Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Afaq Xəlilova Vladimir qızı 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur, 2011-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2014-cü illərdə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında İmmunologiya ixtisası üzrə rezidentura keçmişdir. 2014-cü ildə rezidenturanı müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinin İmmunologiya kursunda baş laborant vəzifəsində işləmiş, 2017–2018-ci illərdə Allerqologiya və İmmunologiya kafedrasında fəaliyyətini davam etdirmişdir. 2018–2024-cü illərdə Türkiyənin Ankara şəhərində yerləşən Başkent Universitetinin Sağlamlıq Elmləri İnstitutunun Tibbi Biologiya kafedrasında Tibbi Biologiya (İmmunologiya və İmmunogenetika) ixtisası üzrə doktorantura proqramında burslu tələbə olaraq təhsil almışdır. 2024-cü ildə Başkent Universitetində dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür. 2021-ci ildən Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin İmmunologiya şöbəsində kiçik elmi işçi, 2024-cü ildən həmin şöbənin müdiri vəzifəsində çalışır. 2023-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Allerqologiya və İmmunologiya kafedrasında assistent kimi pedaqoji fəaliyyət göstərərək azərbaycan, rus və ingilis dillərində tədris edir.

İctimai və beynəlxalq fəaliyyəti çərçivəsində 2024-cü ildə Azərbaycanda keçirilmiş beynəlxalq COP29 tədbiri çərçivəsində Protokol Koordinasiya Mərkəzində koordinator kimi fəaliyyət göstərmişdir. Fəaliyyəti çərçivəsində rəsmi nümayəndə heyətləri, dövlət və hökumət başçılarının protokol üzrə koordinasiyasının təmin olunması, protokol qaydalarına uyğun tədbirlərin təşkili, tədbir proseslərinin operativ idarə edilməsi və beynəlxalq qonaqlarla işin əlaqələndirilməsində iştirak etmişdir. Uğurlu fəaliyyətinə görə Azərbaycan Respubliksının prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. 2025-ci ildə Xankəndidə keçirilən Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan  Diaspora Gənclərinin VI Yay Düşərgəsində təlimçi-koordinator kimi iştirak etmişdir.

Təhsili

2005–2011 – Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi – bakalavr (fərqlənmə diplomu)

2012–2014 – Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası – İmmunologiya üzrə rezidentura

2018–2024 – Başkent Universiteti (Ankara, Türkiyə), Sağlamlıq Elmləri İnstitutu, Tibbi Biologiya kafedrası – Tibbi Biologiya (İmmunologiya və İmmunogenetika) üzrə doktorantura (təqaüdlü)

Peşə və pedaqoji inkişaf

1. 15.08.2013-14.09.2013  İmmunologiya və transplantologiya bölümü Şişli Memorial xəstəxanası,İstanbul/Türkiyə

2. Sentyabr 2013 "Minimal Reziduel Hastalıklar ve Solid Organ Nakli Lenfosit Cross Match Analizlerinde Çözümler"      İstanbul/Türkiyə

3. Sentyabr 2014 Onkogen&One Lambda C1q  İstanbul/Türkiyə

4. 21.07.2015-07.08.2015 Immunologiya və Transplantologiya (Toxuma tipləndirməsi) Gayrettepe Florence Nightingale, İstanbul/ Türkiyə

5.  Oktyabr 2016  TEMPUS proqramının EMICVL proekti çərçivəsində İtalyanın Ferrara Universitetində təlimlər Ferrara, İtaliya

6. May 2017 Belarus Respublikasının Elmi-praktik Uşaq Onkoloji, Hematolji və İmmunoloji Mərkəzində yeni elmi tədqiqatlar üzrə teoritik və praktik təlimlər Minsk, Belarus Respublikası

7.  Sentyabr 2017 TEMPUS proqramının EMICVL proekti çərçivəsində Sloveniyanın Lyublyana şəhərində seminar   Lyublyana, Sloveniya

8. 2019 / 7-ci Ulusal Transplantasyon İmmünolojisi ve Genetiği konqresi Bodrum, Türkiyə

9. 2021 Başkent Universiteti Adana Dr. Turqut adına Uyqulama və Araştırma Mərkəzinin İmmunologiya və Toxuma tipləmə Laboratoriyasında immunologiya üzrə nəzəri-praktik staj. Adana, Türkiyə

10. 2021 / 34TH EUROPEAN IMMUNOGENETICS AND HISTOCOMPATIBILITY CONFERENCE Türkiyə

11. 2022 International  Symposium on "Living and Deceased Donor Recent Criteria" Ankara/Türkiyə

12. 2023 Researcher Connect Project British Council Online layihə

13. 2025    World Allergy Training School Bakı, Azərbaycan

Kitab

Anadangəlmə İmmun Patologiyalar (dərslik) - Nəsrullayeva G.,Əyyubova A., Sultanova N.,Ibrahimova Ş.,Quliyeva N.,MammadovaV., Xəlilova A. / Bakı, 2017

Məqalə

1. Uşaqlarda ağır kombinə olunmuş immun çatışmazlıq Nəsrullayeva G., Məmmədova V., İbrahimova Ş., Xəlilova A.V          Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, cild4; 1, 2016, səh.46-51

2. The newly two patients with Di George syndrome in Azerbaijan G.Nasrullayeva, A.Khalilova,  Sh.Ibrahimova 2017 Meeting of the European society for immundeficiencies, Edinburgh, UK 11-14 September 2017

3. The Novel Patient with BLNK Gene Type of Agammaglobulinemia Nəsrullayeva G., Məmmədova V., Xəlilova A.,Şahgəldiyeva Ş.Open Access Library Journal 2017, Volume 4, OALib Journal

4. Molecular diagnostics as a predictor of efficacy of sublingual allergen-specific immunotherapy in pediatric patients  Lala AllahverdiyevaAfag KhalilovaSalimzade H.E.Veronica Samedi    September 2018, Canadian Society of Allergy and Clinical Immunology annual meeting

5. Molecular diagnostics as a predictor of efficacy of sublingual allergen-specific immunotherapy in pediatric patients  Lala Allahverdiyeva, Afag Khalilova, Naile Efendiyeva, Veronica Samedi   American Academy of Allergy, Asthma and Immunology 2019 Annual MeetingAt: San Francisco, USA

6. 313 Role of Speleotherapy in Complex Treatment of Pediatric Asthma: Single Centre Experience      Lala Allahverdiyeva,Veronica Samedi,Afag Khalilova,Naile Efendiyeva   Journal of Allergy and Clinical Immunology

7.A 21. Molecular diagnostics as a predictor of efficacy of sublingual allergen‑specific immunotherapy in pediatric patients          Lala Allahverdiyeva, Afag Khalilova, Veronica Samedi   March 2019 Allergy Asthma and Clinical Immunology

8. Molecular allergy diagnostics as a predictor of efficacy of sublingual allergen-specific immunotherapy in pediatric patients Afag Khalilova, Lala Allahverdiyeva, Salimzade H.E., Veronica Samedi   August 2019 Pediatrics

9. Determination of Cytokine Gene Polymorphisms in a Heart Transplant Patient Resistant to Desensitization Therapy: Case Report   Bilkay Bastürk, Miray Kavuzlu, Afag Khalilova, Atilla Sezgin Experimental and clinical transplantation: official journal of the Middle East Society for Organ Transplantation 2022

10.  Efficacy of Speleotherapy on Atopic Bronchial Asthma in Children Lala Allahverdiyeva, Naile Efendiyeva, Afag Khalilova       December 2023 Experimed

11. From Campus to Cloud: Transforming Office Hours in a Post-COVID World Bahar Graefen, Gulgaz Alakbarova, Shams Hasanli, Afag Khalilova, Nadeem Fazal Bulletin of Pioneering Researches of Medical and Clinical Science 2024

12. P.086: Endoplasmic reticulum stress in recipient spleen follicular B lymphocytes in transplantation may affect the alloimmune response of T lymphoctes.    Afag Khalilova, Miray Kavuzlu, Bilkay Basturk, Mehmet A. Haberal September 2024 Transplantation

Üzv olduğu qurum

1. The Middle East Society for Organ Transplantation

2. World Allergy Organization (WAO)

3. Azərbaycan Allerqoloqlar, İmmunoloqlar cəmiyyəti

4. The American Academy of Allergy, Asthma & Immunology (AAAAI)

5. HLA Immünogenetiği ve Transplantasyon İmmünolojisi (HITID)