Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məmmədov Vüqar Qurban oğlu, 4 oktyabr 1969-cu ildə Bakı şəhərində anadan olub. Bakı şəh. 42 saylı məktəbi qızıl medalla bitirdikdən sonra 1986-1992 illərdə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsində ali təhsil alıb. Universitetin adlı təqaüdçüsü olub, fərqlənmə diplomu ilə bitirib. Tələbə elmi cəmiyyətində fəal iştirak edib respublika və beynəlxalq tələbə elmi konfransların qalibi olub.  

Fakültə Elmi Şurasının qərarı əsasında Universitetin məhkəmə təbabəti və hüququn əsasları  kafedrasında 1992-1994-cü illərdə kliniki ordinaturada, 1994-1997-ci illərdə aspiranturada məhkəmə təbabəti ixtisası üzrə oxuyub. 1997-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək aspiranturanı vaxtından əvvəl bitirib, həmin ildən ATU-nun məhkəmə təbabəti kafedrasında assistent vəzifəsində çalışıb. 2004-cü ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə RF-nın Moskva şəhərində Ümumrusiya Məhkəmə - Tibbi Ekspertiza Mərkəzində müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb. RF AAK tərəfindən verilən tibb elmləri doktoru diplomu AR Prezidenti yanında AAK tərəfindən 2006-cı ildə nostrifikasiya olunub. Həmin ildən ATU-nun məhkəmə təbabəti kafedrasının dosenti vəzifəsinə, 2010-cu ildən həmin kafedranın professor vəzifəsinə ATU-nun Elmi Şuralarında seçilib və həmin ildən hal hazıradək məhkəmə təbabəti kafedrasının professoru vəzifəsində çalışmağa davam edir. AAK tərəfindən Məhkəmə təbabəti kafedrası üzrə Dosent adı 2008-ci ildə, Professor elmi adı isə 2013-cü ildə verilib.

2000-ci ildə RF Dağıstan Dövlət Universitetinin hüquq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2007-2023-сü illərdə BDU-nun Hüquq fakültəsində məhkəmə təbabəti üzrə dərs deyib. 2011-ci ildən BDU-nun Kiminalistika və məhkəmə ekspertizası kafedrasının əvəzçilik üzrə professoru, YUNESKO ilə BDU-nun Bioetika Baza Tədris Poqamının koordinatoru olmuşdur. 2018-ci ildən BDU-nun Hüquq Fakültəsində apardığı məhkəmə təbabəti dərslərinə əlavə olaraq fakültənin İnsan Hüquqları və İnformasiya hüququ YUNESKO Kafedrasında magistr pilləsində tibbi hüquq və bioetika dərslərinin tədrisinə də başlamışdır. 2018-cu ildən həmin kafedranın doktoranturasına qəbul edilmişdir və 2022-ci ildə BDU-nun hüquq fakültəsində “Beynəlxalq hüquq, insan hüquqları” ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 2023-cü ildə AAK tərəfindən ona hüquq elmləri doktoru elmi dərəcəsi verilmişdir. 

367 elmi işin (180-dən çoxu xaricdə, 174 elmi məqalə), 354 televiziya verilişinin müəllifidir, o cümlədən, “Forensic Medicine”, “Məhkəmə Təbabəti”, “Ekoloji Menecment” dərsliklərinin, 6 monoqrafiya, 3 dərs vəsaiti. 24 elmi kitabın redaktoru və məsləhətçisidir. Dünyanın 55 ölkəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda və görüşlərdə iştirak edib, məruzələr ilə çıxış edib.  Elmi rəhbərliyi və məsləhətçiliyi ilə məhkəmə təbabəti, beynəlxalq hüquq, insan hüquqları, bioetika, siyasi elmlər, tarix üzrə 1 doktorluq, 19 namizədlik dissertasiya işi aparılıb. Azərbaycanda və Qazaxstanda artıq 1 doktorluq və 9 namizədlik dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunub.

Rus, İngilis, Türk dillərini sərbəst, Fransız dilini lüğətlə bilir. 1993-cü ildə RF-nın Sankt Peterburqda Kirov adına Hərbi-Tibbi Akademiyasında Odlu silah xəsarətlərinin məhkəmə-tibbi ekspertizası, 1995-ci ildə Böyük Britaniyanın Dandi Universitetində məhkəmə təbabəti üzrə, 1998-ci ildə Qlazqo Universitetində yerləşən BMT-nin Narkotiklərə Nəzarət Proqramının Əməkdaşlıq Mərkəzində narkotik maddələrin analizi üzrə, 2001-ci ildə kriminal ədliyyə üzrə ABŞ-də Vaşinqtonun Amerika Universitetinin Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarzə Mərkəzində, 2000-2004-cü illərdə RF-nın Moskva şəhərində Ümumrusiya Məhkəmə Tibbi Ekspertiza Mərkəzində ixtisaslaşma kurslarını keçib. 2022-ci ildə 6 ay ərzində Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuror ofisinin Məhkəmə Ekspetizaları şöbəsində Məhkəmə Təbabəti üzrə dəvətli professor kimi təcrübə keçib və insanlıq ələyhinə olan cinayətlərin proseslərində ekspert kimi köməklik göstərib, BCM Prokuror ofisinin Məhkəmə Ekspertizaları üzrə Elmi Məşvərət Şurasının 2019-cu ildən üzvüdür.

2010-cu ildə YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri təyin olunub, AMEA-nın İnsan Hüquqları İnstitutunda Tibbi Hüquq və Bioetika şöbəsini yaradıb və ona rəhbəlik edib, 2011-cı ildən 2014-cü ilədək həmin İnstitutun elmi işlər üzrə direktorun müavini təyin olunub. 2011-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü, 2016-cı ildən sədr müavini və Büro üzvü seçilib.

2008-ci ildən Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, 2011-ci ildən Avropa Səhiyyə Hüququ Assosiasiyasının İdarə Heyətinin üzvü, Amerika Məhkəmə Təbabəti Cəmiyyətinin fəxri üzvü, 2012-ci ildən Dünya Tibbi Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvüdür. 2016-cı ildən Dünya Tibbi Hüquq Assosiasiyasının İdarə Heyətinin 30 üzvü onu təşkilatın 4 nəfərdən ibarət İcra Komitəsinin üzvü seçib belə ki, o, 2016-2018 Vitse-prezident və Xəzinədar, 2018-2024 Birinci Vitse-Prezident və Təhsil Komitəsinin sədri, 2024-cü ildən bəri Baş katibi seçilib. 2017-2019cu illərdə Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti seçilib. 2017-ci ildə Bakıda Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın himayəsi altında Azərbaycanda keçirilən ilk elmi dünya konqresin – 23-cü Dünya Tibbi Hüquq Konqresinin - təşkilat komitəsi və elmi proqramının rəhbəri olub. 2017-ci ildə regionun aparıcı ekspertləri ilə birgə İpək Yolu Ölkələrinin Məhkəmə Ekspertizaları üzrə Konsortsiumun həm-təsisçisi, 2019-cu ildən onun Vitse-Prezidenti seçilib; 2018-ci ildə Məhkəmə Təbabəti Beynəlxalq Təşkilatının həmtəsiçisi olub.

 2011 - 2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə ekspert şüralarında “Bioetika və tibbi hüquq” ixtisası üzrə Ekspert kimi fəaliyyət göstərib.

2013-2016-cı illərdə Heydər Əliyev Mərkəzində humanitar və social layihələr departamntinin direktoru işləyib, Heydər Əliyev Fondunun bu sahədə çoxsaylı layihələrinin koordinatoru və rəhbəri olub. 2013-2015-ci illərdə Azərbaycan Respublikasının Dünya Sərgilərində ilk Milli Pavilyonu ilə təmsil olunan “Milan Ekspo 2015” Dünya Sərgisində Milli Pavilyonun tematik təklifinin müəllifi, Tərtibat və Məzmun üzrə Qurumlararası İşçi Qrupun rəhbəri, Azərbaycan Milli Komissarın müavini vəsifələrində çalışıb. Sərginin 6 ayı ərzində pavilyonumuza 23 milyon ziyarətçinin gəlməsi və sərgidə iştirak edən 146 ölkə arasında milli pavilyonla ilk iştirakımıza 2 Qran-Pri verilməsi bu layihəni Azərbaycanın dünyada təbliğatı üzrə ən uğurlu xarici layihə kimi qeyd olunmuşdur. 

ATU, BDU, AMEA, Heydər Əliyev Mərkəzindən əlavə 1997-2017-ci illərdə BMT-nin UNDP/UNDCP, UNICEF proqramlarında, “Servye” (Fransa), “Asfarma” (Türkiyə), “Hoffmann La Roche” (İsveçrə) transmilli şirkətlərdə rəhbər vəzifələrdə, Azərbaycan Televiziyası və İctimai Televiziyada “Sağlam ol” və “Bioetika” verilişlərinin müəllifi və aparıcısı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiaysında professor vəzifələrində də işləyib. ABŞ Harvard Universitetinin Tibb Fakültəsinin, RF, Türkiyə, Qazaxstan, Ukrayna, İndoneziya, Pakistan və Çin universitetlərinin Bioetika, Tibbi Hüquq və Məhkəmə Təbabəti üzrə dəvətli professorudur, məhkəmə təbabəti, tibbi hüquq, bioetika üzrə Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Misir, ABŞ, İngiltərə, İndoneziyada nəşr olunan bir neçə beynəlxalq və milli elmi jurnalların redaksiya heyətinin üzvüdür. 

2020-2023-cü illərdə Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycanda Əlillik, Reabilitasiya və Köməkçi Texnologiyalar üzrə Milli məsləhətçisi, Milli koordinatoru vəzifələrində işləmişdir. 2023-cü ilin fevral ayından AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir və hal-hazırda həmin işdə çalışır. 2024-cü ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regionu üzrə Əlillik və Sağlamlıq üzrə Texniki Məşvərət Qrupunun həmsədri təyin olunmuşdur.

Akademik fəaliyyət

1992-2006 ATU-nun məhkəmə təbabəti kafedrasının klinik ordinatoru, aspirantı, assistenti

1993-1997 namizədlik dissertasiyası, müdafiəsi, elmi dərəcə

1999-2004 doktorluq dissertasiyası, müdafiəsi, elmi dərəcə

2006-2010 ATU-nun məhkəmə təbabəti kafedrasının dosenti

2010-hal-hazıradək ATU-nun məhkəmə təbabəti kafedrasının professoru

2007-2023 Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kriminalistika və məhkəmə ekspertizaları kafedrasında

məhkəmə təbabəti üzrə professor

2018-2023 Bakı Dövlət Universitetinin hüquq fakültəsinin YUNESKO-nun insan hüquqları və informasiya hüququk kafedrasının professoru

2018-2023 hüquq elmləri üzrə doktorluq dissertasiya, müdafiəsi, elmi dərəcə

2011-2021 AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvü

2010-cu ildən hal-hazıradək “Tibbi hüquq və bioetika” İctimai Birliyinin sədri və  YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri,

2010-cu ildən AMEA-da YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü, 2016-cı ildən Komitənin sədr müavini

2008-ci ildən hal-hazıradək Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, 2012-ci ildən İdarə Heyətinin üzvü, 2016-cı ildən İcra Komitəsinin üzvü – Vitse-Prezident və Xəzinədar, Birinci Vitse-Prezident və Təhsil Komitəsinin sədri, 2024-cü ildən Baş katibi,

2017-ci ildə Bakıda, 2018-ci ildə TelAvivdə, 2019-cu ildə Tokioda, 2023-cü ildə Vilnyusda keçirilən Dünya Tibbi Hüquq Konqreslərinin koordinatoru və Elmi Proqram rəhbəri

2010-cu ildən hal-hazıradək - Məhkəmə təbabəti, bioetika və tibbi hüquq üzrə beynəlxalq jurnalların Redaksiya Heyətlərinin üzvü – Dünya Tibbi Hüquq Assosiasiyasının “Medicine and Law” “Tibb və hüquq” jurnalı (Nyu-York, ABŞ), RF-nın «Медицинское право» jurnalı, (Moskva) və “Альманах судебной медицины» jurnalı (Sankt Peterburq),

Misirin “ Məhkəmə ekspertizaları və tətbiqi toksikologiya” jurnalı, “Egyptian journal of Forensic Science and applied toxicology” (Qairə), “Asian Journal of Health Law”, (Cakarta, İndoneziya – Çikaqo, ABŞ),

Ukraynanın «Медичне право» jurnalı (Lvov), “Global Bioethics” jurnalı, Beynəlxalq Ekspertlər Panelinin üzvü

(Taylor & Francis/ Routledge Journals Qrupu, Böyük Britaniya), AMEA-nın İnsan hüquqları ETİ-nin “Dirçəliş – XXİ Əsr” Jurnalı,

Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasının İctimai Sağlamlıq Kafedrasının “TSK Koruyucu Hekimlik Bulteni” Jurnalı (Ankara, Türkiyə) və s.

 

367 elmi işin (180-dən çoxu xaricdə, 174 elmi məqalə), 354 televiziya verilişinin müəllifidir, o cümlədən, “Forensic Medicine”, “Məhkəmə Təbabəti”, “Ekoloji Menecment” dərsliklərinin, 6 monoqrafiya, 3 dərs vəsaiti. 24 elmi kitabın redaktoru və məsləhətçisidir. Dünyanın 55 ölkəsində keçirilən 400-dən çox beynəlxalq konfranslarda, simpoziumlarda və görüşlərdə iştirak edib, məruzələr ilə çıxış edib.  Elmi rəhbərliyi və məsləhətçiliyi ilə məhkəmə təbabəti, beynəlxalq hüquq, insan hüquqları, bioetika, siyasi elmlər, ictimai səhiyyə, tarix üzrə 1 doktorluq, 19 namizədlik dissertasiya işi aparılıb. Azərbaycanda və Qazaxstanda artıq 1 doktorluq və 9 namizədlik dissertasiyaları onun rəhbərliyi altında müvəffəqiyyətlə müdafiə olunub.

2016-2024-cü illərdə RF-nın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiaysında professor vəzifələrində də işləyib.

2010-2025-ci illərdə ABŞ Harvard Universitetinin Tibb Fakültəsinin, Hollandiyanın Haaqada Beynəlxalq Cinayət Məhkəməsində, RF, Türkiyə, Çin, Qazaxstan, Ukrayna, İndoneziya və Pakistanın 16 universitetlərinin Bioetika, Tibbi Hüquq və Məhkəmə Təbabəti üzrə dəvətli professoru olmuşdur.

Təhsil

Ali tibbi təhsil,

Ali hüquq təhsili

 

1976-1986 Bakı şəh., Nəsimi r-nu 42-saylı orta məktəb,

Fərqlənmə Attestatı, QIZIL MEDAL

 

1986-1992 AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 1-ci müalicə-profilaktika fakültəsi, ixtisas – müalicə işi

Fərqlənmə diplomu,

Adlı təqaüdçü

 

1992-1994 AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, Məhkəmə təbabəti və hüququn əsasları kafedrasının “Məhkəmə təbabəti” üzrə kliniki ordinaturası

 

1994-1997 AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, Məhkəmə təbabəti və hüququn əsasları kafedrasının “Məhkəmə təbabəti” üzrə aspiranturası

 

1995 Böyük Britaniyanın UNİVERSİTY of DUNDEE, Məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında “Məhkəmə təbabəti” üzrə ixtisaslaşma

1997-2000 DAĞISTAN DÖVLƏT UNİVERSİTETİ, Hüquq Fakültəsi, qiyabi təhsil Hüquqşünas ixtisası (Cinayət Hüququ və Cinayət Prosesi) Maxaçkala, Rusiya Federasiyası

(AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildə nostrifikasiya) 1998 Böyük Britaniyanın UNİVERSİTY of GLASGOW, Məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında “Məhkəmə təbabəti” və “Narkotiklərin bioloji materiallarında təhlili” üzrə ixtisaslaşma (BMT-nin UNDCP (Narkotiklərə Beynəlxalq Nəzarət Proqramı) Proqramının Əməkdaşlıq Mərkəzi

1999-2004 BAKI DÖVLƏT UNİVERSİTETİ, Hüquq Fakültəsi, qiyabi təhsil Hüquqşünas ixtisası (Dövlət Hüququ)

2001 Vaşinqtonda AMERICAN UNIVERSITY, Washington, D.C., USA

TRANSMİLLİ CINAYƏT və KORRUPSİYA ilə MÜBARİZƏ MƏRKƏZİ Kriminal Ədliyyə üzrə Tədqiqat, RSEP (Regional Scholarship Exchange Program) Proqramının finalisti, ACCELS/USIA,

ABŞ Dövlət Departamentinin qrantı

2018-2022 BAKI DÖVLƏT UNİVERSİTETİ, Hüquq Fakültəsi, hüquq üzrə elmlər doktoru elmi adı almaq üçün qiyabi doktorantura

2022 Niderland Krallığının Haaqa şəh., BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN Baş Prokuror ofisi, Dəvətli Mütəxəssis Təhsil Proqramı

Nailiyyətlər (Adlar)

2013 AR Prezidenti yanında AAK tərəfindən “Məhkəmə təbabəti kafedrası üzrə PROFESSOR” Tibb elmləri doktoru (2004 RF, nostrifikasiya 2006 AR) elmi dərəcəsi ilə yanaşı Hüquq elmləri doktoru (2023) elmi dərəcəsinin də AR Prezidenti yanında AAK tərəfindən verilməsi

Azərbaycan hüquq elmində “Tibbi hüquq və bioetika” sahəsinin yaradılması, AMEA-nın İnsan Hüquqları ET İnstitutunda ilk “tibbi hüquq və bioetika” şöbəsinin təsis olunması, ona rəhəbərlik edilməsi, bu ixtisasın AR Prezidenti yanında AAK-nın təsdiq etdiyi elm sahələrinin və ixtisasların təsnifatına daxil edilməsi, doktorantura yerlərinin açılması və elmi-praktiki fəaliyyətin başlanılması.

2005-2011-ci illərdə reytinqə görə Azərbaycan TV məkanının No1 “Sağlam Ol”, “Bioetika” televiziya sağlamlıq proqramlarının yaradılması və yayımlanması.

Tibbi hüquq və bioetika sahəsində elmi məktəbin yaradılması. Elmi rəhbərliyi və iştirakı ilə 2 doktorluq və 9 namizədlik dissertasiyaları artıq müdafiə olunub uğurla yekunkaşmışdır.  

Məhkəmə Təbabəti, Tibbi Hüquq və Bioetika sahəsində nüfuzlu beynəlxalq elmi və peşəkar təşkilatların rəhbər qurumlarında yüksək vəzifələrə seçilmə - Dünya Tibbi Hüquq Assosiasiyasının Baş Katibi, Avropa Səhiyyə Hüququ Assosiasiyasının Vitse-Prezidenti, İpək Yolu Məhkəmə Ekspertizaları Konsortiumunun Vitse-Prezidenti və s.

Azərbaycanın “Milan EXPO 2015” Dünya Sərgisində ilk dəfə Milli Pavilyonla təmsil olunması zamanı 2 Qran-Pri qazanması

Azərbaycanda elm sahəsi üzrə keçirilən ilk Dünya Konqresinin təşkilat komitəsinin sədri və elmi proqramının rəhbəri olması

Harvard Universitetinin Bioetika üzrə dəvətli professoru Haaqada (Hollandiya) Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuror Ofisinin Məhkəmə təbabəti üzrə dəvətli professoru

Dünya Tibbi Hüquq Assosiasiyasının 2016-dan bəri Xəzinədarı, Birinci Vitse-Prezident və Baş Katibi olması

Ümumdünya Səhiyyə Təşkilatının 2020-2023-cü illərdə Azərbaycan nümayəndəliyində Əlillik, Reabilitasiya və Köməkçi Texnologiyalar proqramının Milli Məsləhətçisi, Milli Koordinator, 2024-2026-cı illərdə Avropa regionunda Əlillik və Sağlamlıq üzrə Texniki Məşvərət Ekspert Qrupunun həmsədri olması

Elmi araşdırma sahəsi

Məhkəmə Təbabəti Tibbi Hüquq Bioetika Ekoloji menecment

Kitab

1. Forensic Medicine (ingilis dilində) (“Məhkəmə təbabəti”) Dərsliyi - Bakı, Elm və Təhsil nəşriyyatı, 2012 – 536 s. 

2. Məhkəmə təbabəti» Dərsliyi - Bakı, Elm və Təhsil nəşriyyatı, 2012 – 521 s.

3. “Ekoloji Menecment” dərs vəsaiti (2 cilddə), İDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə, Bakı, 2014, 812 s.

4. Судебно-медицинская диагностика отравлений этанолом и его суррогатами по морфологическим данным. Монография. Руководство для врачей. - Медицинское Информационное Агентство, Москва – 2004. 438 s.,

5. Острая и хроническая алкогольная интоксикация. Монография. Руководство для врачей. - Медицинское Информационное Агентство, Москва – 2003. 279 s.

6. Bioetika, hüquq və insan hüquqları...

7. Ethical issues in public health policy..

8.Global health politics and bioethics....

9. Genetik modifikasiya olunmuş qida məhsulları” (dərs vəsaiti) və s.

Fəsil

1. “Bioethics – Azerbaijan” – Chapter in Book “ Legal and Forensic Medicine”, R.G.Beran (ed.), Springer-Verlag Berlin Heidelberg, 2013.

2. “A qualitative study of Pre-vaccine Decrease of Mortality from COVİD-19” Chapter in Book “Biotechnology to Combat COVİD 2019”, İntechopen, London, UK. 2022

3. “Məhkəmə Təbabəti”, Milli rəhbərlik. Dərslik. 2022.Və s.

Məqalə

Thomson Reuters, WEB of Science, Scopus, Rusiya Elmi Sitat Indeksinə aid olan elmi jurnallarda 174 elmi məqalə

ÖN ÇAP: 367 elmi iş çap olunub.

Üzv olduğu qurum

1997-1998 “Azərbaycan Respublikasında narkotiklərə nəzarət üzrə institusional quruluş və çoxsektorlu yardım” AZE/97/C55(005) saylı BMT-nin İnkişaf (UNDP), Narkotiklərə Nəzarət (UNDCP) Proqramları və Azərbaican Hökümətinin Birgə Lahiyəsində AR Nazirlər Kabinetində narkotiklər üzrə tibbi ekspert

2000 YUNISEF-in Bakı Nümayəndəliyinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Müdafiəsi Proqramının rəhbəri

2005-2011 AzTV və İTV-nin sağlamlıq və bioetika verilişlərinin müəllifi, aparıcısı, prqaram rəhbəri

2010-cu ildən hal-hazıradək “Tibbi hüquq və bioetika” İctimai Birliyinin sədri və  YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri

2010-cu ildən AMEA-da YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü, 2016-cı ildən Komitənin sədr müavini

2008-ci ildən hal-hazıradək Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, 2012-ci ildən İdarə Heyətinin üzvü, 2016-cı ildən İcra Komitəsinin üzvü – Vitse-Prezident və Xəzinədar, Birinci Vitse-Prezident və Təhsil Komitəsinin sədri, 2024-cü ildən Baş katibi,

2017-ci ildə Bakıda, 2018-ci ildə TelAvivdə, 2019-cu ildə Tokioda, 2023-cü ildə Vilnyusda keçirilən Dünya Tibbi Hüquq Konqreslərinin koordinatoru və Elmi Proqram rəhbəri

2013-2016 Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layi-hələr departamentinin direktoru, “Milan EXPO 2015” Dünya Sərgisində Azərbaycan Milli Pavilyonun Baş komissarının müavini, Tərtibat üzrə İşçi Qrupun rəhbəri

2020-2023 Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyində Əlillik, Reabilitasiya və Köməkçi Texnologiyalar proqramının Milli Məsləhətçisi, Milli Koordinator

2023-dən hal hazıradək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini

2024-2026 Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə Əlillik və Sağlamlıq üzrə 23 ölkədən 30 eksperti birləşdirən Texniki Məşvərət Qrupun həmsədri

2017-2019  Avropa Səhiyyə Hüququ Assosiasiyanın (EAHL) Vitse-prezidenti, İdarə Heyətinin üzvü

2017- h/h  İpək Yolu Ölkələrinin Məhkəmə Ekspertizaları Konsortsiumunun (SRFC) Vitse-prezidenti

2014-h/h  Dünya Müəllimlər Forumunun (WTF) İdarə Heyətinin üzvü

2011-2017  Avropa Səhiyyə Hüququ Assosiasiyanın (EAHL) İdarə Heyətinin üzvü

2011-2017  Amerika Məhkəmə Təbabəti Assosiasiyasının (ACLM) Fəxri üzvü

2009-2011  AR SN-nin Xəstəxana ölümü analizi üzrə Ekspert komissiyasının üzvü

1999-2017  Asılıqlarla Mübarizə üzrə Amerika Cəmiyyətinin (ASAM) üzvü

1999-2017  Səhiyyə və Təhsil Beynəlxalq Birliyin (IUHPE) üzvü

1999-2017  Asılıqlarla Mübarizə üzrə Beynəlxalq Şuranın (ICAA) üzvü

1998-2017  BMT-nin Narkotiklərə Nəzarət Proqramının (UNDCP) üzvü

1994-1997  Azərbaycanın məhkəmə-tibbi ekspertlər və patoloqoanatomların elmi cəmiyyətinin elmi katibi

HÜQUQ ÜZRƏ ELMLƏR DOKTORU

Elmi məsləhətçi :“Bioetika və insan hüquqları” doktorluq dissertasiyası – 5603.01 “Beynəlxalq hüquq: insan hüquqları» (h.e.n. Aytən İnqlab qızı Mustafayeva) – 2015-ci ildə müdafiə olunub

Tibb üzrə fəlsəfə doktoru

Elmi rəhbər :“Mədəaltı vəzinin küt travmaları, şəkərli diabet və kəskin pankreatitlər nəticəsində əmələ gələn patomorfoloji dəyişikliklərin məhkəmə-tibbi qiymətləndirilməsi” namizədlik dissertasiyası – 14.00.24. “Məhkəmə təbabəti”, 14.00.15. “Patoloji anatomiya” (Nizami Şahmar oğlu Cəfərov) – 2011-ci ildə müdafiə olunub

 

HÜQUQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU

1. «Azərbaycan qanunvericiliyində pasiyent hüquqları və beynəlxalq təcrübə” namizədlik dissertasiyası – 2406.03 «Bioetika» və 5603.01 “Beynəlxalq hüquq: insan hüquqları» (Nigar Hüseyn qızı Qələndərli) – 2014-cü ildə müdafiə olunub

2. «Sağlamlığın qorunması hüququ: beynəlxalq standartlar və Azərbaycan Respublikası qanunvericiliyi” namizədlik dissertasiyası –5603.01 “Beynəlxalq hüquq: insan hüquqları» (Fatimə Etibar qızı Əliyeva) – 2015-ci ildə müdafiə olunub

3. “Səhiyyə sistemində korrupsiya xarakterli cinayətlərin xüsusiyyətləri və onlarla mübarizə yolları» namizədlik dissertasiyası - 2406.03 «Bioetika» və 5603.01 “Beynəlxalq hüquq: insan hüquqları» (Vəfa Yaqubəli qızı Məmmədova) - 2022-ci ildə müdafiə olunub

4. “Pasiyentlərin məlumatlandırılmış razılıq hüququ: beynəlxalq təcrübə və milli qanunvericilik” namizədlik dissertasiyası – 2406.03 «Bioetika» və 5603.01 “Beynəlxalq hüquq: insan hüquqları» (Fidan Ariz qızı Rüstəmova) - 2025-ci ildə müdafiə olunub

5. “Tibbi sığorta sahəsində Azərbaycan qanunvericiliyinin bioetik aspektləri, inkişaf perspektivləri və beynəlxalq təcrübə” namizədlik dissertasiyası - 2406.03 «Bioetika» (Anara Kamil qızı Hacıbəyli)  - 2025-ci ildə müdafiə olunub

SİYASİ ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORU

“İctimai səhiyyə sistemində bioetik prinsiplər: Azərbaycanın siyasi kursu və beynəlxalq təcrübə” namizədlik dissertasiyası - 5904.01 «Siyasi institutlar və sistemlər» (Lalə Afik qızı Cəfərova)  - 2024-cü ildə müdafiə olunub

TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU

“Orta əsr Azərbaycan təbabət və dərmanşünaslığında bioetika problemləri” namizədlik dissertasiyası – 5505.01. «Tarixə dair digər elmlər» (Aidə Allahverdi qızı Bəndəliyeva)  - 2024-cü ildə müdafiı olunub

İCTİMAİ SƏHİYYƏ ÜZRƏ FƏLSƏFƏ DOKTORU

«Совершенствование системы обеспечения безопасности медицинской деятельности в Республике Казахстан». (Цигенгагель Оксана Павловна) - 2022-ci ildə Qazaxstanın Semey şəhərində Semey Tibb Universitetində müdafiə olunub