
Şirinov Eldəniz 2001-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra Bakı şəhərində internatura keçmişdir.
2003-cü ildən Tibb Universitetinin Məhkəmə Təbabəti kafedrasında əvvəlcə baş laborant və sonra isə assistent vəzifəsində çalışır. Hal-hazırda kafedranın assistenti vəzifəsində işləyir. 2004-cü ildən Azərbaycan Respublika Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-də məhkəmə-tibb ekssperti kimi çalışır. Müxtəlif illərdə Azərbaycan Respublikası Baş Prokrorluğunun Elmi Tədris Mərkəzində Prokrorluq əməkdaşlarına və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin tələbələrinə məhkəmə təbabəti fənni üzrə müxtəlif mövzular üzrə tədrislə məşğul olmuşdur.
2001-2002 – internatura,
2003-2006 – baş laborant ATU, Məhkəmə təbabəti kafedrası
–2006-cı ildən –indiyədək – assistent, ATU, Məhkəmə təbabəti kafedrası
Azərbaycan Tibb Universiteti pediatriya fakültəsi (1995–2001)
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2008-2025-ci illər dövründə məhkəmə-tibbi ekspertiza kafedrasında təkmilləşdirmə kursları
Küt travmaların məhkəmə-tibbi aspektlərinin kompleks tədqiqi
Məhkəmə təbabəti, milli dərslik, 2022
Məhkəmə təbabəti, milli dərslik, II bölmə, VI bölmə,VII bölmə- 2022
1. «Bakı şəhərində 1 il ərzində istehsalat travmalarının məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi», «Sağlamlıq», № 8, 2006.
2. «Bakı və Sumqayıt şəhərində bir il ərzində səth üzərində yıxılma hadisələrinin analizi». Ə.Əliyevin 110 illiyinə həsr olunmuş elmi konfransın materialları ,2007
3. «Alkoqol sərxoşluğunun, iqlim, meteoroloji amillərin istehsalat travmatizminin rast gəlmə tezliyinə təsiri və alınan xəsarətlərin məhkəmə-tibbi qiymətləndirilməsi» «Sağlamlıq», №9,2008.
4. “Döş qəfəsinin küt travmaları zamanı ürəyin qapalı zədələnməsi”. İctimai sağlamlıq və səhiyyə V cild.səh.33-37. Bakı-2017.
5. “Canlı şəxslərdə burun zədələnmələrinin məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi”. Sağlamlıq №3, səh.88-91, Bakı-2017
6. Məhkəmə təbabətində entemologiyanın əhəmiyyəti. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Cild 3, № 1-2, səh. 82-89. 2021
Yeni Azərbaycan Partiyası;
Respublika Məhkəmə-tibbi ekspertləri və patoloq-anatomların elmi cəmiyyəti