Ələkbərova Vüsalə Eldar qızı 2004-cü ildə Azərbaycan Beynalxalq Universitetinin stomatologiya fakültəsini bitirmiş və 01.08.2004-cü ildən 01.07.2005-ci ilədək Bakı şəhəri, 8 saylı stomatoloji poliklinikada stomatoloq kimi işləmişdir. Sonra isə TTTY stansiyasında stomatoloq kimi 2012-ci il tarixindən 2013-cü ilə qədər fəaliyyət göstərmişdir. Məhkəmə təbabəti fənninə böyük marağı olduğundan 21.09.2018-ci ildən hal-hazıradək məhkəmə-təbabəti kafedrasında baş laborant təyin edilmişdir. O, kafedrada işlədiyi müddətdə kafedranın ictimai və elmi işlərində fəal iştirak edərək, kafedrada YAP-ın koordinatoru kimi fəaliyyət göstərmiş, eləcə də bir çox məqalə və tezislərin yazılmasında yaxından iştirak etmişdir. O, ingilis dili üzrə kurs keçərək sertifikat almışdır.
Azərbaycan Tibb Universiteti,Məhkəmə təbabəti kafedrası, baş laborant
Azerbaican Beynelxalq Universiteti
1. M.O.Bunyatov, E.İ.Ələkbərov, Ə.B.Mevliyev, V.E.Ələkbərova. “Üz skeleti sümükləri sınıqlarının ayrı-ayrılıqda rast gəlmə tezliyi və onların məhkəmə-tibbi nöqteyi-nəzərdən qiymətləndirilməsi”. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75 illiyinə həsr edilmişelmi konfransın materialları. İctimai sağlamlıq və səhiyyə. VI cild. Bakı-2019. Səh.33-37.
2. M.O.Bunyatov, E.İ.Ələkbərov, Ü.S.Mikayılov, S.Q.Dadaşov, V.E.Ələkbərova. Küt travmaların təsirindən əmələ gələn kəllə və üz skeleti sümükləri sınıqlarının rast gəlmə tezliyi və onların məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi. Professor Tamerlan Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Təbabətin Aktual Problemləri Beynəlxalq Konqres. 6-8 oktyabr 2021-ci il. Bakı Azərbaycan. Səh 87-91
Yeni Azərbaycan Partiyası