
23.06.1983-cü il təvəllüdlü Şıxəmmədov Anar Nurməmməd oğlu Bakı şəhərində anadan olmuşam, 1999-cu ildə Azərbaycan Tibb İnstitutunun I müalicə fakültəsinə qəbul olunmuş və 2005-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, həmin il ATU-nun Məhkəmə Təbabəti kafedrasında baş laborant vəzifəsində saxlanılmış, eyni zamanda AR Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Nəsimi rayon şöbəsində məhkəmə-tibbi ekspert kimi fəaliyyətə başlamışam. (tələbəlik illərində “Kliniki Tibbi Mərkəzin” reanimasiya şöbəsində kiçik tibb işçisi, sonradan tibb qardaşı, “MTE və PA” Birliyinin kriminalistika şöbəsində laborant vəzifələrində çalışmışam. 2011-2014-cü illərdə Birliyin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışmış, ərazi aiddiyyatı zərurəti ilə əlaqədar ATU-dan ayrılmışam. 2014-2022-ci illərdə Birliyin Suraxanı rayon şöbəsi rəisi vəzifəsində çalışmışam. 2023-2024-cü illərdə Birliyin Xətai rayon şöbəsində məhkəmə-tibbi eksperti və 2023-cü ildən ATU-nun məhkəmə təbabəti kadefrasının assistenti kimi fəaliyyətə başlamış və hal-hazıradək fəaliyyətimi davam etdirirəm. Eyni zamanda 2024-cü ildən bu günkü tarixədək Birliyin Binəqədi rayon şöbəsində məhkəmə-tibbi eksperti kimi fəaliyyət göstərirəm. Bu illər ərzində çox saylı dövlət əhəmiyyətli ekspertizaların keçirilməsində iştirak etmişəm (məs- ADNA terroru, 26 Bakı Komissarının ekshumasiyası, AVİA qəzalar, Milli Qəhraman Mübariz İbrahimovun ekspertizası və s.). Ailəliyəm, iki övladım var. Həyat yoldaşım MN-nin hərbi hospitalında həkim kimi fəaliyyət göstərir. Böyük oğlum Azərbaycan Turizm Universitetinin IV kurs tələbəsidir. Kiçik qızım UNEC-də dizayn fakültəsinin III kurs tələbəsidir. Bir sıra Azərbaycan və Azər-Türk konfranslarında iştirak etmişəm və bununla bağlı sertifikatlar qazanmışam.
Fəaliyyətim dövründə kafedrada Azərbaycan və rus dillərində dərs aparmış, kafedranın ictimai işlərində fəal iştirak etmişəm.
Assistent Azərbaycan Tibb Universiteti, Məhkəmə Təbabəti kafedrası.
Azərbaycan Tibb İnstitutu, Müalicə -Profilaktika fakültəsi
Yeni Azərbaycan Partiyası
Məhkəmə Təbabəti Elmi Cəmiyyəti