Bioqrafiya
Katibli Sevda Əkrəm-Paşa qızı, 1961-ci ildə Bakı şəhərində, qulluqçu ailəsində anadan olub. 1979-1985-ci illərdə ATU-nun müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında həkim psixiatr-intern, 1986-1988-ci illərdə həmin xəstəxanada ordinator vəzifəsində çalışıb. 1988-ci ildən indiyə kimi əmək fəaliyyəti Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası ilə bağlıdır: baş laborant, assistent, 2007-ci ildən dosent, 2015-ci ildən kafedra müdirinin müavini vəzifəsində fəaliyyətini davam etdirir. Ailəlidir, bir övladı var.
Akademik fəaliyyət
Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrası 1988-2007-ci illər assistent
Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrası 2007-ci ildən dosent
Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrası 2015-ci ildən müdir müavini
Təhsil
Azərbaycan Tibb Universiteti, müalicə-işi fakültəsi 1979-1985