Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əliyeva Pərvanə İsmayıl qızı 1969-cu ildə Qubadlı rayonunda anadan olmuşdur.1976-1986-cı ildə Qubadlı Qara İlyasov adına 1 saylı məktəbi (qızıl medalla) 1987-ci ildə bir imtahandan əla qiymət alaraq ADTİ II müalicə - profilaktika fakultəsına daxil olmuş, 1993-cü ildə “Fərqlənmə” diplomu və Nəsimi adına adlı təqaüdlə bitirmişdir. 2001-ci ildən “Yeni Azərbaycan Partiyası” təşkilatının üzvüdür.

Işlədiyi yerlər: 1993-cü ildə ATU-nun  II mamalıq ginekologiya kafedrasında baş labarant, 1997-ci ildən hal hazıradək həmin kefadrada assistant vəzifəsinə təyin olunmuşdur.

Elmi dərəcə: tibb üzrə fəlsəfə doktoru

Elmi işin adı: 1997-ci ildə “Hipoxrom anemiyalı ilk gec doğan qadınlarda lipid mübadiləsinin pozulması və onun korreksiyası” adlı dissertasiya işini başa çatdırıb, 2008-ci ildən tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2018-ci ildə tibb elmləri doktoru adını almaq üçün “Dəmir defisitli anemiyalı çox doğan qadınlarda gen polimorfizminin kliniki əhəmiyyəti” dissertasiyası ATU-nun Böyük Elmi Şurasında təsdiq olunub. 72 elmi məqalə və tezis, 1 metodik tövsiyyənin, 2 dərs vəsaitinin həmmüəllifi, 1 dərs vəsaitinin müəllifi və 1 tədris metodik vəsaitin həmmüəllifidir,  3 elmi məqalə xaricdə nəşr olunub,  2 elmi məqalə web.of since nəşr olunub. Ölkə daxili və  xaricdə Beynəlxalq konfranslarda çıxışlar etmişdir  Ailəlidir. Həyat yoldaşı – Fətiyev Adil Səfər oğlu 1964-cü ildə Qubadlı rayonunda anadan olub.

Bildiyi dillər: türk, rus , ingilis

Kompüter biliyi: Microsoft office proqramları

 

Akademik fəaliyyət

Baş laborant – Azərbaycan Tibb Universiteti 2ci mamalıq və ginekologiya kafedrası /1993- 1997/

Assistent – Azərbaycan Tibb Universiteti 2ci mamalıq və ginekologiya kafedrası /1997cı ildən hal-hazıradək

Təhsil

1987-ci ildə bir imtahandan əla qiymət alaraq ADTİ II müalicə - profilaktika fakultəsına daxil olmuş, 1993-cü ildə “Fərqlənmə” diplomu və Nəsimi adına adlı təqaüdlə bitirmişdir.

Peşə və pedaqoji inkişaf

Anemiya zamanı Fetoplasentar sistemin vəziyyəti.  Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr edilmiş “Təbabətin Aktual Problemləri – 2020”Mövzusunda  beynəlxalq elmi-praktik konfransın materialları, Bakı 2020,s.118-119

Risk of development pathological  conditions in multiparous  pregnant üomen with anemia, The III South Caucasus of obstetricans and Gynecologists and Perinatologists which is dedicated to the memory of the famous Georgian scientist, professor Paliko Kintraia, 2023, 20-21 October.

Hamilələrdə D vitaminin rolu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “ Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktiki konqres 3-6 may 2023, s.34

Dəmir defisitli anemiyalı çox doğan qadınlarda dəmir mübadiləsinin xüsusiyyətləri. 4th Health Sciences And Innovation Congress, July 5-6 2021/ Baku, Azerbaican.

Осложнения  беременности во время железодефицитной анемии. Республиканская Научно-Практическая конференция С Международным  Участием « Современные  Тренды В  Охране  Материнства И Детства» 22-23 июня 2023, г. Астана, Республика  Казахстан.

 Новейшие аспекты в диагностике  железодефицитной  анемии. II  Межнародный Научно-Практический Форум « Технологии И Иновации», 08.02.2022, Астрахан, Росии.

Çox doğan qadınlar arasında  aparılan qeysəriyyə kəsiyinin kliniki əhəmiyyəti. III cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş  “ Cərrahi xəstəliklərin Diaqnostika və Müalicəsində  Yeni Üsullar” mövzusunda Beynəlxalq konfrans, 16-17 dekabr 2022, Bakı.

Çox doğan qadınlarda hamiləlik zamanı dəmir defisitli anemiyanın  xüsusiyyətləri. 5th international congress of multidistiplinary studies in medical sciences, September 23-25, 2022/ Ankara-Türkiye

Elmi araşdırma sahəsi

Tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün nəzərdə tutulan dissertasiya işi üzərində  çalışdığım mövzu “Hipoxrom anemiyalı ilk gec doğan qadınlarda lipid mübadiləsinin pozulması və onun korreksiyası” olmuşdur və mamlığın aktul  məsələlərindən biri hesab olunur. Bu sahə müvəffəqiyyətlə araşdırılmış  və mövzu uğurla müdafiə olunmuşdur.

 Hal-hazırda  tibb elmləri doktoru elmi adını almaq üçün “Dəmir defisitli anemiyalı çox doğan qadınlarda gen polimorfizminin kliniki əhəmiyyəti” dissertasiyası üzərində işləyirəm. Mövzu ATU-nun Böyük Elmi Şurasında təsdiq olunub.

Məqalə

1 metodik tövsiyyənin, 2 dərs vəsaitinin həmmüəllifi, 1 dərs vəsaitinin müəllifi və 1 tədris metodik vəsaitin həmmüəllifidir.