
Dadaşov Sirac Qardaş oğlu 1967-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunmuş, 1973-cü ildə həmin fakültəni bitirmişdir.
1973-cü ildə Bakı şəhəri, Binəqədi rayonu üzrə 6 saylı Tibbi-Sanitar Hissədə internatura keçmişdir.
1974–1977-ci illərdə Daşkəsən Rayon Səhiyyə Şöbəsində çalışmış, əvvəlcə Zəylik kənd xəstəxanasının baş həkimi, daha sonra isə rayon Birləşmiş Xəstəxanasında həkim-terapevt vəzifəsində fəaliyyət göstərmişdir.
1977–1979-cu illərdə Cəbrayıl Rayon Səhiyyə Şöbəsində həkim-terapevt kimi çalışmışdır.
1980-ci ilin fevral ayından noyabr ayınadək Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında həkim vəzifəsində işləmişdir.
01 noyabr 1980-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Məhkəmə Təbabəti kafedrasının assistenti seçilmişdir.
Fəaliyyəti dövründə S. Dadaşov kafedrada Azərbaycan və rus dillərində dərs aparmış, kafedranın ictimai işlərində fəal iştirak etmişdir.
1985 və 1990-cı illərdə Moskva şəhərində yerləşən N. İ. Piroqov adına Tibb İnstitutunun Məhkəmə Təbabəti kafedrasında ixtisasartırma kursları keçmişdir.
S. Dadaşov mütəmadi olaraq peşəkar ixtisas səviyyəsini yüksəltmiş, Məhkəmə Tibbi Ekspertiza İdarəsinin ekspertlərinə praktiki fəaliyyətlərində köməklik göstərmişdir.
Əməkdaşlar və tələbələr arasında hörmət və nüfuza malikdir.
Assisent Azərbaycan Tibb Universiteti, Məhkəmə Təbabəti kafedrası, 1980-hal-hazıradək.
Azərbaycan Tibb İnstitutu, Müalicə -Profilaktika fakültəsi
1985-ci ildə N. İ. Piroqov adına Tibb İnstitutunun Məhkəmə Təbabəti kafedrasında ixtisasartırma kursu
1990-cı ildə N. İ. Piroqov adına Tibb İnstitutunun Məhkəmə Təbabəti kafedrasında ixtisasartırma kursu
Məhkəmə Təbabəti Milli rəhbərlik 2022, II bölmə
Məhkəmə Təbabəti Milli rəhbərlik 2022, II bölmə
1.Международно-правовые основы трансплантации и донорства. Федеральный научно-практический журнал Медицинское Право 43-51
2.Tac damar skeloruzdan qəfləti ölüm zamanı ürək zamanı ürək əzələsində əmələ gələn dəyişikliklər. Sağlamlıq, cild 15, No2, Bakı 2020, səh.101-105.
3.Travmadan sonra inkişaf edən pnevmoniyalar və məkhəmə tibbi əhəmiyyəti. Sağlamlıq, cild 15, No3, Bakı 2020. səh.156-160.
4. Küt travmaların əmələ gəlmə mexanizmində hidro-dinamik faktorun əhəmiyyəti. Azərbaycan təbabətinin müasir nailiyyətləri. No3, Bakı-2021, səh 111-114.
5. Этиологическая структура травмы грудной клетки у лиц различных возрастных групп. Nəzəri, klinik və ekperimental morfologiya jurnalı. Cild 3, No 1-2, Bakı-2021, səh. 99-106.
6.Uşaqlarda termiki zədələnmələr zamanı müalicədən sonra əmələ gələn çapıqların sağlamlığa zərər vurmanın təyinində nəzərə alınması”. Sağlamlıq №1. Bakı-2016.s.137-140
Yeni Azərbaycan Partiyası
Məhkəmə Təbabəti Elmi Cəmiyyəti