Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

02/06/1987 ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1993-cü ildə Novxanı k, M.Hüseynzadə adına orta məktəbin 1ci sinfinə qədəm qoymuş; 2004-cü ildə Nərimanov r.43 nömrəli Bağça Məktəb Litsey Kompleksini  bitirmiş, 2004-2010 cu illərdə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsində təhsil almışdır; 2010-2011ci illərdə ATU-nun II mamalıq-ginekologiya kafedrasının bazası hesab edilən Ş.Ələsgərova adına 5 nomrəli doğum evində internatura kursu keçərək həkim-interna vəzifəsində işləmişdir,2012-ci ildən 2020-ci ilədək  ATU-nun II mamalıq-ginekologiya kafedrasında 0,5şt vahidi baş laborant,2020-ci ildən 2023-cü ilədək 1şt.vahidi assistent,2023-cü ildən 2024-cü ilədək 1şt.vahidi dosent,2024-cü ildən hal-hazıradək 0,5şt.vahidi dosent və Kliniki Tibbi Mərkəzdə ginekologiya şöbəsinin müdüri vəzifəsində   çalışır. ATU-nun II müalicə-profilaktika fakültəsinin yerli və xarici tələbələrinə azərbaycan və ingilis dillərində “Mamalıq və Ginekologiya” fənnini tədris edir. Tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün  professor, əməkdar elm xadimi Hicran Firudin qızı Bağırovanın elmi rəhbərliyi altında işlədiyi “Funksional hiperprolaktinemiya və hipotireozun fertilliyə müştərək təsiri və korreksiyası” adlı dissertasiya işini 2018-ci ildə müdafiə etmiş və  10.12.2018-ci ildə Böyük Elmi Şurada təsdiq edilmişdir, tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır.

Respublikamızda və ölkə xaricində nəşr edilən 45dən çox elmi əsər (məqalə və tezis) müəllifidir. Çoxsaylı yerli və xarici konfranslarda iştirak etmişdir. Kütləvi informasiya vasitələrində ixtisasla bağlı çıxışları və  məqalələri işıq üzü görmüşdür.

Rus, ingilis, türk dilini bilir. Microsoft office proqramları və power point-də rahat işləyir. Ailəlidir, 3 övladı vardır.

Hal-hazırda tibb üzrə elmlər doktoru elmi adı almaq üçün “Endometrium hiperplaziyasının molekulyar patogenezində,diaqnostikasında və proqnozunda uşaqlıq epitelial hüceyrı polarizə genlərinin rolu” mövzulu doktorluq dissertasiyası üzərində çalışır.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı kafedranın işlərində də yaxından iştirak edir, digər əməkdaşlar ilə birgə elmi məqalələr çap olunmasında, sillabusların, imtahan suallarının hazırlanmasında və ingilis dilinə tərcümə edilməsində iştirak edir.  ATU-nun 4cü kurs xaricidilli tələbələri üçün nəzərdə tutulmuş “Obstetrics Physiologic Pregnancy” dərs vəsaiti çapa verilmişdir.

Akademik fəaliyyət

Baş laborant – Azərbaycan Tibb Universiteti  2012- 2020

Assistent – Azərbaycan Tibb Universiteti 2020- 2023

Dosent – Azərbaycan Tibb Universiteti 2023-cü ildən hal-hazıradək

Təhsil

2004-2010 illərdə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsi-bakalavr təhsili

2010-2011ci illərdə ATU-nun II mamalıq-ginekologiya kafedrasının bazası olan Ş.Ələsgərova adına 5 saylı doğum evində internatura kursu təhsili keçərək həkim-interna

Peşə və pedaqoji inkişaf

01.01-01.07.2017-ci ildə Azərbaycan- Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində olan ALMAZ AKADEMİE tibbi treyninq mərkəzində laparoskopiya kursu

11.032022 -ci il AFERG PROJECT təşkil etdiyi USM kursu.

09.12.2024 “Ə.Əliyev adına ADHTİ-da ginekologiyada laparoskopik əməliyyatlar adlı kurs.

19-22.10.2025-ci il ,İstanbul,  ESGE 34-cü illik elmi konqres, “Histeroskopik Cərrahiyyə”mövzusunda elmi məruzə ilə çıxış edib

27-29.05.2025-ci il,İtalya, GYNİTALY25 “Quality of life of woman with endometriosis” mövzusunda elmi məruzə ilə çıxış edib.

07.05.2024,Bakı,Təbabətin Aktual Problemləri,Beynəlxalq Elmi-Praktiki konqresdə “Endometriumun hiperplastik proseslərində polarizə genlərinin rolu” mövzusunda elmi çıxış edib.

03.02.2024,Havana,”Perioperative Pain Management for a Caesarean Section”-Online çıxış Meeting ID:86215283413  Passcode:030405

05.04-06.25 İzmir,”Exploring the role of macrophages in the progression from atypical hyperplasia to endometrial caecinoma.Online çıxış

Məqalə

Babayeva G.I., Mammadli G.H., Azizova M.E., Hacizade G.H., Sirajli U.M.
Endometriosis. Scientific Work: International Scientific Journal. 2023;17(2):63–68.


orcid DOI
Məqalə

Azizova M.E., Mammadli G.H., Hajizade G.G., Babayeva G.I., Sirajli U.M.
Diagnosis and treatment of hyperprolactinemia syndrome in case of infertility in women.
Вісник проблем біології і медицини. 2021;1(159):15–18.
 


orcid DOI
Məqalə

Маммедли Г.Х., Бабаева Г.И., Азизова М.Э., Сираджлы У.М., Гаджизаде Г.Г.
Гомология антигенов HLA II класса как причина ранних репродуктивных потерь.
Биомедицина. 2021;19(2):18–23.
DOI: 10.24412/1815-3917-2021-2-18-23

Маммедли Г.Х., Бабаева Г.И., Азизова М.Э., Сираджлы У.М., Гаджизаде Г.Г.
Анализ эффективности L-карнитина в комплексном лечении беременных с плацентарной недостаточностью.
Пермский медицинский журнал. 2021;38(2):15–23.
DOI: 10.17816/pmj38515-23

Азизова М.Э., Маммедли Г.Х., Бабаева Г.И.
К вопросу диагностики и лечения фетоплацентарной недостаточности у беременных.
Актуальные вопросы образования и науки. Тамбов; 2021. Ч.1:7–9.
 

ÖN ÇAP

Hamiləliyin diaqnostikası və idarə edilməsi adlı kitabın nəşri

Həmmüəllif-Cavadova G. Ginekologiya   Həmmüəllif-Babayeva G.