Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hümbətova Ülkər 1995-2001-ci illərdə ATU-nun Pediatriya fakültəsində baza ali tibb təhsili üzrə təhsil almışdır. 2002-ci ildə internaturanı bitirdikdən sonra, 2003-2008-ci illərdə Mingəçevir şəhəri Ana və Uşaq Sağlamlığı Mərkəzində həkim-pediatr kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasında baş laborant kimi işə başlamışdır. 2009-cu ildən Klinik Allerqologiya və İmmunologiya kursunda əvvəlcə baş laborant, sonra (2009-cu il oktyabr) isə assistent kimi fəaliyyət göstərmişdir. 2024-cü ildən hal-hazıra qədər  Allerqologiya və İmmunologiya kafedrasının dosentidir.

2014-cü ildə “Uşaqlarda virus induksiyalı bronxial astmanın klinik-patogenetik gediş xüsusiyyətləri və müalicəsi” mövzusunda elmi işi müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

Bir dərslik, 2 metodik vəsaitin həmmüəllifi, 30 elmi məqalənin müəllifidir, dəfələrlə yerli və beynəlxalq konfranslarda çıxışlar etmişdir.

Akademik fəaliyyət

2008-2009-cu ildən baş labırant.

2009-2024 Allerqologiya və immunologiya kafedrasında assistent

2024-dən hal-hazıra qədər kafedranın dosentidir

 

 

Təhsili

Azərbaycan Tibb Universiteti Pediatriya fakültəsi 1995-2001

Tibb üzrə fəlsəfə doktoru 2009-2014

 

Peşə və pedaqoji inkişaf

1. Türkiyə Cümhuriyyəti Sürəyya Paşa xəstəxanasında kurs (2011)

2. Türkiyə Cümhuriyyəti “Ulusal Allerji və İmmunoloji” dərnəyinin illik konfransları (2016,2015,2017,2018)

3. Dünya Allergiya Təşkilatının konqresi (İstanbul, 2022)

4. Avropa Allerqoloq və Klinik İmmunoloqları Akademiyasının konqresi (Valensiya,2024)

5. Avropa Allerqoloq və Klinik İmmunoloqları Akademiyasının konqresi (Qlasko,2025)

 

 

 

 

 


 

 

Elmi araşdırma sahəsi

Uşaqlarda virus induksiyalı bronxial astmanın klinik patogenetik gediş xüsusiyyətləri və müalicəsi

 

 

 

 

Məqalə

1. Axundov S.N, Hümbətova Ü. Bakı şəhərində ağac tozcuğu sensibilizasiyanın xüsusiyyətləri. Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı (elmi praktik jurnal), Cild 7, ¹ 3, səh.59-61, 2019

2. Hümbətova Ü.M., İsrafilova Ş.Y.,Fərəməzov A.Z.,İbrahimova Ş.H .Bronxial astma və pəhriz:reallıq yoxsa mif? Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı (elmi praktik jurnal), Cild 9, ¹ 2, 2021, səh.25-28

3. İsrafilova Ş.Y.,Fərəməzov A.Z.,İbrahimova Ş.H., Hümbətova Ü.M. Dərman allergiyasının gedişatının xüsusiyyətləri. Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı (elmi praktik jurnal), Cild 9, ¹ 2, 2021, səh.42-47

4. Allahverdiyeva L.İ.,Hümbətova Ü.M.,Xəlilova A.V. “Uşaqlarda bronxial astmanın diaqnostika və müalicəsi” üzrə klinik protokol. 36 səh. 2024.

5. Hümbətova Ü.M.,Ağayeva A.Q. Bronxial astmanın qadınların reproduktiv  xüsusiyyətlərinə təsiri. Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı (elmi praktik jurnal), Cild 11, ¹ 2, 2023, səh.35-41.