Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Təvəllüd:11/08/1959-ci ildə  anadan olmuşdur. 1976-ci ildə Bakı ş. 15 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1976-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət  Tibb İnstitutun II müalicə-profilaktika fakultəsinə daxil olub və  1982-ci ildə həmin institutu fərqlənmə diplomu ilə (Г-I №011258) bitirmişdir.

01/08/1982-30/06/1983-ci illərdə Bakı ş-ri M.Əzizbəyov adına 1 saylı doğum evində mamalıq və ginekologiya ixtisası üzrə internatura keçmişdir (vəsiqə № 925). 03/09/1983-ci ildə 1 saylı Sumqayıt şəhər xəstəxanasının doğum şöbəsində, 01/10/1983-ci ildə Sumqayıt doğum evinin 1 saylı qadın məsləhətxanasında  həkim mama-ginekoloq vəzifəsində işləmişdir.

 01/10/1987-ci ildə N.Nərimanov adına ADTİ-nin I mamalıq-ginekologiya kafedrasına əyanı aspiranturaya daxil olmuşdur (1 saylı doğum evinin bazasında), aspiranturanı bitirdikdən sonra 26/10/1990-ci ildə həmin kafedrada 1,0 ştat vahid assistent vəzifəsində işləmişdir.  15.09.2016-ci ildə ATU-nun II mamalıq-ginekologiya kafedrasına 1,0 ştat vahid assistent vəzifəsinə keçirilmişdir. Hal-hazırda ATU-nun  II mamalıq-ginekologiya kafedrasında assistent vəzifəsində çalışır,  tələbələrə azərbaycan və rus dilində “Mamalıq və Ginekologiya” fənnini tədris edir. Respublikamızda və ölkə xaricində nəşr edilən 80-dən çox elmi məqalə və tezislərin  müəllifidir. Çox saylı yerli və xarici konfranslarda  iştirak etmişdir. Mikrosof office və power point-də sərbəst işləyir.  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 15 dekabr  2015-ci il tarixli 103 nömrəli əmri ilə təsdiq edilmiş və 04/06/

2021-ci il tarixinə kimi  “Hamiləlik, doğuş və zahı dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiya”nın üzvü olmuş və bu illər ərzində 74 doğum tarixinin və hamilə və zahının tibb kitabçasının təhlilini aparmışdır.

 2010-ci ildən hal-hazıradək Dövlət İmtahan Mərkəzinin Rezidentura üzrə sektoru ilə “Mamalıq və ginekologiya” fənni üzrə test tapşırıqlarının tərtibi, tərçüməsi və ekspertizası sahəsində əməkdaşlıq edir. Mamalıq və ginekologiya üzrə rezidentura üçün  2021-2022-ci ildə azərbaycan, 2022-ci, 2023-cü, 2024-cü, 2025-ci  illərdə isə azərbaycan və rus  dillərində nəşr olunmuş “İxtisas fənləri üzrə test toplusu (müalicə işi,  pediatriya istiqaməti üzrə)” adlı elmi-metodik vəsaitin tərtibçilərindəndir. 2023-cü ildə nəşr olunmuş “Mamalıq” dərsliyinin həmmüəllifidir. 2024-cü ildə nəşr olunmuş  “Mamalıq və ginekologiya üzrə praktiki bacarıqlar”  dərs vəsaitinin həmmüəllifidir. Elmi-pedaqoji fəaliyyətlə yanaşı kafedranın işlərində də yaxından iştirak edir, digər əməkdaşlar ilə birgə elmi məqalələr çap olunmasında, imtahan suallarının hazırlanmasında iştirak edir.

Akademik fəaliyyət

Aspirant – Azərbaycan Tibb Universiteti, I mamalıq-ginekologiya kafedrası 1987-1990

Assistent– Azərbaycan Tibb Universiteti, 1990 ildən hal-hazıradək

Təhsil

1976-1982 illərdə N.Nərimanov adına Azərbaycan Dövlət  Tibb İnstitutun  müalicə-profilaktika fakultəsi I

2. 1982-1983cü illərdə Bakı ş-ri 1 saylı doğum evi həkim interna mama-ginekoloq

3. 1987-1990ci illərdə ADTİ I mamalıq-ginekologiya kafedrası aspirant

4. 25/11/2024 – 06/ 12/2024-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında “Konservativ mamalıq və dölün antenatal mühafizəsi”  mövzusunda кurs

Peşə və pedaqoji inkişaf

Mamalıq və ginekologiya üzrə kurs

05-25 dekabr 2024-cü ildə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutu 

Kitab

“Mamalıq” Dərslik. 2023, 725 səh.

“Mamalıq və ginekologiya üzrə praktiki bacarıqlar” dərs vəsaiti 174 s., Bakı-2024 həmmüəlliflər: N.F.Əlişova, İ.M.Kərimova, S.Ə.Müslimova

«Papillomavirus infection and servikal pathology» Raida Vazirova və həmmüəlliflər.

ELMİ İŞ beynəlxalq elmi jurnal. İmpakt Faktor 1.790. 2022 /Cild:16 Sayı 1. Səh. 63-67.

DOİ: https://www/doi/org/10.36719/2663-4619/74/63-67

SCİENTİFİC WORK international scientific journal. İmpact Factor 1.790. 2022 / Volume: 16 İssue:1.

DİM “İxtisas fənləri üzrə test toplusu.   Müalicə işi,  pediatriya istiqaməti (rezidenturaya hazırlaşanlar üçün dərs vəsaiti) 2021, 44 səh.

DİM “Rezidentura” (rezidenturaya hazırlaşanlar üçün dərs vəsaiti) 2022, 62 səh.

ГЭЦ “Резидентура”  учебное пособие 2022 г. 65 стр.

ГЭЦ “Резидентура” учебное пособие 2023г. 69 стр.

DİM “Rezidentura” dərs vəsaiti, 2023, 66 səh.

DİM “Rezidentura” dərs vəsaiti, 2024, 64 səh.

ГЭЦ “Резидентура” учебное пособие 2023г. 68 стр.

“Tütün məhsullarından istifadə edən qadınlarda hamiləliyin gedişatı və nəticələr” Raidə Vəzirova və həmmüəlliflər. BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyası tərəflər konfransı 29-cu sessiyası (COP29) “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunmuş Beynəlxalq elmi konfransın məqalə və tezis toplusu.   Naxçıvan 2024. Səh.17-18.

FƏSİL: “Mamalıq” Dərslik. Fəsil 4.6. səh.149-150,  “Dölün biofiziki profili” . 

Fəsil 11.5.3, səh.325-326,  “Hamiləlik və sidik daşı xastəliyi”.

Fəsil 11.9.1 səh.368-372, “Hamiləlik və uşaqlığın mioması”.

Fəsil 11.9.3. səh.373-375. “Hamiləlik və cinsiyyət orqanlarının anomaliyaları”.