Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Ələkbərov Eldar  İsgəndər oğlu 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun pediatriya fakultəsinə qəbul olunmuş və 1971-ci ildən Bakı şəhəri TTY stansiyasında feldşer kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə institutu bitirdikdən sonra təyinatla uşaq cərrahı kimi Sumqayıt şəhəri TTY xəstəxanasında internatura keçmişdir. 1975-ci ildən həmin xəstəxananın uşaq cərrahiyyəsi şöbəsində uşaq cərrahı və travmatologiya şöbəsində uşaq travmatoloqu işləmişdir. 1980-ci ilin oktyabr ayından müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Məhkəmə təbabəti kafedrasına assistent vəzifəsinə seçilmişdir. Həmin ildən başlayaraq kafedrada dərs deməklə bərabər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Nəsimi, Səbail, Nərimanov və Abşeron rayon şöbələrində əvəzçilik üzrə məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərmişdir və 2016-cı il tarixdə sertifikasiya şəhadətnaməsi almışdır. 1993-cü il tarixdə kafedrada 0,5 tarif əmsalı assistent vəzifəsində qalmaq şərtilə dissertasiya işinə aid yanıq zədəsi ilə olan xəstəlik tarixlərini tədqiq etmək və bəzi xəstələri müşahidə altında saxlamaq məqsədi ilə Sumqayıt şəhər Təcili yardım xəstəxanasında həkim-travmatoloq kimi işləmişdir. 8 aydan sonra  Məhkəmə təbabəti kafedrasında yenidən fəaliyyətə başlamış və hal-hazıra kimi də həmin kafedrada işləyir. 2006-ci ildə “Süd vəziləri nahiyəsinin yanıqlarının uzaq nəticələri və sağlamlığa zərər vurma dərəcəsinin təyinində onların məhkəmə-tibbi əhəmiyyəti” mövzusu üzrə dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. I Müalicə-profilaktika fakültəsində Problem Komissiyasının üzvüdür, kafedrada test bankın tərtibində fəal iştirak etmiş və həmin məsələ üzrə kafedranın eksperti kimi azərbaycan bölməsi üzrə bütün imtahanlarda kafedranı təmsil etmişdir, eləcə də tələbələr üçün sərbəst mövzuların və təcrübi bacarıqların tərtibində, mühazirə mətnlərinin hazırlanmasında yaxından iştirak etmişdir. Universitetdə keçirilən simpozium və konfransların fəal iştirakçısı olmuşdur. Məhkəmə təbabəti kafedrasında Tələbə Elmi Cəmiyyətinin rəhbəridir.

İşlədiyi müddətdə çoxlu sayda (27) məqalələrim və tezislərim (22) çap olunmuşdur. 2 səmərələşdirici təklifin müəllifiyəm. 2014-cü ildə “Məhkəmə tibbi terminlərin tədris-məlumat lüğəti” dərs vəsaitinin həmmüəllifidir. Mürəkkəb ekspertizaların aparılmasında və qətl hadisələrinin araşdırılmasında yaxından iştirak etmişdir.

ci ilin oktyabr ayından 2014-cü ilin may ayına qədər Məhkəmə təbabəti kafedrasında assistent, 2014-cü ilin may ayından hal-hazıradək ATU-nun Məhkəmə təbabəti kafedrasında dosent vəzifəsində işləyir.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti,Məhkəmə təbabəti kafedrası, dosent

Bakı Dövlət Üniversiteti, Kriminalistika kafedrasında dosent

Təhsil

1968-ci il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun pediatriya fakultəsi

Peşə və Pedaqoji İnkişaf

Təbiət elmləri və onun fövqalədə halların qarşısının alınmasında tətbiqləri " Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi elmi-praktik konfrans Travma,Yas ve Psikolojik İlkyardım" Atlas Üniversitesi

I Müalicə Profilaktika fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi  konfrans Azərbaycan Tibb Universiteti Təbabətin Aktual Problemləri" konqresi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATUREK 12 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pedaqoji peşəkarlığın inkişafı

Azərbaycan Tibb Universiteti Tibbi və sağlamlıq elmlərinin təhsili kafedrasında Azərbaycan Tibb tələbləri, gənc alimlər və həkimlərin beynelxalq konqresi

Azərbaycan Tibb Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş İstanbul Təhsil Forumu(2024) İzmir Təhsil Forumu(2025)

Elmi araşdırma sahəsi

1. 2006 - cı ildə “Süd vəziləri nahiyəsinin yanıqlarının uzaq nəticələri və sağlamlığa zərər vurma dərəcəsinin təyinində onların  məhkəmə-tibbi əhəmiyyəti” mövzusu

2."Küt kəllə-beyin travmalarının biomexaniki xüsusiyyətləri və onların məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi"

Kitab

1. Məhkəmə Tibbi Terminlərin Tədris-Məlumat Lügəti (Dərs vəsaiti) 2014.
2. Məhkəmə Təbabəti. Milli rəhbərlik 2022, II bölmə,III bölmə,V bölmə,VIII bölmə

Fəsil

Məhkəmə Təbabəti. Milli rəhbərlik 2022, IV fəsil, VIII fəsil, IX fəsil, XI fəsil, XV fəsil, XVII fəsil, XVIII fəsil, XXI fəsil, XXII fəsil, XXXVII fəsil

Məqalə

1.  “Yol-nəqliyyat hadisələri zamanı ölümlə nəticələnən kəllə-beyin travmalarının məhkəmə-tibbi xüsusiyyətləri”. Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, №2, səh. 271-275. 2016

2. “Yol-nəqliyyat hadisəsi zamanı ölümlə nəticələnmiş xəsarətlərin əmələ gəlməsinə təsir edən amillər və həmin şəxslərin yaş qrupları və cinsə görə təhlili”. Sağlamlıq №3, səh.118-122, Bakı-2017

3. Müxtəlif  şəraitlərdə baş verən və ölümlə nəticələnən yol nəqliyyat hadisələri zamanı kəllə-beyin travmalarının nahiyələr üzrə təyini”Sağlamlıq №1, səh.58-61, Bakı-2018

4. “Zorakı ölümlər arasında təsadüf edilən intihar hadisələrinin rast gəlmə tezliyi və ölümün əsas səbəbləri”. Sağlamlıq №4, səh. 111-115. Bakı 2019.

5.  “Üz skeleti sümükləri sınıqlarının ayrı-ayrılıqda rast gəlmə tezliyi və onların məhkəmə-tibbi nöqteyi-nəzərdən qiymətləndirilməsi”. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının  75 illiyinə həsr edilmişelmi konfransın materialları. İctimai sağlamlıq və səhiyyə. VI cild. Bakı-2019. Səh.33-37.

6.Yol nəqliyyatı hadisələrində hərəkətdə olan avtomobilin salonunda olan sürücü və sərnişinlərin müxtəlif  nahiyələrində törənmiş xəsarətlərin müqayisəli xarakteristikası. Azərbaycan təbabətinin  müasir nailiyyətləri. №2, Səh 83-86. Bakı 2021.

7. Этиологическая структура травмы грудной клетки у лиц различных возрастных групп. Nəzəri, klinik və eksperimental morfologiya jurnali. Cild 3, No 1-2, Baki-2021,

8. Küt travmaların təsirindən əmələ gələn kəllə və üz skeleti sümükləri sınıqlarının rast gəlmə tezliyi və onların məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi. Professor Tamerlan Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Təbabətin Aktual Problemləri Beynəlxalq Konqres. 6-8 oktyabr 2021-ci il. Bakı Azərbaycan. Səh 87-91

9. Müxtəlif şəraitlərdə əmələ gələn küt kəllə-beyin travmalarının biomexaniki diaqnostikası zamanı istifadə edilən kompüter tomoqrafiyasının məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi. Azərbaycan təbabətinin  müasir nailiyyətləri. №1, Səh 234-238. Bakı 2024.

10. COP 29 kontekstində qlobal, ekoloji problemlərin həllində Azərbaycanın rolu . Yaşıl dünyanın Qarabağ modeli adlı Ümumrespublika Elmi Məqalə Müsabiqəsinin Elektron məqalə toplusu. səh. 88-92. BAKI-UNEC-2024

11. " Avtomobil travmaları zamanı küt kəllə-beyin travmalarının biomexaniki xüsusiyyətlərini nəzərə almaqla müasir müayinə metodlarından istifadə edərək onların məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi", Bakı Universitetinin Xəbərləri, 2024, N1

12. Küt kəllə-beyin travmalarinin rast gəlmə tezliyi və onlarin təhlil edilərək qiymətləndirilməsi. Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş “Tibb festivalı”nın tezislər toplusu. 6-8 may 2025-ci il, Bakı, Azərbaycan. Azərbaycan Tibb Universitetinin jurnalının xüsusi buraxılışı. səh. 403-404

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası

TurkEdu- Türkiyədə Təlim və Təhsil Mərkəzi