26.07.1960-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildən 1977-ci ilə qədər Gəncə şəhərində 4№li orta məktəbdə rus dilində təhsil almışdır. 1977-ci ildə N.Nərimanov adına ATİ-nun Fakültəsinə qəbul olmuşdur. 1983-1984 illərdə ATİ-nu bitirmişdir. 1984-cü ildə 2 №li Qarayev adına uşaq xəstəxanasında pediatriya üzrə həkim- internator kimi internaturanı keçmişdir. Sonra 9№li uşaq poliklinikasında əvvəlcə sahə həkim, sonra pediatriya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Təkmilləşdirilmiş kursu h\kimlər üçün keçdikdən sonra II kateqoriyalı həkim-pediatr adını qazanmışdır. 1991-ci ildən indiyədək ATU-nin Farmakologiya kafedrasında Əvvəlcə baş lobarant, assistent və bu günə qədər baş müəllim vəzifəsində çalışır. 3 dildə-Azərbaycan, rus, ingilis dillərində dərs aparır.
DİM-də baş ekspert olaraq Farmakologiya fənninin testləri ilə məşğul olmuşdur.
“Hamilə sıçovullarda MSS pozulmasının profilaktikasında hipoxrom anemiya zamanı nootropil ilə antenatal terapiya” mövzusunda elmi iş aparır.