Bioqrafiya
Hacıyev Seymur 1977- ci il 9 mart tarixində Bakı şəhərində anadan olub.1983-1993 – cü illərdə Bakı şəhərində 66 nömrəli məktəbdə orta təhsil alıb.1993-1999 – cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 1999-2000 – ci illərdə Bakı şəhəri 2 saylı Respublika Psixiatriya Xəstəxanasında psixiatriya ixtisası üzrə internaturanı keçmişəm. 2000- ci ildə psixiatriya kafedrasında baş laborant vəzifəsində çalışmağa başlayıb, 2007 – ci ildən bu günə kimi assistent vəzifəsində çalışır. 2018-ci ildən psixiatriya kafedrasının dissertantıdır. Ailəlidir 3 övladı var
Akademik fəaliyyət
Baş laborant ATU psixiatriya kafedrası, 2000- ci il
Assistent, ATU psixiatriya kafedrası, 2007-ci ildən-bu gunə kimi
ATU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini
Təhsil
Tibb üzrə ali baza təhsili, Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi /1993-1999
Psixiatriya ixtisası üzrə internatura, Azərbaycan Tibb Universiteti, Psixiatriya kafedrası /1999-2000
PhD üzrə Dissertantura, Azərbaycan Tibb Universiteti, Psixiatriya kafedrası 2018-ci ildən hal-hazıradək
Məqalə
“Клинические и организационно-методологические аспекты военно-врачебной экспертизы граждан, страдающих психическими расстройствами.” Azərbaycan Psixiatriya Jurnalı N 1(33) 2019, Bakı səh. 70-80
“Эпидемиологические аспекты психических расстройств у лиц призывного возраста.” Bakı Dövlət Universitetində Tibb Fakultəsinin Yaradılmasının 100- illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-praktiki konfrans,Bakı,2019, səh. 135-136
“Dissosiativ –konversion pozuntusu diaqnozu təsdiq olunan çağırışçılarda təkrarlanan özünə xəsarət yetirmə hallarının mümkün risk amilləri”. 5 İnternational Medical Congress. Baku 2018, səh 34
“Некоторые аспекты изучения психического здоровья лиц призывного возраста”. Azərbaycan Psixiatriya Jurnalı N 2(34) 2019Bakı , səh. 133-146