
Sabir Abdul oğlu Etibarlı tibb elmləri doktoru, professor. 1991-ci ildən Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasında işləyir. 1977-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1985-ci ilə kimi Əli-Bayramlı şəhər xəstəxanasında nevropatoloq vəzifəsində çalışmışdır. 1983-cü ildə Kiyev şəhərində həkimləri təkmilləşdirmə institutunda neyrocərrahlıq üzrə ixtisaslaşma kursunu kecmişdir. 1985-ci ildən 1991-ci ilə kimi Respublika Neyrocərrahlıq xəstəxanasında həkim-neyrocərrah vəzifəsində işləmişdir. 1991-ci ildə müsabiqə yolu ilə ATU-nin Neyrocərrahlıq kursuna assistent vəzifəsinə seçilmişdir. 1993-cü ildə Kiyev Elmi-Tədqiqat Neyrocərrahlıq institutunda „Baş beyin abseslərinin ayrı-ayrı yaş qruplarında klinika, diaqnostika və müalicə üsulları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-cı ildə müsabiqədən keçməklə dosent vəzifəsinə seçilmişdir.
2001-ci ildən müsabiqə yolu ilə neyrocərrahlıq kursunun müdiri vəzifəsinə seçilmişdir. 2020-ci il tarixdən oz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad olunmuşdur. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.
Tibb universitetində işlədiyi müddətdə S.A.Etibarlı özünü hazırlıqlı həkim və təcrübəli müəllim kimi göstərmişdir. O, Azərbaycan və rus dillərində təcrübə dərslərini müvəffəqiyyətlə aparır, 1993-cü ildən bu günə kimi azərbaycan bölməsində mühazirələr oxuyur. Tələbələr və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Etibarlı S.A tərəfindən keçmiş illər ərzində 200 -ə yaxın elmi məqalə və tezis respublikamızda və xarici jurnal və toplularda çap edilmişdir. (Bunlardan 46-ı hesabat dövründə).
S.A.Etibarlı 2004-cü ildə neyrocərrahlıqdan azərbaycan dilində yazılmış ilk dərsliyi çap etdirmişdir.
2012-ci il fevral ayında “Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
S.A.Etibarlının rəhbərliyi ilə 5 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 1 nəfər ilkin müzakirəyə keçmiş, 1 nəfər isə elmi-tədqiqat işini davam etdirir.
S.A.Etibarlı siyasi cəhətdən savadlıdır, öz əxlaqi-siyasi görüşlərinin artması üçün daim çalışır.
Professor: Azərbaycan Tibb Universiteti 2014-hal-hazıradək
Dosent: Azərbaycan Tibb Universiteti 1996-2014
Assistent: Azərbaycan Tibb Universiteti 1991-1996
2012-ci il “Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları ixtisası üzrə tibb elmləri doktoru.
1993-ci ildə Kiyev şəhərində Elmi-Tədqiqat Neyrocərrahlıq institutunda „Baş beyin abseslərinin müxtəlif yaş qruplarında klinika, diaqnostika və müalicə üsulları”.tibb elmləri namizədi
1990-cı ildə Leninqrad həkimləri təkmilləşdirmə institutunda “Epilepsiyanın diaqnostikası və cərrahi”müalicəsi üzrə kurs,
1983-cü ildə Kiyev şəhərində həkimləri təkmilləşdirmə institutunda neyrocərrahlıq üzrə ixtisaslaşma kursu.
Əməkdar həkim-2001
2012-ci il fevral ayında “Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiəsi.
1992-ci ildə Kiyev şəhərində Elmi-Tədqiqat Neyrocərrahlıq institutunda „Baş beyin abseslərinin müxtəlif yaş qruplarında klinika, diaqnostika və müalicə üsulları”
2012-ci il “Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası
2004-cü ildə ilk dəfə azərbaycan dilində latın qrafikası ilə “Neyrocərrahlıq” dərslik kitabını nəşr edilib. 2009-cu ildə kitab cüzi redəktə ilə təkrari çap edilmişdir. Bundan başqa 5 tədris- metodiki vəsait və 200-ə yaxın məqalə və tezis çap olunub.
1. Döş qəfəsinin zədələnməsi ilə gedən müştərək kəllə-beyin travmaları zamanı kəskin ürək ağ ciyər fəsadlarının xüsusiyyətləri Travmatologiyaya və ortopediya Elmi-praktik jurnalı İSSN 2221-9315 səh.24-25 2023 1-2 yanvar
2. Patient-Specific Highly Realistic Spine Surgery Phantom Trainers Journal Neurological Surgery-Part A 2025 Stutgart,Germany
3. Chiari Type I: Malformation or Syndrome? Reevaluating the Definition of the Pathology in Light of a Modern Etiopathogenetic Concept
4. Сборник статей по материалам XCII международной научно-практической конференции «Современная медицина; новые подходы и актуальные исследования» ISSN 2541-9854, Moskva. Yanvar 2025, №1(83), səh. 42-47
5. Клинико- нейровизуализационные маркеры диагностики и прогноза патологии краниовертебралюного перехода-мальформации Киари I типа
6. Всероссиский форм Междисциплинарный подход в отоларингологов с международным отоларингологии, хирургии головы и шеи 9-10 октября 2025г Тезисы Москва
Azərbaycan Tibb Universitetinin Psixonevrologiya üzrə Problem komissiyasının üzvü.
Azərbaycan Neyrocərrahlar Assosasiyasının üzvü
Milli Nevrologiya Jurnalı- redaksiya heyətinin üzvü
Rezidentura: neyrocərrahiyyə ixtisası üzrə kurator