Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

17.01.1961-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Əmirxeyir kəndində anadan olmuşam. 1968-ci ildə Əmirxeyir kənd məktəbinin I sinifinə getmiş və 1976 –cı ildə VIII sinifi bitirmişəm. Həmin ili Bala Əfəndiyev adına Çaykənd kənd orta məktəbinin IX sinifinə getmiş və 1978-ci ildə X sinifi bitirmişəm. May 1980 – may 1982-ci illərdə ordu sıralarında xidmət etmişəm. Noyabr 1982 –ci ildə N.N.rimanov adına Azərbaycan Tibb institutunun hazırlıq fakültəsinə dinləyici kimi daxil olmuş və iyun 1983 –cü ildə bitirmişəm. Həmin il institutun I müalicə profilaktika fakültəsinə daxil olmuş 1989-cu ildə müalicə işi ixtisası üzrə təhsili başa vurmuşam. 1989 -1990 –cı illərdə həkim intern kimi Bakı şəhəri təcili tibbi yardım stansiyasında çalışmışam. !990-fevral 1993-cü il tarixinə kimi Bakı şəhəri təcili tibbi yardım stansiyasında həkim olaraq çalışmışam. 01.II.1993- cü ildən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun “Operativ cərrahlıq və topoqrafik anatomiya” kafedrasına konkurs əsasında assıstent vəzifəsinə seçilmiş və 07.X. 2013-cüilə kimi həmin vəzifədə çalışmışam. 07.X.2013-cü ildə “Farmakologiya” kafedrasında assistent vəzifəsinə seçilmişəm. 2017-ci ildə üzərində çalışdığım “ Azərbaycan florasının Adi gyrüş və tikanlı odotu bitkilərindən alınmış bioloji aktiv maddələrin müqayisəli farmakoloji tədqiqi” adlı  tibb üzrə fəlsəfə doktoru elmi işini başa vuraraq müdafiə etmişəm. 2019 –cu ilə Farmakologiya kafedrasının baş müəllimi vəzifəsinə seçilmiş və hal- hazırakimi çalışıram.

Təhsil

Müalicə işi ixtisası Azərbaycan Tibb institutu

Nailiyyətlər (adlar)

1. Təhsil sahəsində çlışdığım müddətdə 3 dərslik, 3 ixtira, 52 məqalə və tezis müəllifiyəm.

Peşə və pedaqoji inkişaf

“Pedaqoji Peşəkarlığın inkişafı” təlimi.

Azərbaycan Tibb Universitetində keçirilən "Effektiv strateji planlaşdırma və proqram qiymətləndirməsi" seminarı

 

Elmi araşdırma sahəsi

“Azərbaycan florasının Adi gyrüş və tikanlı odotu bitkilərindən alınmış bioloji aktiv maddələrin müqayisəli farmakoloji tədqiqi” mövzusunda elmi tədqiqat işinin müdafiəsi

Kitab

1.Ümumi operativ cərrahlıq və ətraflarda aparılan cərrahi əməliyyatlar.

2.Baş və boyunun topopoqrafiyası və üzərində aparılan cərrahi əməliyyatlar.

3.Qarın nahiyəsinin topoqrafiysı və üzərində aparılan cərrahi əməliyyatlar.

Məqalə

76th International Astronautical Congress (IAC 2025), Sydney, Australia, 29 Sep-3 Oct 2025. Copyright ©2025 by the International Astronautical Federation (IAF). All rights reserved. IAC-25- A1,IP,22,x100038

Fonturacetam: A new analog of Sydnocarb