Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Bunyatov Mənsur Oyandur oğlu 4 iyun 1966-cı il tarixində Bakı şəhərində anadan olub .1983-1989 ildə N.Nərimanov adına Azərbaycan Tibb institutu nu müvəffəqiyyətlə qurtardıqdan sonra təyinat üzrə məhkəmə-tibb eksperti və patoloqanatom işləmışdir.

1992-ci ildə Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasına aspiranturaya daxil olub. Aspiranturanı qurtardıqdan sonra universitet rektorunun əmrilə həmin kafedrada assistent vəzifəsində  saxlanmışdır. 1997-ci il tarixdə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.  1994-1998 ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini  bitiririb.

1998-ci -2016 cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Elmi  Təcrübi və Tədris Birliyinin Baş direktorunun ekspertiza işləri üzrə müavini vəzifəsində çalışmışdır.

2003-ci il tarixdə tibb elmləri doktoru elmi dərəcəsi təsdiqlənməşdir.

2004cü il-hall hazıradək Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarının və ATU-nin Rektoru akademik Ə.Əmiraslanovun əmri ilə həmin universitetin məhkəmə təbabəti kafedrasına müdir təyin edilmişdir 29.10.2005-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarı ilə “Məhkəmə təbabəti” kafedrasına professor vəzifəsinə seçilmişdir.Rəhbərliyi altında təbabət üzrə fəlsəfə doktoru dərəcəsinə 2 iddiaçı müvəffəqiyyətlə dissertasiya işi müdafiə etmişdir. Hal-hazırda 1 doktorant və 1 iddiaçıya elmi rəhbərlik edir.

2004-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş məhkəmə tibb eksperti təyin edilmişdir. 2010-cu il tarixində “Əməkdar müəllim” fəxri adı verilmişdir. Ali Attestasiya Komissiyasının 2011-ci il tarixli qərarı ilə o,professor elmi adını layiq görülmüşdür.

137 elmi işin müəllifidir, bunlardan 1-i tələbələr üçün dərslik, 3-ü tədris vəsaiti, 1-i ixtira, 1-i səmərələşdirici təklifdir.

Akademik fəaliyyət

1989-1990 Məhkəmə təbabəti kafedrasında internatura

1991-1992 -həkim ekspert

1992-ci-ildə  Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasında aspirant.

Kafedrada  assistent

1998-ci -2016 cı il tarixində “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Elmi  Təcrübi və Tədris Birliyinin Baş direktorunun ekspertiza işləri üzrə müavini.

2004-ci-ildən -hal hazıradək kafedra müdüri

2011- ci il- proffesor

Təhsili

1.N.Nərimanov adına Azərbaycan Tibb institutu-müalicə profilaktika

2.Bakı Dövlət  Universitetinin hüquq fakultəsinin

 

Nailiyyətlər (adlar)

2010-cu il tarixində “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Peşə və pedaqoji inkişaf

1994-cü ildə Dandi Universitetinin (Şotlandiya) Məhkəmə təbabəti kafedrasında, həmin kafedranın müdiri, professor D.C.Paunderin rəhbərliyi ilə 3 aylıq təcrübə kursu keçmişəm.

Belfastda (Şimali İrlandiya 17-19.11.1994-cü il), Əbu-Dəbidə (BƏƏ 19-23.11.1995-ci il), Genuyada (İtaliya 17-19.06.1996-cı il), Helsinkidə (Finlandiya 06-12.08.2000-ci il), Dallasda (ABŞ 21-27.02.2004-cü il), İİR-da, Tehranda ( 22-25 iyun 2004-cü il) və İİR-da, Kiş adasında (28.02.2019-05.03.2019-cu il ) məhkəmə təbabəti sahəsi üzrə keçirilmiş elmi konfrans və konqreslərdə fəal iştirak etmişəm

26 dekabr 1998-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Elmi  Təcrübi və Tədris Birliyinin Baş direktorunun ekspertiza işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir.

Elmi araşdırma sahəsi

1.“İnsan tüklərinin differensial-termik və termoqravimetrik müayinələrinin məhkəmə tibbi əhəmiyyəti”

2.Dissertasiya işi Yüksək hündürlükdən yıxılma zamanı insan bədənində törənmiş xəsarətlərin biomexanikası”

Kitab

1. Məhkəmə Tibbi Terminlərin Tədris-Məlumat Lügəti (Dərs vəsaiti) 2014

2. Məhkəmə təbabəti Milli  rəhbərlik 2022

Fəsil

Mansur Bunyatov Oyandur oğlunun redaksiyası altında

 

Məqalə

Öz boyu hündürlüyündən səth üzərinə yixilmalar zamani ətraf sümüklərinin sınıqlarının məhkəmə- tibbi xarakteristikası

chrome extension://efaidnbmnnnib pcajpcglclefindmkaj/https://www.saqlamliq.az/archive_files/46266Jurnall.%E2%84%964.%202024%20s.


orcid DOI
Məqalə

Biomechanical aspects of intracranial injuries caused by falls from the height of “own height” onto the surface “World of Medicine  and    Biology”,Ukraina,PoltavaDOI 10.26724/2079-8334-2024-4-90-38-42 UDC 617.51-001.1:343:61


orcid DOI
Məqalə

Öz boyu hündürlüyündən səth üzərinə yixilmalar zamani baş verən kəllə-beyin travmalarinin xüsusiyyətləri.Azərbaycan Tibb jurnalı

 


orcid DOI
Məqalə

1. Öz boyu hündürlüyündən səth üzərinə yıxılma nəticəsində törənən kəllə sınıqlarının i məhkəmə-tibbi      aspektləri. Аzərbaycan Тibb Jurnalı, 2025, №1, səh.162-165   https://www.azmedjournal.com/index.php/amz/art icle/view/614 

2. Öz boyu hündürlüyündənsəth üzərinə yixilmalar zamani baş verən xəsarətlərin məhkəmə-tibbi ekspertizası  Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri jurnalı,Bakı  https://maamjournal.az/arhiv-nomerov.html

3. СУДЕБНО-МЕДИЦИНСКАЯ ЭКСПЕРТИЗА ОСОБЕННОСТЕЙ ПОВРЕЖДЕНИЙ, ОБРАЗУЮЩИХСЯ ПРИ ПАДЕНИИ»

 DOI:10.36719/2706-6614/2/154-159 Sağlamlıq 2025 N2

4. “ Organization of forensic medical service in Azerbaijan”. Program and Abstracts Book of the 52nd Annual Meeting “Law and Medicine Update” of ACLM, New Orleans, USA, 2012.

5. Особенности проведения судебно-медицинской экспертизы черепно-мозговой травмы у детей

DOI: 10.36719/2706-6614/1/77-82 Sağlamlıq №1, 2025

6. Судебно-медицинская экспертиза травм грудной клетки DOI: 10.36719/2706-6614/2/63-68 Sağlamlıq №2, 2025

7. Судебно-медицинская экспертиза травм головы и шеи при дорожно-транспортных происшествиях DOI: https://doi.org/10.28942/jcem.v5i1.237 Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı №2, 2025

8. Судебно-медицинские аспекты поражения электрическим током и молнией. DOI:10.36719/2706-6614/4/155-159
Sağlamlıq jurnalı , 2025, N.4,/  155–159.

9. “Yol-nəqliyyat hadisələri zamanı piyadaların vurulmasına səbəb olan amillər və onların aradan qaldırılması yolları “ Əməkdar elm xadimi, professor Rafiq Əşrəf oğlu Əsgərovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans materialların toplusu.  səh.37. Bakı-2018.

10. Üst və alt çənə sınıqlarının kliniki və biomexaniki xüsusiyyıtlıri Sağlamlıq jurnalı . N4 2015 səh.40-45

11.  “Üst və alt çənə sınıqlarının model üzrə biomexaniki tədqiqatları”.Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, №1, 2016. s.229-233

Məqalə

ОСОБЕННОСТИ ПРОВЕДЕНИЯ СУДЕБНО-МЕДИЦИНСКОЙ ЭКСПЕРТИЗЫ ТРАВМАТИЗМА С УПОТРЕБЛЕНИЕМ АЛКОГОЛЯ»


orcid DOI
Üzv olduğum qurum

Yeni Azərbaycan Partiyası

Respublika Məhkəmə-tibbi ekspertləri və patoloq-anatomların elmi cəmiyyəti

Tibb üzrə elmlər doktoru

Dissertant Ələkbərov Eldar -Küt kəllə beyin travmalarının biomexaniki xüsusiyyətləri və onların məhkəmə -tibbi baxımdan qiymətlənfirilməsi

Tibb üzrə fəlsəfə doktoru

 1. Doktorant- Gülşən Hüseynova -öz boyu hündürlüyündən səth üzərinə yıxılmalar nəticəsində əmələ gələn xəsarətlərin biomexaniki və morfoloji qiymətləndirilməsi.

2. Həsənova Günay Fərrux q. 2017 . Küt zədələrin təsiri nəticəsində üst və alt çənə sınıqlarının kliniki və biomexaniki olaraq qiymətləndirilməsi.