
Vaqif Qelender (Vaqif Məhərrəm oğlu Qələndərli) 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1987-cı ildə Göyçə mahalının Krasnoselo rayonunda orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988-1990-cı illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Tibb Universitetində göstərdiyi yüksək nəticələrə görə 4-cu kursdan Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə təhsilini davam etdirmək üçün göndərilmişdir.
1995-ci ildə həmin universiteti bitirərək, “Tibb Doktoru” ünvanı almışdır. 1995-2000-ci illərdə Azərbaycan Dövlət Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi xətti ilə təqaüdlü olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində rezidentura təhsili almış, 2000-ci ildə Plastik və Rekonstruktiv Cərrrahiyyə Uzmanı ünvanı ilə məzun olmuşdur. O, 2003-cu ildə «Daxili döş/Internal Mammary arteriyaya dayalı yeni ada flebi» adlı yeni cərrahiyyə metodu adlı dissertasiyasını müdafiə edərək, Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru/alimlik dərəcəsi ünvanı almışdır. 11.02.2004 ildə Tibb Universitetinin, Səhiyyə Nazirliyinin və Akademiyanın Biologiya-Tibb elmləri bölməsinin birlikdə iştirakı ilə keçirilən elmi seminarda “Plastik və Rekonstruktiv Mikrocərrahiyyədə Elmi Yeniliklər və Yeni Cərrahiyyə Üsulları” adlı məruzəsi dinlənildi və Akademiyanın Rəyasət Heyətinin No:15 qərarı ilə Azərbaycan Attestasiya Komissiyasına ona professor elmi adının verilməsi tövsiyyə olundu. Vaqif Qələndər 2001-2007-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Mərkəzi Kliniki xəstəxanasında və Respublika Kliniki xəstəxanasında plastik və rekonstruktiv cərrah vəzifəsində çalışmışdır. 2007-cı ildən Qələndər Plastik və Rekonstrutiv Cərrahiyyə Klinikasının rəhbəri işləyir. 2001-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin Ağız ve Üz-çənə cərrahiyyəsi və 1-ci Cərrahi Xəstəliklər kafedralarının müəllimi və dosenti vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə Universitetinin Plastik və Rekonstruktiv Cərrahiyyə ixtisası üzrə rezidentlərin kuratorudur, professor vəzifəsində çalışır. 2017-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində «Yumşaq toxumaların böyük defektlərinin rekonstruksiyasının yaxşılaşdırılmasi yolları» adlı dissertasiyasını yekunlaşdırmış və Ali Attestasiya Komissiyası tərəfindən ona 12.07.2017-ci ildə Tibb üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Universitetimizdə Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə tələbələrin və rezidentlərin hazırlanması üçün ilk dərslik və dərs vəsaitinin müəllifidir. ABŞ-da nüfuzlu Florida Universitetində Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head & Neck Reconstruction: A Practical Approach” dərsliyinin 20-ci fəslində “Daxili Döş Arteriyası Cərrahiyyəsi: Yeni Flebin Təsviri” adlı bərpa üsulu rezidentlərin və bu sahənin mutəxsisləri üçün “Vaqif Qələndər” metodikası kimi tedris olunur. İki dəfə dirsəkdən qopmuş qolun 6 və 8-saatdan sonra təkrar yerinə replantasyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə həyata kecirmişdir. Altı yeni cərrahiyyə metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunmuşdur. 32-dən çox xarici ölkə elmi konfranslarında məruzəçi olaraq iştirak etmişdir. Ölkəmizdə keçirilən bir çox beynəlxalq form və konfransların istirakçısı və məruzəçisi olmuşdur. Ölkəmizdə 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfranslarının bilavasitə təşəbbüskarı və təşkilatçısı olmuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və Əczaçılıq Elmləri üzrə Ekspert Şurasının Müavini olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin (PCİB) qurucusu və sədridir. Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfederasiyasının (İPRAS) idarə heyətinin üzvü və Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosasiyasının (ISAPS) milli katibi və global birlik rəhbəridir. Vaqif Qələndər Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin XII Milli Konqresinə dəvət olunmuş və burada dünyada qəbul olunmuş yeni metodikalarını təqdim etmişdir. Çıxışı böyük maraqla qarşılanmış və cəmiyyətin sədri professor N.E.Manturova ilə Rusiya və Azərbaycan Plastik Cərrahlar Cəmiyyətləri arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 16.01.2024 ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Tibb bölməsinin hesabatı olmuşdur. Bu hesabatda Vaqif Qələndərin ABŞ-da yüksək indeksli jurnallarda və dərslikdə qəbul olunub, tədris olunan elmi yenilikləri və ixtiraları təqdim edilmişdir. Hesabatda AMEA-nın prezidenti Akademik İsa Həbibbəyli öz çıxışında Azərbaycan Tibb Universitetinin professorunun bu nailiyyətlərini və bu cür tibbi yeniliklərin ABŞ-da qəbul olunması və tədris olunmasını tibb elmimiz adına qürur verici olduğunu bir daha vurğulamışdır. 2025-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmləri Akademiyasının həqiqi üzvü Vaqif Qələndər dünya tibb elminə vermiş olduğu çoxsaylı nəzəri və praktik töhfələrinə görə həmin akademiyanın təqdimatı əsasında Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və akademiyanın ali mükafatı olan Avropa Şərəf Ordeni ilə təltif edilmişdir. Qeyd edək ki, professor Vaqif Qələndər bu ali mükafata layiq görülmüş ilk azərbaycanlı həkimdir. Həmçinin, o, 2025-ci il tarixində Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (Independent Agency for Accreditation and Rating (IAAR)) tərəfindən rəsmi ekspert kimi təyin edilmişdir. Avropa Təbiət Elmləri Akademiyasının 19.09.2025-ci il No 090 qərarı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının 17.06.2025-ci il No 164 nömrəli qərarı ilə professor Vaqif Qələndərov 2025-ci il tibb nominasiyası üzrə Nobel mükafatına təqdim edilmişdir.
Plastik və Rekonstruktiv cərrah/Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Mərkəzi Kliniki Xəstəxanasi 2001-2002
Plastik və Rekonstruktiv cərrah/Mirqasımov adına Respublika Klinik Xəstəxanası 2002-2006
Rəhbər/Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə klinikası 2007- hal-hazırda
Plastik və Rekonstruktiv cərrah/ Azərbaycan Tibb Universiteti 2001- hal-hazırda
Plastik və Rekonstruktiv Cərrahiyyə Kurator/ Azərbaycan Tibb Universiteti 2011- hal-hazırda
Plastik və Rekonstruktiv cərrah/ Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
2017- hal-hazırda
Tələbə/Azərbaycan Tibb Universiteti Müalicə Profilaktika Fakultəsi 1987-1991
Tələbə/İstanbul Universiteti Çapa Tibb Fakultəsi 1991-1994
Rezident/İstanbul Universiteti Çapa Tibb Fakultəsi 1995-2001
Tibb üzrə Fəlsəfə Doktoru/ Azərbaycan Tibb Universiteti 2004
Tibb Elmləri Doktoru/ Azərbaycan Tibb Universiteti 2017
Assistent/Azərbaycan Tibb Universiteti 2004
Dosent/Azərbaycan Tibb Universiteti 2017
Professor/Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Plastik və Rekonstruktiv Cərrahiyyə 2023
Elm və Maarifçilik Cəmiyyəti, Yusif Məmmədəliyəv adına medal 2001
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı, “Azərbaycan Bayrağı” Mükafatı 2007
Avropa Təbiət Elmləri Akademiyası, "Ali Xidmət" ordeni 2025
Türk Dünyası Araşdırmaları Akademiyası, “Qızıl Ulduz” medalı 2025
Türk Dünyası Araşdırmaları Akademiyası, "Şərəf" ordeninə 2025
Türk Dünyası Araşdırmaları Akademiyası, Beynəlxalq Atatürk mükafatı 2025
Beynəlxalq Mükafatlar Komitəsi (Cenevrə, İsveçrə), "Hippokrat" ordeni 2025
Avropa Təbiət Elmləri Akademiyası, “İlin elm adamı” 2025
Azərbaycan, Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu 2014
Türkiyə, Ege Universiteti XI Rinoplastika və IV. Üz Estetikası üzrə Elmi Konfrans 2018
Avstriya, Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Cəmiyyəti (ISAPS) 25-ci Dünya Konqresi 2021
Azərbaycan, Estetik Tibb, Dermatologiya, və Kosmetologiya üzrə 1-ci Beynəlxalq Konfrans 2023
Türkiyə, Antalya Bilim Universiteti, Flep Disseksiyon Kursu 2025
Sinqapur, ISAPS Olimpiyada Dünya Konqresi 2025
İtaliya, Süd Vəzi Xərçəngi üzrə 9-cu Qlobal Analiz Konfransı 2023
Çexiya Respublikası, Süd Vəzi Xərçəngi üzrə 11-ci Qlobal Analiz Konfransı 2024
Qırğızistan, II Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konqresi 2024
Türkiyə, Türk Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Cəmiyyətinin 47-ci Milli Konqresi 2025
Özbəkistan, Türk Dünyası Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Platformu 1-ci Konqresi 2025
Və başqa milli və beynəlxalq forum ve konfranslar
İnternal mammariyam arteriyaya dayalı yeni ada fleb 2003
Yumşaq toxumaların böyük defektlərinin rekonstruksiyasının yaxşılaşdırılması yolları 2017
Monoqrafiya – Yumşaq Toxumaların Kosmetik ve Rekonstruktiv Cərrahiyyəsi (2022)
Dərslik – Plastik və Rekonstruktiv Cərrahiyyə (2018)
Test Sualları Toplusu – Plastik və Rekonstruktiv Cərrahiyyə (2015)
Dərslik Tərcümə – "Local and Regional Flaps in Head & Neck Reconstruction: Praktik Yanaşma” (2024)
|
FƏSİL: "Local and Regional Flaps in Head & Neck Reconstruction" Praktik Yanaşma Dərsliyi 20-ci Fəsil: "Daxili Döş Arteriyası Cərrahiyyəsi: Yeni Flebin Təsviri" |
Kalender V, Aydm H, Karabulut AB, Ozcan M, Amiraslanov A. Breast reconstruction with the internal mammary artery pedicled fasciocutaneous island flap: description of a new flap. Plast Reconstr Surg. 2000;106(7):1494-1500.
DOI
Karabulut AB, Kalender V. Internal mammary artery pedicled island flap for the treatment of chest wall radionecrosis. Plast Reconstr Surg. 2001;108(2):583-584
DOI
Kalenderof V, Tümerdem B, Aydin H, Emekli U. Modification of vertical scar in vertical mammaplasty technique. Aesthetic Plast Surg. 2001;25(1):40-42.
DOI
National Institute for Health and Care Research Global Health Research Unit on Global Surgery. Reducing the environmental impact of surgery on a global scale: systematic review and co-prioritization with healthcare workers in 132 countries. Br J Surg. 2023;110(7):804-817.
DOI
Kalender V, Guliyeva G. An Innovative Autologous Breast Reconstruction Option: Musculo-derma-glandular, Axio-perforator, Bipedicled Flap. Plast Reconstr Surg Glob Open. 2020;8(8):e3087. Published 2020 Aug 25.
DOI
Kalender Galandarov V, Guliyeva G, Galandarova A. Columellar Reconstruction in Patients with Philtrum Scars: Kalender (Fasciocutaneous Philtrum) Flap. Plast Reconstr Surg Glob Open. 2023;11(4):e4955. Published 2023 Apr 24.
DOI
|
Gelenderov VM, Guseĭnzade GSh. (2011). Elimination of the soft tissues defects in surgical treatment of giant nevuses using expander Klin Khir. 2011;(3):69-70. |
Galandarova A, Kalender V, Ibrahimli A, Guliyeva G. A Three-Step Reconstruction of the Breast in a Patient With Congenital Unilateral Amastia. Cureus. 2021;13(10):e18540. Published 2021 Oct 6.
DOI
|
Галандаров, В. М. (2015). Реконструктивные операции обожженной ткани молочной железы. Онкология и радиология Казахстана, (4), 39-42. |
|
Galandarov, V. M. (2015). Results of combined use of skin and mucosal membrane in modified operations of the defects of soft tissues on hypospadias. Вестник хирургии Казахстана, (4 (45)), 16-19. |
DOI
|
Yaradıcı və sədr/Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi (PCİB) Sədr müavini/Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şürası Idarə heyətinin üzvü, Global Alliance prezidenti və milli katib/Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin (İSAPS) Yaradıcı və Qurucu Üzv/ Türk Dünyası Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Platforması Fəxri Üzv/Özbəkistan Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyəti Həqiqi üzv/Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Həqiqi üzv/Avropa Təbiət Elmləri Akademiyası |