Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Lalə Allahverdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) “Allerqologiya və immunologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professordur. O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar həkimi fəxri adlarına layiq görülmüş, həmçinin Bakı şəhərinin baş allerqoloqu kimi uzun illər səhiyyə sistemində mühüm rəhbər vəzifələrdə çalışmışdır. Professor L.İ. Allahverdiyeva pediatriya və allerqologiya sahəsində dərin bilikləri və fundamental tədqiqatları ilə həm ölkəmizdə, həm də beynəlxalq miqyasda tanınan görkəmli alimdir.

Ali tibb təhsilini ATU-nun Pediatriya fakültəsində tamamladıqdan sonra o, Moskva Həkimlərin Təkmilləşdirmə İnstitutunda allerqologiya və klinik immunologiya üzrə ixtisaslaşmışdır. Akademik fəaliyyətinə ATU-nun II uşaq xəstəlikləri kafedrasında başlayan Lalə xanım, 2009-cu ildən etibarən “Klinik allerqologiya və immunologiya” kursuna, 2017-ci ildən isə “Allerqologiya və immunologiya” kafedrasına rəhbərlik edir.

Professor L.İ. Allahverdiyevanın elmi fəaliyyəti olduqca geniş və çoxşaxəlidir. O, uşaqlarda respirator allergiyalar, bronxial astmanın proqnozlaşdırılması, molekulyar allerqodiaqnostika və speleoterapiya sahəsində fundamental araşdırmaların müəllifidir. Xüsusilə, Naxçıvanın “Duzdağ” Fizioterapiya Mərkəzində apardığı tədqiqatlara görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilmişdir. O, həmçinin 2019-cu ildə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən elm və tibb sahəsindəki nailiyyətlərinə görə “Müsəlman Dünyasının Rania mükafatı”na layiq görülən ilk Azərbaycanlı qadın alimdir.

Lalə xanım 303-dən çox elmi işin, o cümlədən "Klinik Allerqologiya və İmmunologiya", "Uşaq xəstəlikləri" kimi dərsliklərin, “COVID-19 - əsrin xəstəliyi” və dünyada ilk dəfə ingilis dilində çap olunmuş "COVID-19: Disease of the Century" monoqrafiyasının müəllifidir. O, “Azərbaycan allerqologiya və klinik immunologiya” jurnalının baş redaktoru kimi elmi nəşrlərin keyfiyyətinin artırılmasına böyük töhfə verir.

Beynəlxalq elmi arenada aktiv fəaliyyət göstərən professor, Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidentidir. O, EAACI, WAO, ERS (Qızıl üzv) və Kanada İmmunoloqlar Cəmiyyəti kimi nüfuzlu qurumların üzvüdür. Eyni zamanda, Vyana Tibb Universitetinin molekulyar allerqodiaqnostika üzrə Azərbaycandakı rəsmi nümayəndəsidir. Professor L.İ. Allahverdiyeva gənc alimlərin yetişməsində əvəzsiz rol oynayır; onun rəhbərliyi altında çoxsaylı fəlsəfə və elmlər doktorluğu dissertasiyaları müdafiə olunmuş və hazırda da bu istiqamətdə elmi rəhbərlik fəaliyyətini davam etdirir.

Akademik fəaliyyət

1. 1974-1975 interna Ə.Qarayev adına 2 saylı UKX

2. 1975-1978 Həkim-ordinator Bakı şəh. 6 saylı UKX

3. 1978-2009 Baş lab., assistent, dosent ATU II uşaq xəstəlikləri kafedrası

4. 2009-2017 Müdir, t.e.d., prof. “Allerqologiya və klinik immunologiya” kursu

5. 2017-hal-hazıradək “Allerqologiya və immunologiya” kafedrasının müdiri, t.e.d.,ə.e.x., prof.

Təhsil

1968-1974– Azərbaycan Tibb Universiteti; Bakı, Azərbaycan Pediatriya fakültəsi

1974-1975 - Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası, Bakı, Azərbaycan Həkim-interna

1975-1978 – 6 saylı Uşaq Klinik Xəstəxanası, Bakı, Azərbaycan Həkim-Allerqoloq

Nailiyyətlər (adlar)

1. 2009-cu ildən 2022-ci ilə qədər Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş allerqoloqu

2. 2010-cu ildən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərancamına əsasən Azərbaycan Respublikasının Əməkdar həkimi

3. 9 aprel 2021-ci il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərancamına əsasən Azərbaycan Respublikasının əməkdar elm xadimi

4. Apardığı fundamental elmi araşdırmalara və  xidmətlərə görə 2019-ci ildə Naxçıvan Muxtar Respublikası “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətiylə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı və diplomu ilə təltif olunmuşdur.

5. 2019-cu ildə 60 yaxın müsəlman ölkələrini özündə birləşdirən İƏT (İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən təşkil olunmuş “Müsəlman Dünyasının Rania mükafatı 2019” mərasimində  ilk dəfə olaraq Azərbaycan qadınları arasında elm, tədris və tibbdə fəaliyyətinə görə “ mükafatı ilə təltif olunmuşdur.

Peşə və pedaqoji inkişaf

1. 1 il 6 ay- Misir Ərəb Respublikası, Qahirə şəhəri “British council” İngilis dili kursu; upper-intermediate  (9 sertifikat)

2. 1977- Həkimlərin Təkmilləşdirmə İnstitutu, “Allerqologiya və Klinik Immunologiya” kafedrası (Moskva/Rusiya)

3. Allerqologiya və Klinik Immunologiya 1992- Sankt-Peterburq  Pediatrik Tibb Universiteti, Təkmilləşdirmə kursları Həkim-Pediatr

2016-2017- Vyana Tibb Universiteti, Avstriya IMUNIMAI - molekulyar allerqodiaqnostika

4. 9 may 2025-ci ildə, WAO (Ümumdünya Allerqologiya Təşkilatının) dəstəyi ilə, Azərbaycanda allerqologiya və klinik immunologiya sahəsində peşəkar biliklərin inkişafına mühüm töhfə verən beynəlxalq miqyaslı WAST-ESP (World Allergy Training School- Emerging Societies Program) təlimi

5. 10 May, 2025-ci il tarixində Bakı Marriott Boulevard otelində TƏBİB-in və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Azərbaycan Allerqoloq və İmmunoloqlar Cəmiyyəti” “ Çocuk Astım İmmunoloji Allerji Derneği ” və “Türkiyə Ulusal Allerji və Klinik İmmunoloji Derneği”-nin birgə təşkilatçılığı ilə “ Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının II Beynəlxalq Konfransı”

6. 17-20 sentyabr 2025-ci ildə (21saat) “Allerqologiya və immunologiya: Nailiyyətlər və perspektivlər” IX Beynəlxalq konqresi

7. 04.10.2025-ci ildə “Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” adlı elmi-praktik konfrans

8. 04 oktyabr 2025-ci il tarixində keçirilən 1-ci Beynəlxalq Parazitologiya konfransı

9. 30-31 oktyabr 2025-ci il Akademik Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş "Akademik irs-130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar" adlı elmi - praktik konfransı

10. 02.11.2025 ci il Azərbaycan Pediatrlar Assosiasiyasının 95 illik yubileyinə həsr olunmuş 42-ci beynəlxalq Konqresində  “Uşaqlarda xroniki öskürəyin diaqnostika və müalicəsində müasir yanaşma” adlı məruzə ilə çıxış

11. 7 noyabr 2025-ci il tarixində keçirilən Zəfərimizin 5 illiyinə həsr olunmuş, Odlu Silah Yaralanmaları Zəfərə Gedən Yolda Həkimin Mübarizəsi adlı elmi-praktik konfrans

12. 14 noyabr 2025, Naxçıvan Dövlət Universitetində keçirilən III Beynəlxalq Duz Araşdırmaları konqresində iştirak etmiş və “Post-COVID sindromlu xəstələrin Naxçıvan “Duzdağ“ mağaralarında speleoterapiya üsulu ilə reabilitasiyası” adlı məruzə ilə çıxış

13. 17 noyabr 2025 ci il tarixində keçirilən “Vaxtından əvvəl doğulanlar gününə həsr olunmuş”  beynəlxalq elmi-praktik konfrans

14. 20-21 noyabr 2025-ci il, Azərbaycan/Bakı, Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş Azərbaycan Tibb Universitetinin yaradılmasının 95, Azərbaycanda Ali Əczaçılıq təhsilinin 85 illik yubileylərinə həsr edilmiş “ƏCZAÇILIĞIN MÜASİR PROBLEMLƏRİ” mövzüsunda VI BEYNƏLXALQ ELMİ KONQRES

15. 21-22 noyabr 2025, Bakı, Azərbaycan, Konstitusiya və suverenlik ilinə həsr olunmuş AHMK 2025 V Azərbaycan Beynəlxalq Hematologiya mütəxəssisləri konqresi

16. 26-30 Kasım 2025, Antalyada keçirilən “XXXI. Ulusal Alerji ve Klinik İmmünoloji Kongresi, “Alerji ve İmmünoloji: Bilimle Güçlenen Gelecek” adlı konqresdə iştirak edərək psoter məruzə ilə çıxış edib və sertifikatla təltif olunub:

1.     Akut Alerjik Kontakt Dermatit (Klinik Olgu)

2.     Çocuklarda bronşiyal astımı öngörmede kalitsal faktörlerin öneminin analızı (ar2 sinir ağı modeli)

3.     Alerjik hastalıkların spesifik tanısında modern yaklaşımlar   

12-13 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Pediatriya Cəmiyyətinin 4-cü Milli və 2-ci Beynəlxalq konqresi”ndə moderator

Kitab

1. Uşaqlarda respirator allergiya, (kitab), L.I.Allahverdiyeva, А.А.Eyyubovа, Bакı, 2008

2. Klinik Allerqologiya və İmmunologiya (kitab) L.I.Allahverdiyeva redaktəsi ilə; Bakı, 2009

3.Klinik Allerqologiya və İmmunologiya (kitab) L.I.Allahverdiyeva redaktəsi ilə; Bakı, 2010 (təkmilləşdirilmiş 2-ci nəşr)

4.Uşaq xəstəlikləri (kitab) L.I.Allahverdiyeva ; Bakı, 2011

5. Uşaqlarda allergik xəstəliklər (kitab); L.I.Allahverdiyeva ; Bakı, 2012

6. Covid-19-Əsrin xəstəliyi (kitab); L.I.Allahverdiyeva ; Bakı, 2023

7. L.İ.Allahverdiyeva “COVID 19 Disease of the century” (Dünya miqyasında ilk dəfə çap olunmuşdur), Monoqrafiya, ”Şərq-Qərb“ 2024-cü il, 258 səh., Azərbaycan, Bakı

Məqalə

1. Allahverdiyeva L.I., H.E.Agaragimova, Veronica Samedi, “Sublingual allergen-specific immunotherapy in pediatric patients: biomarkers and molecular allergy diagnostics as predictors of therapeutic succes”, Paediatrics &Child Health, Volume 25, İssue Supplement_2, August 2020, Page  40

2. Аллахвердиева Л.И., “Последние данные о новой коронавирусной инфекции COVID-19”,Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı(elmi-praktik jurnal) , Cild 8; № 1, 2020, səh. 5-12

3. Səfərova A.F., Allahverdiyeva L.İ., Qurbanova D.F., “Ekstrakorporal mayalanma və embrionların köçürülməsi proqramlarının həyata keçirilməsinin müasir aspektləri”,Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı (elmi-praktik jurnal), Cild 8; № 1, 2020, səh. 21-28

4. Allahverdiyeva L.İ., Ağarəhimova H.E., Cəfərova L.A.,” COVID-19. Problemin həlli yolları”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı (elmi-praktik jurnal), Cild 8; № 1, 2020, səh.34-40

5. Allahverdiyeva L.İ., Ağayeva A.Q., Cəfərova L.A.,”Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü,” Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı (elmi-praktik jurnal), Cild 8; № 1, 2020, səh.47-53

6. Allahverdiyeva L.İ., Cəfərova. L.A.,” Yeni koronavirus infeksiyasının pediatrik problemləri”, "Sağlamlıq " jurnalı Cild 25 ; № 4, 2020 səh. 85-90.

7. Səfərova A.F., Allahverdiyeva L.İ., Qurbanova D.F.,”Endometriumun reseptivliyivi və implantasiyanın biomarkerləri”, Sağlamlıq jurnalı , Bakı, 2020, №6, səh. 22-28

8. Allahverdiyeva L.İ., Ağamirzəyeva S.A., Cəfərova. L.A.,”COVID-19 vaksini haqqında nə məlumdur”,Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 9; № 1, 2021, səh.5-10

9. Allahverdiyeva L.İ.,”Allergik xəstəliyin kəskinləşməsi istənilən peyvəndlənmə üçün əsas əks göstərişdir”,Tibb jurnalı, № 05-06 (717), 31 mart 2021-ci il

10. Allahverdiyeva L.İ., Ağayeva A.Q., Cəfərova L.A., Əbdül-Qədirova K.E.,”Respirator allergiyalı xəstələrdə COVID-19 xəstəliyinin xüsusiyyətləri”,Azərbaycan Tibb jurnalı, rüblük elmi-praktik jurnal 2021, №2, səh. 5-10

11. Л.И.Аллахвердиева, Фарамазов А.З.,Халилова А.В.,Джафарова Л.А.,Абдулкадирова К.Е., “Вакцинация от COVID-19: реальность нашего времени или почему у человечества нет другого пути”,Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı (elmi-praktik jurnal), Cild 9; № 2 , 2021, səh.5-10

12. Л.И.Аллахвердиева, “Двайной удар или чем грозит твиндемия”, Milli sağlamlıq jurnalı, Passage, декабрь 2021

13. L.İ.Allahverdiyeva, S.A.Ağamirzəyeva, “Duzdağ” fizioterapiya mərkəzində postkovid sindromlu xəstələrin reabilitasion müalicəsi”, Azərbaycan Tibb jurnalı, Rüblük elmi-praktiki jurnal, 2022, № 1,səh.138-143

14. Allahverdiyeva L.I.,  Khalilova A.V., “Local allergic rhinitis: Recent advances and challenges”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 10; № 1, 2022, səh. 10-13

15. Bilkay Bashturk, MD, PhD1, Afag Khalilova, MD1,Lala Allahverdiyeva MD, PhD1, “The role of cell death in immune system”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 10; № 1, 2022, səh.14-24

16. Allahverdiyeva L.İ., Ağarəhimova H.E., “Pollinoz xəstəliyinin diaqnostikasında molekulyar allerqodiaqnostikanın əhəmiyyəti”, Azərbaycan Respublikası, Allerqologiya, İmmunologiya və İmmunoreabilitologiya Elmi Cəmiyyəti, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Milli Beyəlxalq konfransı, 4 noyabr 2022, Bakı, səh.10-11

17. Allahverdiyeva L.İ., Məmmədova G.N., “Uşaqlarda atopik dermatitin gedişində bağırsaq biosenozunun rolu”, Azərbaycan Respublikası, Allerqologiya, İmmunologiya və İmmunoreabilitologiya Elmi Cəmiyyəti, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Milli Beyəlxalq konfransı, 4 noyabr 2022, Bakı, səh. 11-13

18. И.А.Мустафаев, Л.И.Аллахвердиева, Н.М.Гулиева, А.В.Богданова, “Эффективность проводимой базисной терапии бронхиалной астмы у детей в зависимости от сроков манифестации заболевания”, Azərbaycan Respublikası, Allerqologiya, İmmunologiya və İmmunoreabilitologiya Elmi Cəmiyyəti, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Milli Beyəlxalq konfransı, 4 noyabr 2022, Bakı, səh. 156-157

19. И.А.Мустафаев, Л.И.Аллахвердиева, Н.М.Гулиева, А.В.Богданова, “Особенности клинического течения острого бронхиолита у детей раннего возраста”, Azərbaycan təbabətinin müasir nailiyyətləri (rüblük elmi-praktiki jurnal), №2, 2022, səh.97-100

20. Ş.Y.İsrafilova, L.İ.Allahverdiyeva, L.İ.Əlizadə, “Birincili ya qazanılmış immundefisitlər”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 11; № 1, 2023, səh. 5-10

21. Л.И.Аллахвердиева, Н.И.Эфендиева,  Г.Э.Агарагимова, “Лечебный эффект спелеотерапии в соляном руднике «Дуздаг» при бронхиальной астме у детей”, Актуальные проблемы охраны  труда и безопасности производства, добычи и использования калийно-магниевых солей, Материалы IV Международной научно-практической конференции (Пермь, 28-29 ноября 2023 г), стр. 439-449

22. L.İ.Allahverdiyeva, N.İ.Efendiyeva, A.V.Khalilova, “Efficacy of Speleotherapy on Atopic Bronchial Asthma in Children”, Experimed, Volume 13 Issue 3 December 2023, səh. 174-179

ISSN / eISSN:2667-5846 Web of Science Core Collection: Emerging Sources Citation Index Additional Web of Science Indexes: Biological Abstracts | BIOSIS Previews

23. Л.И.Аллахвердиева, Н.М.Гулиева, З.У.Мамедова, “Корреляция между качеством жизни и тяжестью заболевания педиатрических пациентов с атопическим дерматитом”, Ambiance in life international  scientific journal in medicine, journal of  beharioral medicine refereed  & reviewed journal, Georgia, Tbilisi 2023 səh. 14-18

24. Allahverdiyeva L.İ., İbrahimova Ş.H., İsmayılova Z.M., İsmayılzadə M.R., “Uşaqlarda bronxial astmanın müalicəsinə dair tövsiyələrin əsas məqamları (GİNA 2023)”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 11; № 2, 2023, səh. 5-12

25. Allahverdiyeva L.İ., Quliyeva N.M., Məmmədova Z.U., Xəlilova A.V., “Toksik epidermal nekroliz”,Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 11; № 2, 2023, səh.17-21

26. Allahverdiyeva L.İ., Ağarəhimova H.E., “Pollinoz xəstəliyində molekulyar allerqodiaqnostikanın rolu və tətbiqi”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 11; № 2, 2023, səh.22-27

27.Л.И.Аллахвердиева,Н.И.Эфендиева,  Г.Э.Агарагимова, “Клинико-функциональные показатели у детей с персистирующей бронхиальной астмой после курса спелеотерапии”, Актуальные проблемы охраны  труда и безопасности производства, добычи и использования калийно-магниевых солей, Материалы V Международной научно-практической конференции (Пермь, 14-15 октября 2024 г), стр. 291-299

28.1Graefen B.R., 1,2Xəlilova A.V., 2Allahverdiyeva L.İ., 2Quliyeva N.M.,

1Ələkbərova M.Q., “Hamiləliyin immunogenetik paradoksu”,Nəzəri, klinik və Eksperimental Morfologiya jurnalı, 2025, Cild5, №1, səh.158-163, ISSN:2628-096

29.1,2Xəlilova A.V., 2 Allahverdiyeva L.İ., 1Həziyeva K.E.,1Təhməzov E.F.,1Orucova G.T.,1Abdullayeva S.H., “Təkrarlanan hamiləlik itkisinin immunogenetik aspektləri”, Nəzəri, klinik və Eksperimental Morfologiya jurnalı, 2025, Cild5, №1, səh. 164-167, ISSN:2628-096

30.Allahverdiyeva L.İ., Pənahova T.T., “Uşaqlarda bronxial astmanın proqnozlaşdırılmasında irsiyyət amillərinin əhəmiyyətinin təhlili (AR2 neyroşəbəkə modeli)”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 13; № 3, 2025, səh.5-11, pttps://doi.org/10.28942/acij.v13i3y2025

31.Allahverdiyeva L.İ.,Ağarəhimova H.E.,”Bakı şəhərində və Abşeron yarımadasında pollinoz xəstəliyinə səbəb bitki tozcuqlarının xüsusiyyətləri”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 13; № 3, 2025, səh.12-17, pttps://doi.org/10.28942/acij.v13i3y2025

32. Ağayeva A.Q., Allahverdiyeva L.İ.,İbrahimova Ş.H., “Anafilaksiyanın diaqnostikasında və müalicəsində yeniliklər”, Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 13; № 3, 2025, səh.18-26, pttps://doi.org/10.28942/acij.v13i3y2025

Üzv olduğu qurum

1. Azərbaycan Allerqoloqlar, İmmunuloqlar və İmmunoreabilitoloqlar cəmiyyətinin prezidenti

2. Ümumdünya allerqoloqlar cəmiyyəti (WAO)

3. Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyası (EAACI)

4. Vyana Tibb Universitetinın molekulyar allerqodiaqnostika üzrə Azərbaycandakı nümayəndəsi

5.  Avropa Respirator Cəmiyyətinın qızıl üzvü (ERS)

6.Kanada İmmunoloqlar  Cəmiyyəti

 

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

Kafedranın doktorantı Səfərova Aytən  “Ekstrakorporal mayalanmada implantasiyanın kliniki, immunoloji prediktorları və effektivliyinin artırılması” adlı mövzu üzərində tibb elmləri doktoru dərəcəsi almaq üçün (Problem komissiya və akademiyadan keçmə tarixi və nömrəsi-No:01-04/902) 21.05.2021

işini davam etdirir-Elmi rəhbər-ATU-nun “Allerqologiya və immunologiya” kafedrasının müdiri, t.e.d., ə.e.x., əməkdar həkim, professor L.İ.Allahverdiyeva, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun direktoru, t.e.d., professor C.F.Qurbanova

 

 

 

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

1.Kafedranın assistenti dissertant Əfəndiyeva Nailə “Atopik bronxial astmalı uşaqlarda Naxçıvan “Duzdağ Mağara” şəraitində speleoterapiyanın effektliyi” adlı mövzu üzərində tibb üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün işini davam etdirir. Elmi rəhbər t.e.d., professor L.İ.Allahverdiyeva. İş, Elmi Şuranın 2015-ci il 21 aprel tarixli (8 saylı protokol)  təsdiq edilmişdir.

2. Kafedranın assistenti dissertant Ağarəhimova Həmidə “Pollinoz  xəstəliyinin klinik diaqnostik xüsusiyyətləri və çarpaz qida allergiyası” adlı mövzu üzərində tibb üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün işi davam etdirir. Elmi rəhbər t.e.d., professor L.İ.Allahverdiyeva. Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakultəsinin Elmi Şurasının 10.06.2022-ci il tarixli iclasında təsdiq edilmişdir (8 saylı).

3. Kafedranın assistenti Əbdül-Qədirova Kubra ”Piylənməsi olan uşaq və yeniyetmələrdə bronxial astmanın klinik- patogenetik xüsusiyyətləri“ adlı mövzu üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün elmi işini 09.03.2023 tarixində I Müalicə -Profilaktika Fakültəsinin Elmi Şurasında təsdiq edilmişdir (6 saylı protokol). Elmi rəhbər t.e.d., professor L.İ.Allahverdiyeva.

4. II Uşaq xəstəlikləri kafedrasının assistenti dissertant Cəfərova Aytən ”Uşaqlarda bronxial astmanın patogenezində və müalicəsində vitamin D-nin rolu” adlı mövzu üzrə iş yekunlaşdırılmış və Ali Attestasiya Komissiyasının 13.06.2024 tarixli qərarı ilə (N13393) təsdiq olunmuşdur. Elmi rəhbər t.e.d., professor N.H.Sultanova. Elmi məsləhətçi t.e.d., professor L.İ.Allahverdiyeva.

5.Kafedranın assistenti Cəfərova Ləman  “Xronik spontan övrənin müalicə və diaqnostikasına müasir yanaşma” adlı mövzu üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün elmi işini 05.05.2025 tarixində I Müalicə -Profilaktika Fakültəsinin Elmi Şurasında təsdiq edilmişdir (8 saylı protokol). Elmi rəhbər t.e.d., professor L.İ.Allahverdiyeva.

6. Kafedranın assistenti Məmmədova Zərifə Usub qızı  “Yuvenil artritli uşaqların klinik-psixosomatik vəziyyətinin və həyat keyfiyyətinin qiymətləndirilməsi və korreksiyası”  adlı mövzu üzərində tibb üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün elmi işi davam etdirir. I Müalicə -Profilaktika Fakültəsinin 22.12.23 tarixli  qərarı ilə təsdiq olunmuşdur. Elmi rəhbər t.e.d., professor L.İ.Allahverdiyeva