Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1971 Salyan rayonu Yuxarı Xalac kənd orta məktəbini qızıl medalla bitirib,  1977 Azərbaycan Tibb İnstitutunu bitirb, diplom # MD № 023183,  ixtisasca həkimdir, 1977-1981 Əli-Bayramlı (Şirvan) şəhər xəstəxanasında SME-nin baş həkimi, 1978-1981 Əli-Bayramlı MŞX-nin komsomol komitəsinin katibi,  1982-1985 Farmakologiya kafedrasının aspirantı,  1985 14.00.25–farmakologiya ixtisası üzrə Tibb elmləri namizədi, Diplom # MD № 023183. 1985 Farmakologiya kafedrasının baş laborantı,  1985-1992 Farmakologiya kafedrasının assistenti,  1988-1991 Əczaçılıq fakultəsinin dekan müavini, 1992   Əczaçılıq fakultəsinin dekanı, 1993-1994  Rusiya Tibb Elmləri Akademiyası V.V. Zakusov adına Dövlət  Müəssisəsi Elmi-Tədqiqat Farmakologiya İnstitutunun  doktorantı, 1999 14.00.25- farmakologiya ixtisası üzrə, Tibb elmləri doktoru  Diplom # DK № 001130, 1992-1997      Farmakologiya kafedrasının dosenti,  1997-2000  Farmakologiya kafedrasının professoru,  2000-2024   Farmakologiya kafedrasının müdiri,  2025-ci ildən   Farmakologiya kafedrasının professoru.

Akademik fəaliyyət

     Akademik farmakoloji təhsilini (aspirantura və doktorantura) Moskva şəhəri Rusiya Tibb Elmləri Akademiyası V.V. Zakusov adına Dövlət Müəs¬sisəsi Elmi-Tədqiqat Farmakologiya institutunda almışdır.    

     Azərbaycan Tibb Universiteti Əczaçılıq fakultəsi Elmi şurasının, ATU-da Farmakologiya, Patofizioligiya və Biokimya ixtisasları üzrə FD 2.07 qeydiyyat nömrəli dissertasiya şurasının, Səhiyyə Nazirliyi Farmakologiya və Farmakopeya ekspert şurasının, beynəlxalq “Abant Medikal Journal” və Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı redaksiya heyətinn  üzvi, Azərbaycan Farmakoloqları elmi cəmiyyətinin sədridir.

     Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin fəxri fərmanları ilə təltif olunmuşdur.

      2010-cı il sentyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

    Elmi-tədqiqatları psixoaktiv maddələrin (psixomotor stimulyatorlar, antipsixotik maddələr, nootroplar) təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir.

   İlk dəfə olaraq, eksperimentdə atipik neyrolektiklərin müxtəlif kimyəvi qruplardan olan bütün əsas nümayəndələrinin (benzamid, qamma-karbamid, dibenzazepin və aminotetralin törəmələr), eləcə də antipsixotik maddələrin klassik nümayəndəsi haloperidol, psixostimulyator mezokarb və amfetaminin, nootroplar qrupundan olan pirasetamın geniş və əhatəli eksperimental farmakoloji tədqiqatlarını (təsir mexanizmi, əsas , əlavə və toksik effektlərini, optimal effektiv təsir dozalarının müəyyənləşdirilməsi) aparmışdır. Atipik neyroleptiklərin təsir mexanizmində müxtəlif subpopulyasiyadan olan dofamin reseptorlarının və autorequlyator tənzim mexanizmlərinin fərqli rolu və iştirakını, mezokarbın mezolimbik sistemə selektiv təsirini müəyyənləşdirmişdir. Bu tədqiqatlar məlum psixoaktiv maddələrin təsir mexanizmi haqqında mövcud mülahizələrin dərinləşməsi və zənginləşməsinə deyil, həm də ruhi patologiyaların etiopatogenetik mexanizmlərinin açılması istiqamətində elmə gətirilən xüsusi əhəmiyyətli yeniliklərdir.

     463 çap olunmuş elmi publistik məqalə, tezis, o cümlədən  15 dərslik, 19 dərs vəsaiti, 12 tədris-metodik vəsait və bir neçə ixtiranın müəllifidir.

    Rəhbərliyi altında 15 tibb, biologiya və əczaçılıq üzrə fəlsəfə doktoru, 1 tibb elmləri doktoru dissertasiyası müdafiə olunmuş, 1 tibb üzrə fəlsəfə, 2 biologiya özrə fəlsəfə doktoru və 2 tibb doktoru dissertasiyası yerinə yetirilir.