Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

04/05/1974 cu ildə Əlibayramlı şəhərində neftçi-ziyalı ailəsində anadan olmuşdur. 1981-cı ildə Əlibayramlı ş., 20 saylı orta məktəbin 1ci sinfinə qədəm qoymuş; 1992-ci ildə həmiin orta məktəbi bitirmişdir.1992-ci ildə -ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.2 illik təhsildən sonra yenidən imtahan verərək 1994-cü ildə  Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsində təhsil almışdır . 1998-2000-ci illərdə Birləşmiş Neftçilər xəstəxanasında Reanimasiya şöbəsində tibb bacısı kimi fəaliyyət gostərmişdir.2000-ci ildəATU-nu  bitirib, M.Nağıyev adına TTY xəstəxanasında internatura  keçərək 2001-ci ildə buranı ümumi cərrah ixtisası üzrə bitirmişdir.2001-2003-cü illərdə Ş.Ələsgərova adına 5 saylı doğum evində həkim mama-ginekoloq kimi fəaliyyət göstgərmişdir. 2003-cü  ildən 2016-cı ilə qədər ATU-nun II mamalıq-ginekologiya kafedrasında baş laborant;

2016-cı ildən hal-hazıradək ATU, II mamalıq-ginekologiya kafedrası, Tədris Cərrahi klinikasında assistent, həkim mama-ginekoloq vəzifəsində çalışır. ATU-nun II müalicə-profilaktika fakültəsinin   tələbələrinə azərbaycan və rus   dilində “Mamalıq və Ginekologiya” fənnini tədris edir. Tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün  professor, Şamxalova İzzət Arif qızının  elmi rəhbərliyi altında işlədiyi “Hamilə qadınlarda xroniki venoz çatmamazlığın kliniki-diaqnostik aspektləri və korreksiyası” adlı dissertasiya işini 2008-ci ildə müdafiə etmiş, 2010—cu ildə tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır.

Respublikamızda və ölkə xaricində nəşr edilən 40 dan çox elmi əsər (məqalə və tezis) müəllifidir. Çoxsaylı yerli və xarici konfranslarda iştirak etmişdir. Kütləvi informasiya vasitələrində ixtisasla bağlı çıxışları və  məqalələri işıq üzü görmüşdür.

Rus, ingilis və  türk  dilini bilir. Microsoft office proqramları və power point-də rahat işləyir. Ailəlidir, 3 övladı vardır.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı kafedranın işlərində də yaxından iştirak edir, Universitetin ictimai işində fəal olmuş, hal- hazırda digər əməkdaşlar ilə birgə elmi məqalələr çap olunmasında, sillabusların, imtahan suallarının hazırlanmasında  iştirak edir.

Akademik fəaliyyət

Baş laborant – Azərbaycan Tibb Universiteti  2003- 2016

Assistent – Azərbaycan Tibb Universiteti 2016- hal-hazıradək

Təhsil

1994-2000 illərdə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsi-bakalavr təhsili

2000-2001-ci  illərdə Musa Nağıyev adına TTY xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.

01.10.01-30.12.01 tarixlərində Ə.Əliyev adına ADHTİ-da mamalıq-ginekologiya üzrə ixtisasdəyişmə kursu keçmişdir.

Türkiyə Cumhuriyyəti, Ankara, Qazi Universiteti 2015 (1il)

Elmi araşdırma sahəsi

Tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün nəzərdə tutulan dissertasiya işi        üzərində çalışdığı mövzu “Hamilə qadınlarda xroniki venoz  çatmamazlığın kliniki-diaqnostik aspektləri və korreksiyası” olmuşdur və mamalığın  aktual məsələlərindən biri hesab olunur. Bu sahə müvəffəqiyyətlə araşdırılmış və mövzu uğurla müdafiə edilmişdir.

Kitab

 Mamalıq və ginekologiya üzrə praktiki bacarıqlar. Dərs vəsaiti 2024  H.F. Bağırova, N.F.Əlişova, R.Ş.Vəzirova, S.Ə.Müslümova

MAMALIQ 2023 dərs vəsaiti Şəmsədinskaya N.M., Bağırova H.F., Bağırova S.K., Tağıyeva İ.Ə.,Sarıyeva E.Q.,

Metodik tövsiyyələr Hamilələrdə xroniki venoz çatışmamazlığın müalicəsində detraleksin yeri İ.A.Şamxalova 2005

Məqalə

Azərbaycan -Türkiyə Allerqoloq və İmmunololoqlarının 1-ci Beynəlxalq konfransı 07 dekabr 2024  Предикторы преждевременных родов стр.68-71 Алишова Н.Ф., Везирова Р.Ш., Муслимова С.А., Джаваншир П.А.

 Papillomavirus infection and cervical pathology Sevda M.A., Nushaba A.F,and aut. A  elmi iş Beynəlxalq elmi jurnal 2022 cild 16 səh.63-67  İSSN 2663-4619 https://aem.az/index.php?newsid=1835

Vitamin D deficiency and it’s prophylaxis in the pregravity period in women of reproductive age./ Proceedings of the Fourth İnternational Conference of European Academy of Science., Born Germany 2019, January 20-30,2019, page 61-62 /  PhD Alishova Nushaba Fizuli., PhD. Hamidova Nurana Ariz.

 Galandar Xanlar Aliyev; Nurana Ariz Gamidova;; Sevda Alifaga Muslimova\\ ENDOCRINOLOGY IN PREGNANCY AND OSTEOPAROSIS\\NATURE AND SCIENCE international scientific journal. Impact Factor: 1.642. 2022 / Volume: 4 Issue: 4 e-ISSN: 2709-4189\\səh.10-14 https://aem.az/index.php?newsid=2033