interventional Cardiology Meeting 17.10-19.10.25

4.Avropa Kardiologiya Cəmiyyətinin (ESC) Madrid Konfransı 30.08-01.09.25

5.XIII Milli Kardiologiya Konqresi 13.12.-15.12.24

6.XII Milli Kardiologiya Konqresi 24.11-26.11.23

Elmi araşdırma sahəsi

Aşağı və orta ürək-damar riski olan xəstələrdə qırmızı maya düyüsü əsaslı preparatlarla yüngül dislipidemiyanın qeyri-medikamentoz korreksiyası.Məqalə Sağlamlıq jurnalı, №1, cild 32, səh. 45–53, 2025.8 səhifə.Müəlliflər:Məmmədova G.G.Şahmarova V.N.Qəhrəmanova S.M.Açar məqam / mövzu:orta ürək-damar riski

2 .Monakolin K və rosuvastatinin lipid profilinə təsiri. Saglamlıq jurnalı 4 cu nəşr.