
Jalə İsgəndərova Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktorudur. O, oftalmologiya sahəsində aparılan elmi tədqiqatlara mühüm töhfələr verən mütəxəssislərdən biridir və bir çox elmi məqalələrin müəllifidir.
J.İsgəndərovanın elmi-tədqiqat fəaliyyəti əsasən oftalmologiya və epidemiologiya sahələrini əhatə edir. Onun elmi araşdırma sahələrinə toksoplazmozun kliniki-immunoloji diaqnostikasının öyrənilməsi daxildir. Eyni zamanda Diabetik retinopatiyaların klinik xüsusiyyətləri, erkən diaqnostikası və profilaktikası, yüksək miopiyalı gözlərdə ağırlaşmaların qarşısının alınması məqsədilə Lazer terapiyasının tətbiqi ilə məşğuldur.
J.İsgəndərova akademik və elmi fəaliyyəti ilə yanaşı, oftalmologiya sahəsində əldə etdiyi bilik və təcrübəni praktik tibbdə uğurla tətbiq edir, göz xəstəliklərinin qarşısının alınması və müalicəsində müasir yanaşmalardan istifadə edir. O, müxtəlif beynəlxalq konqres, konfrans, seminarlarda, təlimlərdə aktiv iştirak edir.
Baş laborant ATU, Oftalmologiya kafedrası, 2011.
İnternatura, Z.Ə. adına M.O.M 2010-2011
Dissertantura, Epidemiologiya və oftalmologiya ixtisası, tibb üzrə fəlsəfə doktoru, 2016-2021. Azərbaycan Tibb Universiteti. Bakı.
İnternatura, Z.Ə. adına M.O.M. 2010-2011
Müalicə işi üzrə bakalavr, Azərbaycan Tibb Universiteti, 2004-2010. Bakı.
24–25.11.2023, Bakı,Azərbaycan Oftalmologiya Cəmiyyəti, XV Milli Konqres
22–24.04.2022, Trabzon,Türk Oftalmologiya Cəmiyyəti, 18-ci Milli Konqres
22–24.04.2019, Tbilisi, Gürcüstan Tbilisi Milli Konqresi (TIOC)
01–28.02.2015, Çennai, Hindistan Retina xəstəlikləri üzrə kurslar
01–07.04.2014, Tokio, Yaponiya Ümumdünya Oftalmologiya Konqresi (WOC)
01–30.04.2013, İstanbul, Türkiyə Retina xəstəlikləri və OCT üzrə kurslar
31.05–03.06.2012, İstanbul,Türk Oftalmologiya Cəmiyyəti (TCOD), I Milli Konqres
03.12.2010, Bakı, Azərbaycan Z.Ə. Əliyeva adına Oftalmologiya Mərkəzi,Gənc Oftalmoloqların IV Konqresi
1. İsgəndərova J.R. Arxa toksoplazmoz uveiti zamanı sistemli immunitetin müxtəlif həlqələrinin vəziyyəti // “Sağlamlıq” jurnalı, Bakı, - 2018, - №2, s.107 -110.
2. Искендерова Ж.Р. Эпидемиологические законамерности распростанения токсоплазмоза среди населения в г. Баку. // Биомедицина, Баку, - 2018, - № 2, с. 13-15
3. Искендерова Ж.Р. Дифференциально – диагностические особенности клинических проявлений у больных с достоверным токсоплазмозом // Медицинские новости, Минск, - 2018, - №9, с.85-88
4. İsgəndərova J.R. Klinik əlamətlərin müayinəsi əsasında görmə orqanının toksoplazmozunun diaqnostikası üsulları // Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Təbabətin aktual problemləri” elmi-praktik konfransın materialları, - Bakı - 2018, - s. 31.
5. İsgəndərova J.R. Toksoplazmoz xorioretinitlərinin diaqnostikasının xüsusiyyətləri. // Tibb fakültəsinin yaradılmasının 100 illik yubleyinə həsr olunmuş beynəlxalq elmi praktik konfransın materialları, - Bakı: - 2019, - s. 123.
6.İsgəndərova J.R. Gözlərin toksoplazmozla zədələnmələrinin klinik təzahürlərinin xüsusiyyətləri. // Azərbaycan Tibb Jurnalı, Bakı, 2019, - №1, s.45-49
7. İsgəndərova J.R. Toksoplazmoz uveiti zamanı iltihab markerləri. // Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı,-2019 -№1, - s.30-33
8. Искендерова Ж.Р. Механизм развития токсоплазмозного поражения органа зрения у пациентов в г.Баку. // Офтальмология. Восточная Европа, 2019, - №3, c.356
9. Искендерова Ж.Р. Определение степени тяжести токсоплазмозного поражения органа зрения у пациентов в г.Баку. // Интернаука, Москва, -2019,- №2, c.30-33.
10. İsgəndərova J.R. Bətndaxilində yoluxmuş və oftalmoloji ağırlaşmaları olan uşaqların həyat keyfiyyəti // Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının yaradıllmasının 100 illik yubleyinə həsr olunmuş beynalxalq elmi – praktik konfrans materiallarının toplusu, - Bakı, - 2019, - s.55-57.
11. Isgandarova Zh. R. Determination class of the severity of toxoplasm retinitis in patients in city Baku. // TIOC abstract book , Tbilisi, 2019, p.16.
12.İsgəndərova.J.R. Gözlərin toksoplazmozu olan xəstələrdə klinik təzahürlərin diferensial – diaqnostik xüsusiyyətləri.// Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Təbabətin aktual problemləri" elmi-praktik konqresin materialları, - Bakı- 2020