Bizi izləyin:
Heydər Əliyev
Zabit Məmmədov
Dosent
Zabit Məmmədov
Google Scholar: CNxS6G0AAAAJ
Müəllim ,kafedra müdirinin tədris işləri üzrə müavini
Bioqrafiya

Məmmədov Zabit 1976-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra Semaşko adına 1 nömrəli şəhər klinik xəstəxanasında internatura keçmişdir.

Əmək fəaliyyətinə müxtəlif məsul vəzifələrdə başlamış, 1980-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasında assistent kimi pedaqoji fəaliyyət göstərmişdir.

1989-cu ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

2003–2004-cü illərdə Məhkəmə təbabəti kafedrasının müdiri vəzifəsini icra etmiş, 2007–2024-cü illərdə II Müalicə-profilaktika fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.2013-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə Azərbaycan Respublikası Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin xüsusi nəzarətində olan məhkəmə-tibbi ekspertizaların keçirilməsinə nəzarət üzrə Səhiyyə Nazirliyi Komissiyasının sədri təyin edilmişdir.

Uzunmüddətli elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Tibb Universiteti tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunmuşdur.

Akademik fəaliyyət

1976–1977 – internatura, Semaşko adına 1 №-li şəhər xəstəxanası

1980–1990 – assistent, ATU, Məhkəmə təbabəti kafedrası

1990–indiyədək – dosent,ATU, Məhkəmə təbabəti kafedrası

 

Təhsil

AZ: N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1970–1976)

Nailiyyətlər (Adlar)

Azərbaycan Tibb Universitetinin “İlin müəllimi” (2016)

Peşə və Pedaqoji İnkişaf

2-ci Moskva Dövlət Tibb İnstitutu (N.İ. Piroqov), ixtisasartırma kursu, 1984

I Moskva Dövlət Tibb İnstitutu (İ.M. Seçenov), ixtisasartırma kursu, 1987

 

Elmi araşdırma sahəsi

Küt travmaların məhkəmə-tibbi aspektlərinin kompleks tədqiqi

 

Kitab

Məhkəmə təbabəti, milli dərslik, 2022

Fəsil

Məhkəmə təbabəti, milli dərslik, IV bölmə, XX fəsil, 2022

Məqalə

Судебно-медицинская экспертиза травм головы и шеи при дорожно-транспортных происшествиях Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı №2, 2025


orcid DOI
Məqalə

Судебно-медицинская экспертиза травм, связанных с алкоголем Elmi-tədqiqat Beynəlxalq Elmi Jurnalı №2, 2025


orcid DOI
Məqalə

1. Судебно-медицинская экспертиза особенностей повреждений, образующихся при падении DOI:10.36719/2706-6614/2/154-159 Sağlamlıq  N2 2025

2. Особенности проведения судебно-медицинской экспертизы черепно-мозговой травмы у детей DOI: 10.36719/2706-6614/1/77-82 Sağlamlıq №1, 2025

3. Судебно-медицинская экспертиза травм грудной клетки DOI: 10.36719/2706-6614/2/63-68 Sağlamlıq №2, 2025

4. Судебно-медицинская экспертиза отравлений угарным газом DOI: 10.36719/2706-6614/1/130-135 Sağlamlıq №1, 2025

5. Судебно-медицинские аспекты поражения электрическим током и молнией.DOI:10.36719/2706-6614/4/155-159  Sağlamlıq , N4 2025,

Məqalə

Особенности проведения судебно-медицинской экспертизы травматизма с употреблением алкоголя » Nəzəri ,Klinik və Eksperimental morfologiya jurnalı N2 2025


orcid DOI
Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası;

Respublika Məhkəmə-tibbi ekspertləri və patoloq-anatomların elmi cəmiyyəti